"Bu uğur İlham Əliyev tərəfindən müəyyən edilmiş diplomatiyamızın qələbəsidir" - Politoloq

"Bu uğur İlham Əliyev tərəfindən müəyyən edilmiş diplomatiyamızın qələbəsidir" - PolitoloqAzərbaycan-Ermənistan sərhədində ilk dirək yerləşdirilib.

Politoloq Elşən Manafov BiG.AZ-a bildirib ki, Azərbaycan və Ermənistan arasında sərhəd xətlərinin müəyyən edilməsi istiqamətində uzun müddət aparılan danışıqlar demarkasiya proseslərinin həllində ilk ciddi uğurla nəticələnmişdir:

"Bu uğur ilk növbədə prioritet istiqamətləri Azərbaycanın dövlət başçısı İlham Əliyev tərəfindən müəyyən edilmiş diplomatiyamızın qələbəsidir. Əvvəlki dövrlərlə müqayisədə onun hücum xarakterli olması,bununla belə qarşı tərəflə danışıqlarda konstruktiv mövqe sərgiləməsi bölgədə etibarlı sülh və sabitliyin bərqərar olması üçün qarant rolunda çıxış etmişdir.
Əldə edilmiş razılıqlar Ermənistanla demarkasiya və demilitasiya ətrafında danışıqlara ciddi təsir göstərməklə,sülh müqaviləsinin tezliklə imzalanmasına əlverişli ,regional şərait yarada bilər.Bu razılaşmalar bir daha sübut edir ki,tezisləri İlham Əliyev tərəfindən irəli sürülən ÜmumQafqaz evi layihəsi ətrafında region dövlətləri konstuktiv müzakirələr aparmaqla regionun təhlükəsizlik problemlərinin həlli ətrafında ortaq məxrəcə gələ bilərlər. Ən əsasi isə bundan ötru kimlərinsə vasitəçi qismində iştirak etməsinə ehtiyac yoxdur.
Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş 3+3 formatında əməkdaşlıq da məhz bunu ehtiva edir. Təəssüf ki,bu model bəlli geosiyasi amillərə görə qlobal gucləri qane etmir,buna görə də onlar bu formatda əməkdaşlığın dərinləşməsində maraqlı olmadiqlarından havadarlıq etdikləri qüvvələr vasitəsilə əyləc mexanizmlərini basmağa,sülh proseslərinə əngəl olmağa çalışacaqlar.Regionun təhlükəsizlik problemlərinə regional əməkdaşlıq mövqeyindən çıxış edən tərəflər siyasi iradə,qətiyyət və əzm nümayiş etdirəcəkləri halda bu proseslər davamlı və həm də ÜmumQafqaz evinin maraqlarına uyğun formatda davam etdiriləcək.
Keçən əsrin əvvəllərində məhz ÜmumQafqaz problemlərinin həllinə münasibətdə Cənubi Qafqaz Seyminə daxil olan milli,siyasi qüvvələr həmrəylik nümayiş etdirə bilmədiklərinə görə Seym parçalandı. Bir müddət sonra Cənubi Qafqazda yaranmış milli dövlətlərin ömrü çox olmamışdır.
Tarixin acı təcrübəsi Qafqazdakı dövlətlərdən konstuktiv əməkdaşlığı,qarşılıqlı,faydalı münasibətlərin qurulmasını zəruri edir. Prezident İlham Əliyevin Qafqaz evi ideyası da məhz bu amillərin gerçəkliyə çevrilməsini ehtiva edir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 925   Tarix: 24 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda pensiya yaşı 70 olur?

Azərbaycanda pensiya yaşının yenidən artırılacağı ilə bağlı iddialar yayılıb. Müzakirələr zamanı parlamentə yeni layihə daxil olması, qadınların pensiya yaşının 68, kişilərin isə 70 olacağı barədə fikirlər var. Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə -a açıqlamasında məsələy

00:30 96
.

Avtomobili etibarnamə ilə idarə edənlərinə nəzərinə: LƏĞV OLUNA BİLƏR...

Bir çox hallarda sürücülər şəxsi avtomobillərini idarə etmək üçün başqa şəxslərə uzunmüddətli etibarnamə verirlər. Lakin sonradan müxtəlif səbəblərdən müəyyən problemlər yarana bilər və etibarnamənin ləğv edilməsi zərurəti ortaya çıxar. Bəs şəxs öz nəqliyyat vasitəsini başqa birinə etibarnamə ilə veribsə

00:17 104
.

ABŞ-də keçmiş olimpiyaçıya qarşı irəli sürülən vandalizm işinə xitam verilib

Amerika Birləşmiş Ştatlarının Ədliyyə Departamentinin tələbi ilə Vaşinqton şəhərindəki Abraham Linkoln abidəsinin önündəki hovuza zərər vurmaqda şübhəli bilinən keçmiş olimpiyaçı barəsində başlanmış cinayət işi ləğv edilib. xəbər verir ki, bu məlumatı "The Washington Post" nəşri ABŞ Ədliyy

01.08.2026 137
.

ABŞ Ukraynaya Yardım Qrupundakı liderliyindən imtina edə bilər

ABŞ Ukraynaya Yardım Qrupunda (SAG-U) təhlükəsizlik sahəsində aparıcı ölkə rolundan çıxa bilər. xəbər verir ki, bu məlumatı "Politico" nəşri öz mənbələrinə əsaslanaraq yayıb. Məlumata görə, Pentaqon Ukraynaya hərbi dəstəyi əlaqələndirən və Almaniyada fəaliyyət göstərən NATO komandanlığına rəhbərlikdə

01.08.2026 154
.

İsmayıllıda zəncirvari avtoqəza baş verib, xəsarət alanlar var

İsmayıllıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Babaxan adlanan ərazisində qeydə alınıb. Belə ki, "Mercedes" markalı yük avtomobili ilə "Volkswagen" və "VAZ1107" markalı avtomobillər toqquşub

01.08.2026 178
.

İki ölkənin vətəndaşları üçün Azərbaycana viza tələbi ləğv edilir

Vətəndaşların səyahət imkanlarının asanlaşdırılması, ölkələr arasında əməkdaşlığın gücləndirilməsi və turizmin inkişafının təşviqi məqsədilə Bosniya və Herseqovinanın, Sinqapurun ümumvətəndaş pasportuna malik vətəndaşlarının 2026-cı ilin 1 avqust tarixindən 2027-ci ilin 1 avqust tarixinədək Azərbayca

01.08.2026 123
.

Qaxda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

Qaxda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və xəsarət alanlar var. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax-Qorağan avtomobil yolunun rayonun Əlibəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Mercedes" və "Niva"

01.08.2026 180
.

Bakıda taksi sürücüsünə qarşı quldurluq edən şəxs saxlanılıb

Taksi sürücüsünə qarşı quldurluq edən şəxs saxlanılıb. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Talama cinayəti paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Belə ki, zərərçəkən idarə etdiyi "KİA" markalı avtomobildə müştəri kimi əyləşmiş naməlum şəxsi

01.08.2026 173
.

Azərbaycanın sığorta sektorunda müştəri hüquqlarının qorunması gücləndirilir

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "Sığortaçılarda korporativ idarəetmə Standartları"na dəyişiklikləri təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov müvafiq qərar imzalayıb. Qərara görə, şirkətdəki qanun pozuntularını bildirən əməkdaşlar

01.08.2026 157
.

TOP MP3