"Azərbaycandan Cenevrə və Vilnusa birbaşa uçuşların açılması zəruridir" - Turizm eksperti
İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil.
Turizm eksperti Rəhman Quliyev BiG.AZ-a bildirib ki, bu gün 2 ölkəyə birbaşa uçuşların olması vacibdir: İsveçrənin Cenevrə şəhəri və Litvanın Vilnus şəhəri. Cenevrə azərbaycanlı tələbələrin çox olduğu şəhərdir. Litva isə müalicəvi sanatoriyaları ilə məşhurdur və coğrafi mövqeyinə görə çox əlverişlidir:
"Bu gün Azərbaycan hüdudlarından kənara uçuşlar həyata keçirən Azərbaycan Hava Yolları ilə yanaşı digər aviakompaniyalar da var ki, həm Avropa, həm Asiya ölkələrindən uçuşlar həyata keçirir. Əlbəttə ki, bu gün qarşılıqlı turist mübadiləsini həyata keçirmək üçün aviareyslərin sayında artım olsa, yüksək rəqəmlərə nail ola bilərik. Avropa ölkələrindən Çexiyanın paytaxtı Praqadan,Macarıstanın paytaxtı Budapeştdən, Avstriyanın paytaxtı Vyana, Almaniyanın paytaxtı Berlindən, Fransanın paytaxtı Parisdən, Moldovadan, Monteneqrodan, Romadan, Milandan birbaşa uçuşlar həyata keçirilir. Yay mövsümündə Barselonaya da çarter reysləri həyata keçirilir. Əlbəttə ki, bu, qarşılıqlı turist mübadiləsini təmin edir. Burada tək turist yox, tələbə inteqrasiyası faktoru da var. Eyni zamanda Azərbaycana gələn turistləri daşıyır, Azərbaycanın turist sayı artır. Yenə də ölkələr var ki, onlara birbaşa aviareyslərin açılması zərurəti yaranıb. Bir neçə ildir Polşanın paytaxtı Varşavaya da birbaşa uçuş həyata keçirilir. Bu, çox böyük effektiv layihə oldu. Buna baxmayaraq Baltikyanı ölkələrinə Litvaya mütləq şəkildə coğrafi mövqeyinə görə reyslərin açılmasını zəruri hesab edirəm . Çünki orada müalicəvi sanatoriyalar var. Eyni zamanda nəzərə alsaq ki, Litvaya müalicəvi sanatoriyalara digər ölkələrdən də gəlirlər, Litvadan sonra Azərbaycana da turistlərin gəlməsini təmin edə bilərik. Baltikyanı ölkələrdən Latviya, Litva, Estoniyaya reyslər açılmalıdır. İkinci vacib hesab etdiyim destinasiya İsveçrənin Cenevrə şəhəridir. Cenevrədə Azərbaycandan çoxlu sayda tələbələr oxuyur. Tələbələrin Avropada təhsil alması çox prioritet məsələdir. Skandinaviya ölkələrindən Danimarka Kopenhagenə birbaşa reyslərin olmasını zəruri hesab edirəm. Ən azından Brüsselə də reyslər ola bilər. Çünki Niderland, Belçika və Fransa yaxındır. Neytral olaraq Brüssel və ya Kopenhagendən uçmağı daha yaxşı olardı. Almaniyanın Düsseldorf şəhəri azərbaycanlıların sıx məskunlaşdığı ərazidir. Oradan da birbaşa gediş-gəlişlərin olması vacibdir. Statistikaya da baxsaq, görərik ki, İstanbul və Polşa üzərindən Düsseldorfa bilet satışı daha çox olur. Ümumi olaraq bu gün bizə vacib olan 2 destinasiya var. İsveçrənin Cenevrə şəhərinə və Baltikyanı ölkələrdən Litvanın Vilnus şəhərinə birbaşa reyslərin açılması zəruridir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1142 Tarix: 02 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQubadlıya qayıdış: Tarixi Zəfərdən Böyük Quruculuğa
1992-ci il fevralın 19-da Ermənistan silahlı qüvvələri Qubadlını bombaladı. Nəticədə 5 nəfər həlak oldu, 20 nəfər yaralandı. Bu, açıq müharibənin başlanğıcı idi. Ermənistan Azərbaycana qarşı müharibə elan etmədən hərbi əməliyyatlar aparırdı. Martın 1-də Qafan rayonu istiqamətindən Qubadlıya hücum edildi
22.10.2026 299 Meyvə və tərəvəzlərin qida dəyəri 50 faiz azalıb - XƏBƏRDARLIQ
Meyvə və tərəvəzlər 60 il əvvəllə müqayisədə xeyli az miqdarda faydalı qida maddələri ehtiva edə bilər. Yeni araşdırmaya görə, kənd təsərrüfatı məhsullarında bir sıra mühüm mineral və vitaminlərin miqdarı 20-50 faiz azalıb. xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar bunun əsas səbəblərində
22.10.2026 211 Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını pisləyib
"Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında Azərbaycanda hicabla əlaqədar kütləvi həbslərin başladığı və insanların bu səbəbdən ölkəni tərk etdiyi barədə yayılan əsassız iddialar dini həssaslıqlardan istifadə etməklə ictimai rəyi manipulyasiya etməyə və ölkəmiz haqqında yanlı
22.10.2026 140 Torpaq mübahisələrinin araşdırılması necə aparılır?-AÇIQLAMA
Azərbaycan Respublikasında torpaq münasibətlərinin hüquqi əsaslarını ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyası, Torpaq Məcəlləsi, Mülki Məcəlləsi, "Torpaq islahatı haqqında", "Torpaq bazarı haqqında", "Torpaq icarəsi haqqında", "Daşınmaz əmlakın dövlət reyestr
22.10.2026 249 Tramp qiymətləri saxlaya bilmədi: "Qara qızıl" kəskin bahalaşdı
Husilərin Səudiyyə Ərəbistanına yeni hücumlarından sonra cümə axşamı neftin qiyməti barrel üçün 3 dollardan çox artıb. "Reuters"ə istinadla xəbər verir ki, bu, münaqişənin daha geniş şəkildə şiddətlənməsi və dünyanın əsas ixrac bölgəsindən neft tədarükünün daha da pozulması ilə bağlı qorxular
22.10.2026 183 Yer kürəsində temperatur kritik həddə yaxınlaşır: Tədbir görmək üçün vaxt azalır
Qlobal istiləşmənin nəticələri artıq dağıdıcı xarakter alıb. Qaynarinfo xəbər verir ki, "Tagesschau" nəşrinin məlumatına görə, dünya, demək olar ki, şübhəsiz, razılaşdırılmış 1,5C həddini aşacaq. Bununla belə, Birləşmiş Millətlər Təşkilatı (BMT) iqlim dəyişikliyi ilə mübarizədə müəyyən irəliləyişləri
22.10.2026 131 Yardımlıya icra başçısı təyin olundu - Sərəncam
Orxan Fərmayıl oğlu Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, Yardımlı RİH başçısı Ayaz Əsgərov bu ilin sentyabrında vəzifəsindən azad olunmuşdu. O, 2016-cı ildən sözügedə
22.10.2026 266 Mourinyo Çempionlar Liqasında qələbələrin sayına görə Vengeri keçdi
"Real" ın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasında qələbələrin sayına görə Arsen Vengeri geridə qoyub. -ın xəbərinə görə, oktyabrın 21-də Madrid klubu ümumi turnirin üçüncü oyun günündə evdə "Leypsiq"i 4-1 hesabı ilə məğlub edib. Bu, 63 yaşlı portuqaliyalı məşqçinin Çempionla
22.10.2026 232 Prezidentin Qubadlıda şanlı bayrağımızı ucaltması mühüm tarixi hadisə oldu
Zəngəzur mahalının ən qədim yaşayış məskənlərindən olan Qubadlının işğaldan azad edilməsindən altı il ötür. 44 günlük Vətən müharibəsinin ən əhəmiyyətli və strateji hərbi uğurlarından biridi də məhz Qubadlı şəhərinin işğaldan azad edilməsi oldu. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamın
22.10.2026 225