Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTOÜç aydan çoxdur yanğın baş verən Respublika Perinatal Mərkəzi tam olaraq fəaliyyətini bərpa etməyib. Yanğın zamanı ciddi ziyan dəyən binanın üçüncü və dördüncü mərtəbəsindəki şüşələr yeniləri ilə əvəzlənsə də, yanğının çıxdığı yenidoğulmuşların intensiv terapiya bölməsində təmir işləri tam yekunlaşmayıb.

Təmirin nə vaxt bitəcəyi və əvvəlki fəaliyyətin geri qayıdacağı tarix konkret bəlli deyil. Rəsmi qurumlar bunu sözügedən hadisə ilə əlaqədar istintaqın yekunlaşmaması ilə əlaqələndirirlər.

Bizim.Media-nın əldə etdiyi məlumata görə Perinatal Mərkəzə yeni direktor təyinatı təmir işləri tam yekunlaşandan və xəstəxana fəaliyyətini bərpa edəndən sonra baş tutacaq. Hələlik isə məlum hadisədə ehtiyatsızlıqdan və səhlənkarlıqdan yanğın təhlükəsizliyi qaydalarını pozmaqda ittiham olunan mərkəzin direktoru Mehriban Abasquliyevanın yerinə təyinat olunmayıb. Amma Mehriban Abasquliyevanın yeniden Perinatal Mərkəzinə direktor gətiriləcəyi də iddia olunur.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) sorğuya cavab vermir.

Xatırladaq ki, yanvarın 9-da Respublika Perinatal Mərkəzində altı körpənin ölümü və bir neçə nəfərin tüstüdən zəhərlənməsi ilə nəticələnən yanğın baş verib. Yanğın bir otaqda 35 kvadratmetr sahəni əhatə edib.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilib ki, hadisə ilə bağlı üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib. Respublika Perinatal Mərkəzin rəhbəri Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli barəsində məhkəmə qərarıyla ev dustaqlığı, eləcə də vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib.

Onlar ehtiyatsızlıqdan və səhlənkarlıqdan yanğın təhlükəsizliyi qaydalarını pozmaqla iki və daha çox şəxsin ölümünə səbəb olmaqda ittiham olunurlar.

İş üzrə Hamlet Mustafayev və Elnur Əhmədli Cinayət Məcəlləsinin 225.3-cü, Mehriban Abasquliyevaya isə həmin Məcəllənin 314.3-cü maddəsi ilə təqsirləndirilirlər.

Onu da bildirək ki, yanğın hadisəsi ilə bağlı istintaq-əməliyyat tədbirləri hələ ki yekunlaşmayıb. Baş Prokurorluqdan sorğuya cavab olaraq istintaqın gedişatı ilə bağlı yeni məlumatın olmadığı bildirilib.
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1295   Tarix: 02 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabah çimərlikdə hava necə olacaq?

Sabah çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə avqustun 2-də Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26, cənub çimərliklərind

17:50 115
.

Qaxda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

Qaxda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və xəsarət alanlar var. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax-Qorağan avtomobil yolunun rayonun Əlibəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Mercedes" və "Niva"

16:50 139
.

Şəxsi biznesi olan məşhurlar - Siyahı

Sənət aləmində fəaliyyət göstərən bəzi məşhurlar yalnız yaradıcılıqları ilə deyil, sahib olduqları bizneslərlə də diqqət çəkirlər. Axşam.az xəbər verir ki, bir sıra tanınmış simalar özəl sahədə də fəaliyyət göstərir. Əməkdar artist Vəfa Zeynalova da restoran biznesinə sahib olan sənətçilər sırasındadır

31.07.2026 572
.

İşləyənlərin DİQQƏTİNƏ - Avqustun QEYRİ-İŞ GÜNLƏRİ

Azərbaycanda avqust ayında rəsmi bayram və ya anım günü nəzərdə tutulmadığından qeyri-iş günləri yalnız həftəsonlarına təsadüf edəcək. Belə ki, beşgünlük iş həftəsi ilə çalışanlar üçün avqust ayında ümumilikdə 10 qeyri-iş günü və 21 iş günü olacaq. İstirahət günləri şənbə və bazar günlərinə - 1-2, 8-9

15:35 220
.

İngiltərə sahillərinə yüzlərlə müəmmalı mavi dəniz canlısı çıxdı - Təhlükəli ola bilər

İngiltərənin şimal-qərb sahillərinə yüzlərlə qeyri-adi mavi dəniz canlısı çıxıb. Mütəxəssislər insanlara onları yalnız uzaqdan müşahidə etməyi, lakin heç bir halda toxunmamağı tövsiyə edirlər. Çünki bu canlıların sancması olduqca ağrılı ola bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "The Independent"

31.07.2026 323
.

Rus ordusu Verovka və Stenkini işğal etdi

Rusiya ordusu Xarkov vilayətinin Verovka və Donetsk vilayətinin Stenki yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

31.07.2026 283
.

Çində torpaq sürüşməsi: 51 nəfər öldü, itkin düşənlər var (VİDEO)

Çinin Çuntsin şəhərində baş verən iri torpaq sürüşməsi nəticəsində həlak olanların sayı rəsmi olaraq 51 nəfərə çatıb. Daha 10 nəfər isə itkin düşmüş hesab olunur. Qaynarinfo "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu hadisə son 10 ildən artıq müddətdə ölkədə qeydə alınan ən faciəl

31.07.2026 282
.

Uitkoff və Kuşner Ukraynaya gedir - Trampdan açıqlama

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner avqustun ikinci yarısı Ukraynaya səfər edəcəklər. xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti Trampa istinadla məlumat yayıb. Tramp FT-yə bildirib ki, hazırda Rusiya-Ukrayn

31.07.2026 263
.

Tramp: Vitkoff, Kuşner, Vens və Rubio İran danışıqlarında iştirak edirlər

ABŞ prezidenti Donald Tramp cümə günü Kemp Deviddə jurnalistlərlə söhbətində ABŞ-ın hələ də İranla danışıqlar apardığını və razılığa gəlməyə çalışdığını bildirib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, Tramp danışıqlarda vitse-prezident JD Vance, dövlət katibi Marko Rubio və elçilər Care

10:34 208
.

TOP MP3