"Manyaksan, niyə səninlə evlənim?" dedi"
Türkiyəli müğənni Doğuş türkiyəli prodüser-aparıcı Armağan Çağlayanın "Şimdiki aklım olsaydı" verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, ifaçı proqramda aparıcı Xoşqədəm Hidayətqızı ilə necə tanış olduğu və evlilik təklifi etdiyi andan danışıb:
"Məni Xoşqədəmin proqramına dəvət etdilər. Mən də hesab atdım ki, bu qədər göndərsəniz, gələrəm. Göndərdilər, mən də getdim. Proqramdan bir gün əvvəl əlilliyi olan uşaqları görməyə getdik. Xoşqədəmin uşaqlara olan münasibəti mənə heyran etdi. Çox ürəkdən, səmimi idi. Canlı yayımı etdik. Verilişdən çıxandan sonra Xoşqədəmə "Sən mənimlə evlən" dedim. "Manyaksan, niyə səninlə evlənim?" deyə, cavab verdi. Söylədim ki, "Evlən də, nə olacaq ki?" Eləcə aramızda zarafat etdik. "Evlənmək elə o dəqiqə olur ki" deyə, soruşdu. 6 ay normal yazışdıq.
Sonra konsert olduğunu və gələ bilib-bilməyəcəyimi soruşdu. "İşim budur, niyə gəlməyim?" dedim. Komandamla yenə getdik Bakıya. Konsertdən 3 gün əvvəl çatdıq. Bir gün əvvəl də Azərbaycan şəhid verdi. Dedim ki, "Həyatda bu konsertdə çıxış etmərəm. Türkiyə, ya Azərbaycan nə fərqi var? Şəhid olan bir yerdə atdanıb-düşüb, göbək atıb, rəqs edəcəyik?" Pulu da vermişdilər, məşqlərə getdim. Xoşqədəm soruşdu ki, məşq etmirsiniz, axşam konsert var. Dedim, "Nə konsert, xəbərləri izləmirsən? Harada yaşayırsan sən? Konsert verə bilmərik". Ağlayıb boynuma sarıldı. Soruşdu ki, "Mənə evlənmə təklifi etmişdin, keçərlidir?" "Keçərlidir" deyə cavab verdim. "Onda qəbul edirəm" söylədi .O qədər vətəninə-millətinə bağldır ki, bunu izah edə bilmərəm. Beləcə evliliyə ilk addımızı atdıq. Dedilər 3 ay sonra bunlar boşanar. Sonra 6 ay, 1 il olmaz, 2 ilə dəqiqdir boşanacaqlar. 2 oğlum oldu. Məni idarə etməyi bildi, sağolsun. Çünki çətin adamam. Ailədə yaşamamış biri nə qədər ailəyə bağlı ola bilər ki? Məni bu mövzuda düzəltdi".
Doğuş iş təklifi aldıqları üçün Azərbaycanda yaşamağı seçdiklərini açıqlayıb:
"İkimizə də Azərbaycanda telekanaldan birlikdə aparıcılıq edərsiniz deyə, iş təklifi gəldi. Əvvəlcə istədi köçək, sonra dedi ki, Azərbaycandan ayrıla bilmərəm. O zaman mən səninlə gəlim dedim. Sonra mənim də Azərbaycanda işlərim oldu. Türkiyədə də evimiz var. İşlərim olanda gəlib həll edirəm. Beləcə bir-birimizi idarə edirik. Azərbaycan vətandaşlığım yoxdur, amma yaşamaq üçün icazəm var. Oranın vətəndaşı olmaq çətindir".
Müğənni övladlarından da söhbət açıb:
"İkisi də yaxşı pianino çalır, amma biri normal deyil. Elə bil ki, Allah mənim bütün musiqi aləmimi alıb ona hədiyyə edib. O, çalanda inana bilməzsən ki, belə bir şey ola bilər. 8 yaşı var, barmaqlarını görə bilmirsən çalanda. Ona ölürəm".
Qeyd edək ki, cütlüyün əkiz oğulları var.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2134 Tarix: 03 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBaşqalarına kömək edirsizsə, gəncsiniz
Başqalarına dəstək olmaq təkcə sosial münasibətləri gücləndirmir, həm də beyin sağlamlığı ilə əlaqəli ola bilər. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Corctaun, Emori və Viskonsin-Medison universitetlərinin tədqiqatçıları başqalarına yardım etmək ilə beynin bioloji yaş göstəricilər
22.10.2026 247 Süni intellekt insanları düşünməkdən uzaqlaşdırır? - ARAŞDIRMA
Süni intellekt gündəlik həyatı asanlaşdırsa da, ondan həddindən artıq istifadə insanın müstəqil düşünmə və məlumatları təhlil etmə bacarıqlarına mənfi təsir göstərə bilər. Araşdırmalar göstərir ki, texnologiyaya həddindən artıq güvənmək insanların öz qərarlarını verməkdə daha az fəal olmasına səbəb ol
22.10.2026 239 Hörmüz böhranı Azərbaycana da təsir edir: Qiymətlər daha da artacaq?
Hörmüz boğazında gəmilərin hərəkətində yaranan gərginlik dünya iqtisadiyyatı üçün ciddi risklər yaradır. Neft və qaz tədarükündə mümkün fasilələr enerji qiymətlərinin yüksəlməsinə, daşınma xərclərinin artmasına və ərzaq məhsullarının bahalaşmasına səbəb ola bilər. Bu vəziyyət xüsusilə enerji idxalında
22.10.2026 237 Ermənistan Rusiyadan uzaqlaşır: Azərbaycanla münasibətlər PRİORİTETDİR
"Ermənistanla Rusiya arasındakı münasibətlər artıq əvvəlki kimi ola bilməz". Bunu Ermənistanın "Respublika Naminə" partiyasının sədr müavini Ruben Mehrabyan deyib. "Ermənistanda artıq üzərində tonlarla kompromat olan hökumət yoxdur. Rusiyanın İrəvana qarşı belə bir təsir rıçağ
22.10.2026 269 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi
Elçin Mustafa oğlu Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o, 2024-cü ildə dövlət başçısının Sərəncam
22.10.2026 327 Nadir Qafarzadədən yaşlı sənət adamlarına sərt mesaj: "Baş gedibsə, səhnədən çəkilməlisən"
Müğənni Nadir Qafarzadə səhnədə və sosial şəbəkələrdə davranışlarına, danışıq tərzinə görə tənqid etdiyi bəzi yaşlı sənət adamlarının sənətdən uzaqlaşmalı olduğunu düşünür. Onun fikrincə, sənətkar üçün yaşdan daha vacib olan düşüncə, davranış, dünyagörüşü və özünü idarə etmək bacarığıdır. Sənətçi Qaynarinfo-y
22.10.2026 189 Meyvə və tərəvəzlərin qida dəyəri 50 faiz azalıb - XƏBƏRDARLIQ
Meyvə və tərəvəzlər 60 il əvvəllə müqayisədə xeyli az miqdarda faydalı qida maddələri ehtiva edə bilər. Yeni araşdırmaya görə, kənd təsərrüfatı məhsullarında bir sıra mühüm mineral və vitaminlərin miqdarı 20-50 faiz azalıb. xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar bunun əsas səbəblərində
22.10.2026 211 Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb
Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Azərbaycan Bayrağı ordenli İbad Hüseynov Gürcüstana səfəri zamanı Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb və ölkəyə buraxılmayıb. Bu haqda saytımıza Milli Qəhrəman İbad Hüseynov özü məlumat verib. O, saat 10:40-da hava limanına çatıb və saat 16:00-
22.10.2026 377 Səudiyyə Ərəbistanına hücum: Misirdən SƏRT REAKSİYA
Misirin Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının Dammam şəhərində yerləşən Kral Fəhd hava limanına çərşənbə günü edilən hücumu pisləyib. Hadisə nəticəsində iki nəfər ölüb, səkkiz nəfər yaralanıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Misir Xarici İşlər Nazirliyinin bəyanatında Səudiyy
22.10.2026 280