"İnsanın estetik əməliyyatlara başlaması narkotika kimidir, həmişə davamını istəyir"-SOSİOLOQ
Son zamanlar estetik əməliyyatlar gənclər arasında geniş yayılmaqdadır. Bu əməliyyatlara üz tutan hər kəs bir-birinə oxşamağa çalışır sanki. Estetik dəyişikliklərə bu qədər təlabat olması nədən irəli gəlir?
Mövzu ilə bağlı BiG.AZ-A sosioloq Lalə Mehralı açıqlama verib.
O bildirib ki, ölkədə çox qızlarda eyni burun var. Daha qövslü burnu olan da yoxdur, fındıq burunlular da. Burun dəlikləri qarşı küçədən görünən estetikli qızlar hər gün artır. Estetik həkimlər "copy-paste" üsulu ilə işləyir, hamıda eyni tip burun var. İplərlə dartılıb gicgaha bağlanmış badam gözlülər, tülkü gözlülər, bir-birinin eynisi olan qızlar çoxalır.
"Miyanə anlayışı ortadan yoxa çıxıb. Küçədə qarşılaşdığın hər 10 qızdan 8-i bir birinin eynidir. "Qonçə dodaq", "yarpaq dodaq" deyə vəsf edilib tarixən gözəllər. "Ağız nazik, dodaq nazik, dil nazik" deyən Vaqif indiki şar dodaqları görsə nə cür təsvir qoşardı, kim bilir. Daha nazik dodaqlı qızlar gözəl hesab edilmir, o qədər lağ obyekti olurlar ki onlar da gedib şar kimi edirlər dodaqlarını. Mən hələ ombasına silikon qoydurub gülünc bədən quruluşu düzəltdirənləri demirəm. İndi gözəllik etalonu sinəsi qabağa, burnu nöqtə boyda, dodağı üfürülmüş şar kimi olmaqla ölçülür.
Çənə sümüyünü yonub üçbucaq görüntü verirlər. Ağız içindən kəsib xüsusi cihazla girib çənəni rəndələyirlər. Nə estetikası var bu cür yanağın? Ölkə dolub Malefisenta görünüşlü qadınlarla, özlərinə xoş görünürlər sadəcə. Gözəllik anlayışı sərhəd tanımır, insan təbii görüntüsünə qane olmur, həmişə daha yaxşısını istəyir. İnsanın estetik əməliyyatlara başlaması narkotika kimidir, davamını istəyir həmişə. Əvvəl gözəlləşmək üçün edir, sonra fərqlənmək üçün, axırda da həyatda qala bilmək üçün. Sözsüz ki psixoloji vəziyyətləri qaydasında deyil. Gözəllik uğrunda gedən bu mübarizədən qazanclı çıxan hələ ki, estetik həkimlərdir. Bazar onlara işləyir. Əvvəlcə öz bədənimizi olduğu kimi qəbul etməliyik. Sağlam bədənə sahib olmaq həm də sağlam psixologiya deməkdir. İstədiyimiz qədər trendlərlə ayaqlaşmağa çalışaq, ruhumuz həmişə olduğu kimi qalacaq. Özünü olduğun kimi qəbul etsən, insanlar səni olduğun kimi qəbul edəcəklər. Əsas olan insanların səni necə gördüyü deyil, özünü necə gördüyündür. Gözəllik spesifikdir. Bunu qəbul etmək lazımdır".
AYSEL ƏKBƏR
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 829 Tarix: 16 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏmək müqaviləsinə dəyişiklik hansı qaydada rəsmiləşdirilməlidir?
Əmək müqaviləsinin məzmunu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı əsasında müəyyən edilir. Məcəllədə başqa hal nəzərdə tutulmadıqda, əmək müqaviləsini
13:51 281 Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb
Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Azərbaycan Bayrağı ordenli İbad Hüseynov Gürcüstana səfəri zamanı Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb və ölkəyə buraxılmayıb. Bu haqda saytımıza Milli Qəhrəman İbad Hüseynov özü məlumat verib. O, saat 10:40-da hava limanına çatıb və saat 16:00-
20:44 290 Hörmüz böhranı Azərbaycana da təsir edir: Qiymətlər daha da artacaq?
Hörmüz boğazında gəmilərin hərəkətində yaranan gərginlik dünya iqtisadiyyatı üçün ciddi risklər yaradır. Neft və qaz tədarükündə mümkün fasilələr enerji qiymətlərinin yüksəlməsinə, daşınma xərclərinin artmasına və ərzaq məhsullarının bahalaşmasına səbəb ola bilər. Bu vəziyyət xüsusilə enerji idxalında
12:45 235 Ermənistan Rusiyadan uzaqlaşır: Azərbaycanla münasibətlər PRİORİTETDİR
"Ermənistanla Rusiya arasındakı münasibətlər artıq əvvəlki kimi ola bilməz". Bunu Ermənistanın "Respublika Naminə" partiyasının sədr müavini Ruben Mehrabyan deyib. "Ermənistanda artıq üzərində tonlarla kompromat olan hökumət yoxdur. Rusiyanın İrəvana qarşı belə bir təsir rıçağ
15:18 260 Dünyanın xəstəlik xəritəsi dəyişir - Mütəxəssislər təhlükəyə diqqət çəkirlər
İqlim dəyişikliyi yalnız temperatur və yağıntı rejimlərinə deyil, xəstəliklərin dünyada yayılma coğrafiyasına da təsir göstərir. Daha mülayim qışlar və yüksələn temperatur ağcaqanad və gənə kimi xəstəlik daşıyan canlıların yeni ərazilərə yayılması üçün əlverişli şərait yarada bilər. Yeni araşdırma 2050-c
22:15 140 Metropoliten rəisinə yeni müavin təyin olundu - Foto
"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə
14:10 290 Vətən müharibəsində qazanılmış mühüm nailiyyətlərdən biri də Qubadlının azad olunmasıdır
Ali Baş Komandanımızın sərkərdəliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində əzəli torpaqlarımızı işğaldan azad edərək bizi böyük zəfərimizə çatdırmışdır. Şübhəsiz ki, qələbəmizə gedən yolda ən mühüm əməliyyatlardan biri də Qubadlı şəhərinin işğaldan azad olunması əməliyyatı idi. Qubadlı rayonunu
14:38 258 Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu
İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk
16:44 278 "Həzi Aslanov"dakı təmir yekunlaşdı
Metronun "Həzi Aslanov" stansiyasında dalanın yenidən qurulması işləri yekunlaşıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzrə həyata keçirilib. Layihəyə uyğu
14:47 293