TƏBİB-dən Sabirabadda yararsız halda olan təcili yardım maşını ilə bağlı AÇIQLAMA - VİDEO
Ötən gün Sabirabad Rayon Mərkəzi Xəstəxanasına məxsus olduğu iddia edilən təcili tibbi yardım maşınının yararsız halda olması və içərisində pasiyentə tibbi xidmət göstərildiyinə dair yayılan görüntülər sosial şəbəkələrdə diqqət çəkib.
TƏBİB Oxu.Az-ın sorğusuna cavab olaraq yaranmış məsələyə aydınlıq gətirib.
Məlumatda qeyd olunub ki, videogörüntülərdə yer alan həkim özəl tibb müəssisəsinin əməkdaşı olub:
"Pasiyentin olduğu avtomobil isə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının balansında olsa da, təcili tibbi yardım xidməti üçün istifadə edilmir.
Məlumat üçün bildirək ki, hazırda sözügedən xəstəxananın təcili tibbi yardım xidmətinin ixtiyarında 12 ədəd avtomobil istifadə olunur.
Onu da əlavə edək ki, bəzi xəbər saytlarında video ilə yanaşı, paylaşılan foto isə tamamilə əlaqəsizdir. Sözügedən foto Salyan rayon ərazisində əvvəlki illərdə çəkilib.
Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsində müalicəsi aparılan 1955-ci il təvəllüdlü şəxsə (qadın cinsli) doppler müayinəsi üçün rayonda yerləşən özəl tibb müəssisəsinə göndəriş vərəqəsi verilib.
Tibb müəssisəsinin balansında olan təcili tibbi yardım avtomobillərinin hər biri çağırışda olduğu üçün xəstənin yaxınlarına bir qədər gözləməli olduqları bildirilib. Xəstə yaxınlarının təkidi ilə tibb müəssisəsinin balansında olan, ancaq istifadə edilməyən köhnə model UAZ markalı avtomobil ilə xəstə özəl tibb müəssisəsinə təxliyə olunub.
Hazırda pasiyentin stasionar şəraitdə müalicəsi Sabirabad Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir, vəziyyəti stabildir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1041 Tarix: 16 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanla Ermənistan arasında artıq de-fakto sülh var - Prezident
"Əminəm ki, Latviya Prezidentinin bu səfəri ikitərəfli imkanlar üçün yaxşı fürsətlər yaradacaq". "Qafqazinfo" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də ölkəmizdə rəsmi səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçslə mətbuata bəyanatında bildirib
14:14 169 Nahar vaxtı evini təmir edənlər cərimələnəcək - Qonşu ölkədə
Nahar vaxtı təmir işləri görən ruslar cəzalandırılacaq. "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu üçün cərimə məbləği 80.00 rubl müəyyən olunub. Məlumata görə, Rusiyanın bəzi bölgələrində qanunlar təmir işləri də daxil olmaqla, başqalarının rahatlığını pozmağın qadağan olunduğu dövrlər
21.04.2026 470 25° isti... - Sabahın havası
Aprelin 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağ
13:36 189 İsrail ordusu Livanın cənubunda Hizbullah terror təşkilatının silah anbarlarını aşkar edib
İsrail ordusu çərşənbə günü Hizbullah terror təşkilatının infrastrukturuna qarşı davam edən əməliyyatlar zamanı Livanın cənubundakı İrəli Müdafiə Xəttinin cənubundakı ərazilərdə çoxsaylı silah anbarları aşkar edib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, Əl-Xiyamda əməliyyat aparan qoşunla
15:00 142 Ermənistanda seçki qalmaqalı: 14 nəfər rüşvət ittihamı ilə saxlanıldı
"Güclü Ermənistan" partiyasının 14 tərəfdarı və üzvü seçki kampaniyası zamanı rüşvət ittihamı ilə saxlanılıb. xəbər verir ki, bu barədə "Armenpress" agentliyi məlumat yayıb. Məlumata görə, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin araşdırdığı cinayət işi çərçivəsində 1
11:15 172 Vatsap qrupunda etdiyi zarafat baha başa gəldi
ABŞ-nin Florida ştatında universitet tələbəsinin İsrail Baş naziri Benyamin Netanyahu haqqında vatsapda yazdığı zarafat xarakterli mesaj ciddi hüquqi nəticələrə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, Florida Universitetinin tələbəsi Qabriela Saldana qrup çatında "Netanyahu, məni eşidirsənsə
21.04.2026 614 Qızıl və gümüş ucuzlaşdı
Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.41% azalaraq 4,809 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.45% ucuzlaşaraq 78.88 ABŞ dolları təşkil edib
21.04.2026 434 Prezident həmkarını qarşıladı - Fotolar
Bu gün Latviya Prezidenti Edqars Rinkeviçsin rəsmi qarşılanma mərasimi olub. "Qafqazinfo" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Latviya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Edqars Rinkeviçs
11:23 200 Alena Əliyeva Beynəlxalq Rəqs Gününə həsr olunmuş konsertdə - Fotolar
Prezident İlham Əliyevin gəlini Alena Əliyeva instaqram hesabında Beynəlxalq Rəqs Gününə həsr olunmuş Dövlət Uşaq Filarmoniyasının solo konsertindən paylaşım edib. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:
12:26 295