"Rəsmi Bakı məqsədsiz və nəticəsiz danışıqlara maraqlı deyil" - Politoloq

"Rəsmi Bakı məqsədsiz və nəticəsiz danışıqlara maraqlı deyil" - Politoloq2024-cü il mayın 15-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın doqquzuncu görüşü keçirilib.Görüşün gedişində komissiyalar onlar tərəfindən qəbul edilmiş 2024-cü il 19 aprel tarixli 8-ci görüşün Protokoluna uyğun olaraq görülmüş işləri müzakirə edib və Sovet İttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olmuş hüquqi cəhətdən əsaslandırılan respublikalararası sərhədə uyğunlaşdırılması məqsədilə bilavasitə Bağanıs Ayrım (AR) - Bağanis (ER), Aşağı Əskipara (AR) - Voskepar (ER), Xeyrımlı (AR) – Kirants (ER) və Qızılhacılı (AR) - Berkaber (ER) yaşayış məntəqələri arasında sərhəd xəttinin hissələrinin SSRİ SQ Baş Qərargahının 1979-cu ildə növbətçilik prosedurunu keçmiş 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun olaraq yerdəki geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla birgə tərtib olunmuş Protokol-təsvirini razılaşdırıblar.

Politoloq Turan Rzayev BiG.AZ-a bildirib ki,bu görüşlər yenə keçiriləcək. Keçirilməsini vacib edən məqam delimitasiya prosesinin yekunlaşmasıdır. Proses bu qədər tezliklə baş verməyə də bilər. Ən önəmlisi sərhədin müəyyən hissələrinin dağlıq sərt relyefə malik olmasıdır. Bu, prosesi uzada bilər. Bundan əlavə, Ermənistandakı daxili sabitsizlik də prosesə təsir edən məqamlardandır. Azərbaycan prosesin tez olmasını istəyir, amma bu tələskənlik deyil. Prezident İlham Əliyevin dediyi kimi, delimitasiya prosesi sülh prosesindən sonra davam edə bilər:

"Sərhəd komissiyalarının növbəti görüşünün keçirilməsi delimitasiya prosesinin davamlılığı baxımından olduqca vacibdir. Ümumiyyətlə bu, sərhəd komissiyalarının 9-cu görüşüdür. Bundan öncə görüşlər və əldə olunan razılaşmalar deməyə əsas verir ki, artıq sistematik görüşlər keçirilir və tərəflər bunda maraqlıdır. Hər görüş sonrası yeniliyin şahidi oluruq. Bunların ən böyüyü Qazaxın 4 qeyri-anklav kəndinin Azərbaycana qaytarılmasıdır. Təbii ki, hər görüşdə anklavlar məsələsi də ayrı-ayrılıqda müzakirə edilir. Mübahisəli məqamlar var, amma həlli mümkün görünən məsələlərə dair razılıqlar əldə edilir. Görüşlərin diqqət çəkən digər tərəfi də hər görüş sonrası əldə olunan razılıqlar və ya tərəflər arası həllini gözləyən məsələlərin bir sənəd halında qəbul edilməsidir. Növbəti görüşdə tərəflərin nələri müzakirə edəcəyi müəyyən edilir. Hesab edirəm ki, bu görüşlər yenə keçiriləcək. Keçirilməsini vacib edən məqam delimitasiya prosesinin yekunlaşmasıdır. Proses bu qədər tezliklə baş verməyə də bilər. Ən önəmlisi sərhədin müəyyən hissələrinin dağlıq sərt relyefə malik olmasıdır. Bu, prosesi uzada bilər. Bundan əlavə, Ermənistandakı daxili sabitsizlik də prosesə təsir edən məqamlardandır. Azərbaycan prosesin tez olmasını istəyir, amma bu tələskənlik deyil. Prezident İlham Əliyevin dediyi kimi, delimitasiya prosesi sülh prosesindən sonra davam edə bilər. Bizim üçün prioritet məsələ sülh müqaviləsinin, ən əsası çərçivə sazişinin imzalanmasıdır. Bu sazişdən sonra da delimitasiyanı davam edə bilərik. Amma o şərtlə ki, bu görüşlər keçirilsin və hər görüş sonrası bir yenilik olsun. Rəsmi Bakı məqsədsiz və nəticəsiz danışıqlara maraqlı deyil".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 739   Tarix: 16 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əmək müqaviləsinə dəyişiklik hansı qaydada rəsmiləşdirilməlidir?

Əmək müqaviləsinin məzmunu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı əsasında müəyyən edilir. Məcəllədə başqa hal nəzərdə tutulmadıqda, əmək müqaviləsini

13:51 281
.

Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb

Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Azərbaycan Bayrağı ordenli İbad Hüseynov Gürcüstana səfəri zamanı Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb və ölkəyə buraxılmayıb. Bu haqda saytımıza Milli Qəhrəman İbad Hüseynov özü məlumat verib. O, saat 10:40-da hava limanına çatıb və saat 16:00-

20:44 290
.

Hörmüz böhranı Azərbaycana da təsir edir: Qiymətlər daha da artacaq?

Hörmüz boğazında gəmilərin hərəkətində yaranan gərginlik dünya iqtisadiyyatı üçün ciddi risklər yaradır. Neft və qaz tədarükündə mümkün fasilələr enerji qiymətlərinin yüksəlməsinə, daşınma xərclərinin artmasına və ərzaq məhsullarının bahalaşmasına səbəb ola bilər. Bu vəziyyət xüsusilə enerji idxalında

12:45 235
.

Ermənistan Rusiyadan uzaqlaşır: Azərbaycanla münasibətlər PRİORİTETDİR

"Ermənistanla Rusiya arasındakı münasibətlər artıq əvvəlki kimi ola bilməz". Bunu Ermənistanın "Respublika Naminə" partiyasının sədr müavini Ruben Mehrabyan deyib. "Ermənistanda artıq üzərində tonlarla kompromat olan hökumət yoxdur. Rusiyanın İrəvana qarşı belə bir təsir rıçağ

15:18 260
.

Dünyanın xəstəlik xəritəsi dəyişir - Mütəxəssislər təhlükəyə diqqət çəkirlər

İqlim dəyişikliyi yalnız temperatur və yağıntı rejimlərinə deyil, xəstəliklərin dünyada yayılma coğrafiyasına da təsir göstərir. Daha mülayim qışlar və yüksələn temperatur ağcaqanad və gənə kimi xəstəlik daşıyan canlıların yeni ərazilərə yayılması üçün əlverişli şərait yarada bilər. Yeni araşdırma 2050-c

22:15 140
.

Metropoliten rəisinə yeni müavin təyin olundu - Foto

"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə

14:10 290
.

Vətən müharibəsində qazanılmış mühüm nailiyyətlərdən biri də Qubadlının azad olunmasıdır

Ali Baş Komandanımızın sərkərdəliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində əzəli torpaqlarımızı işğaldan azad edərək bizi böyük zəfərimizə çatdırmışdır. Şübhəsiz ki, qələbəmizə gedən yolda ən mühüm əməliyyatlardan biri də Qubadlı şəhərinin işğaldan azad olunması əməliyyatı idi. Qubadlı rayonunu

14:38 258
.

Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu

İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk

16:44 278
.

"Həzi Aslanov"dakı təmir yekunlaşdı

Metronun "Həzi Aslanov" stansiyasında dalanın yenidən qurulması işləri yekunlaşıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzrə həyata keçirilib. Layihəyə uyğu

14:47 293
.