Şəhərin mərkəzində gecə saatlarında tikinti aparılmasının səbəbi nədir? - AÇIQLAMA

Şəhərin mərkəzində gecə saatlarında tikinti aparılmasının səbəbi nədir? - AÇIQLAMABakının Nəsimi rayonunda Kövkəb Səfərəliyeva, 23 ünvanında aparılan tikinti işləri ərazidə yaşayan sakinlərin yuxularına haram qatıb.

Bununla bağlı Oxu.Az-a şikayət daxil olub.

Qeyd olunub ki, gecə saatları olmasına baxmayaraq, ərazidə tikinti işləri davam etdirilir. İşləyən texnikanın səs-küyündən nə dincəlmək, nə də yatmaq mümkündür.

Şikayətlə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq.

Nazirliyin Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Lumu İsrəfilli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, şəhərin mərkəzi hissəsində yerləşən həmin tikinti ərazisində iritonnajlı texnikanın müəyyən saatlarda işləməsi təsdiq olunmuş normativlərə uyğun təşkil edilir.

"Hazırda tikinti sahəsində işlər yekunlaşmaq üzrədir. Polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülüb", - deyə L.İsrəfilli qeyd edib.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına və eləcə də, həmin qərarın icrası ilə əlaqədar yol hərəkəti təhlükəsizliyi komissiyasının 1 saylı protokoluna uyğun olaraq, xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici nəqliyyat vasitələri istisna olmaqla, icazə verilən maksimum kütləsi 5 tondan çox olan avtomobillərin hərəkəti Bakı şəhəri üzrə mövsümə əsasən müəyyən edilib.

Belə ki, 1 may-1 oktyabr aralığında səhər saat 7:30-dan axşam saat 21:00-a kimi, 1 oktyabr-1 may aralığında isə səhər saat 7:30-dan axşam saat 20:00-a kimi yük avtomobillərinin paytaxta daxil olması qadağandır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 908   Tarix: 03 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

HiPP uşaq qidası qalmaqalı: təhlükəli maddə iddiası narahatlıq yaratdı - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Son günlərdə HiPP markasına məxsus uşaq qidaları ilə bağlı yayılan xəbərlər cəmiyyətdə ciddi narahatlıq yaradıb. İddialara görə, bəzi məhsulların tərkibində zərərli maddə - siçan zəhəri olduğu ehtimal edilir ki, bu da xüsusilə azyaşlıların sağlamlığı baxımından böyük risk kimi qiymətləndirilir. Hadis

12:07 238
.

"Ailəmi efirdə görə bilməzsiniz"

Türkiyəli müğənni Mahsun Kırmızıgül ailəsi ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, ifaçı son vaxtlar bir çox məşhurun ailəsi ilə gündəmdə olmasına eyham vurub:. "Siz heç ailəmi televiziyada görmüsünüz? Görə də bilməzsiniz. Mənim ailəm böyükdür. Amma içlərindən biri çıxıb mənim adımı bel

10:55 236
.

Aİ daxilində yeni gərginlik siqnalları - Bolqarıstan nəticələri

Keçmiş prezident Rumen Radevin rəhbərlik etdiyi "Mütərəqqi Bolqarıstan" koalisiyasının növbədənkənar parlament seçkilərində öndə olduğu bildirilir. Məlumata görə, koalisiya səslərin 37,5-38,9 faizini toplayıb. Avropa İnkişafı Uğrunda və Demokratik Qüvvələr Birliyi (GERB-SDS) isə 15,4-16,2 fai

12:56 210
.

İran ABŞ-a xəbərdarlıq etdi: "Cavab verəcəyik"

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ABŞ-ı atəşkəsi pozmaqda ittiham edib və Oman körfəzində İran gəmisinin vurulmasına cavab verəcəyini açıqlayıb. xəbər verir ki, bəyanat Tasnim xəbər agentliyi tərəfindən yayılıb. Bəyanatda deyilir: "Xəbərdarlıq edirik ki, İran silahlı qüvvələri ABŞ-ın b

11:07 218
.

Azərbaycanda bəzi məktəblərin bufetlərində qadağan edilən məhsullar satılırmış - FOTO

Cari ilin mart ayı ərzində 390 ümumtəhsil müəssisəsində monitorinq keçirilib. xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, həmin məktəblərdən 263-də ciddi sanitar pozuntular (sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qeyri-qənaətbəxş olması

12:16 246
.

İran parlamentinin sədri: "ABŞ bizdən güclüdür"

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ və İsrail ilə qarşıdurma fonunda verdiyi açıqlamada İranın hərbi baxımdan Vaşinqtondan zəif olduğunu etiraf edib, ancaq bunun strateji üstünlük qazanmağa mane olmadığını bildirib. bu barədə "Azad İran" "Telegram" kanalına istinadə

19.04.2026 455
.

10 milyon dollarlıq azadlıq: məşhur iş adamı sərbəst buraxıldı

İş adamı və müxalif "Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyan 10 milyon dollardan artıq girov qarşılığında azadlığa buraxılıb. xəbər verir ki, bu barədə TASS agentliyi siyasətçinin vəkilinə istinadən məlumat yayıb. Vəkilin sözlərinə görə, bu məbləğ Ermənistan tarixində görünməmi

11:44 302
.

Həyat yoldaşı burada olmadığı üçün hər yerə oğlu ilə gedir

Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad paylaşımları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, o, bir çox toy məclisində anası ilə olub. Cahad məclislərdən görüntülər yayımlayaraq "Atan başqa şəhərdə işləyəndə, sən onun xanımı ilə vaxt keçirməli olursan. Deyəsən buna öyrəşməyə başlayıram"

11:41 309
.

Yüksələn problemli kreditlər iqtisadiyyatda narahatlıq yaradır

"Son dövrlərdə problemli kreditlərin sayının və həcminin artması iqtisadi gündəmin əsas mövzularından birinə çevrilib. Mövcud vəziyyətin əsas səbəbləri kimi kreditlərin düzgün planlaşdırılmaması və risklərin adekvat qiymətləndirilməməsi göstərilir". Bunu BİG.AZ-a açıqlamasında bank ekspert

14:08 179
.

TOP MP3