İstehsalı artsa da, dəyəri düşməyən QARA KÜRÜ - ŞƏRH

İstehsalı artsa da, dəyəri düşməyən QARA KÜRÜ - ŞƏRHÖlkəmizdə qara kürünün istehsalı da, xaricdən idxalı da artıb. Bununla belə, daxili bazarda bu məhsul ucuzlaşmır. Ekspertlər bunu istehsalın az olması və yalnız ixrac üçün nəzərdə tutulması ilə əlaqələndirirlər.

2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 617.1 kiloqram nərə balığı kürüsü istehsal edilib. Dövlət Statistika Komitəsinin hesabatında bildirilir ki, bu göstəricinin həcmi 2023-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 49 faiz və ya 203.1 kiloqram çoxdur. Belə ki, 2023-cü ilin ilk doqquz ayı ərzində Azərbaycanda 414 kiloqram nərə balığının kürüsü istehsal edilib. Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycandan 553 min 780 ABŞ dolları dəyərində 480 kiloqram nərə balığının kürüsü ixrac edilib. Bu dövrdə qara kürünün bir kiloqramının orta ixrac qiyməti isə 1 961 manat təşkil edib. Bu ilin səkkiz ayında Azərbaycana Çindən 1 milyon 89.9 min ABŞ dolları dəyərində 3 630 kq qara kürü idxal edilib. Bu məhsulun bir kiloqramının orta idxal qiyməti isə 510 manat təşkil edib.

Bəs hazırda bu sahədə vəziyyət necədir? Qara kürü istehsalının artması daxili bazarda bu məhsulun qiymətlərinə necə təsir edəcək?

"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

"Ölkəmiz bu sırada çox geridədir"

"Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası" İctimai Birliyinin sədri Zaur Salmanlının sözlərinə görə, statistikada göstərilən məlumatlar bu sahədəki vəziyyəti tam əks etdirmir. Kürü istehsalında hazırkı vəziyyət statistikada əks olunan rəqəmlərdən bir neçə dəfə çoxdur. İdxal rəqəmləri də reallığı əks etdirmir.

Sədrin fikrincə, istehsalımız çox olsa da, hələ də dünya ölkələrindən xeyli geridəyik:

"Dünyada qara kürü istehsalı 2023-cü ildə 500-550 ton həcmində qiymətləndirilib. Bunun sadəcə 300-350 tonu Çində istehsal edilir. Azərbaycan bu sırada çox geridədir. Baxmayaraq ki, ölkəmizdə qara kürü istehsalı qədim ənənələrə malikdir. Amma istehsalımızı dünya standartları səviyyəsinə qaldıra bilməmişik. Bunun əsas səbəblərindən biri dövlət dəstəyinin olmamasıdır. İstehsalımız 1-2 ton həcmindədir və çox azdır. Yerli kürü əsasən ixracyönümlüdür".

"Çin kürüsü yerli istehsal adı ilə satılır"

Z.Salmanlı deyir ki, ölkəmizə idxal edilən kürünün keyfiyyətinə xüsusi nəzarət olmalıdır:

"Daxili bazarımızda Çin kürüsü satılır. Pərakəndə satış qiyməti 800-900 manatadır. Ehtimallarımıza görə, ölkəmizdə 10 ton kürü istehlakı var. Onun 80 faizindən çoxunu Çin kürüsü təşkil edir. Çin kürüsü müxtəlif adlar altında satılır. Hətta yerli istehsal adı ilə də satılma halları mümkündür. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Çindən gələn kürünün keyfiyyətinə daha diqqətlə yanaşmalıdır. Çin kürüsü nərə balıqlarının təmiz növlərindən deyil. Hibridlərdən istehsal olunur. Onların istehsalında konservantlardan istifadə edilir. İstehlakçılarımızı da qorumalıyıq".

Tək çarə dövlət dəstəyidir

Sədr qiymət məsələsinə də toxunub:

"Qiymətlər böyük görünə bilər. Lakin orta dünya qiymətlərinin altındadır. Azərbaycan bazarında bu məhsulun qiymətinin enməsinin yeganə yolu digər nərə cinsli balıq növlərinin ölkəmizə gətirilməsidir. Məsələn, çökə balığı gətirilib. Xəzər dənizinin Volqa hövzəsinə aid, kiçik nərə cinsli balıqdır. Kürüsü bir az daha kiçik olduğu üçün daha münasib qiymətə satılır".

Z.Salmanlının sözlərinə görə, yaxın illərdə istehsalın daha da artırılması gözləniləndir:

"İllik 15 ton istehsal reallaşa bilər. Artımın davamlı olmasının tək yolu bu sahəyə dövlət dəstəyinin göstərilməsidir. Bu, həm bizim mədəni irsimizdir, həmçinin böyük ixrac potensialına malik olan məhsuldur. İqtisadiyyatımız, həmçinin ölkəmizin tanıdılması cəhətdən özünəməxsus rolu var".

Qadağa müsbət təsir edib

İqtisadçı Akif Nəsirli isə düşünür ki, istehsaldakı artımda ovlanmanın qadağan edilməsinin rolu böyükdür:

"Azərbaycanda nərəkimilərin sayının artırılmasını müşahidə edirik. Çünki Xəzər dənizində nərəkimilərin ovlanılması qadağandır. Tək ölkəmizdə deyil, İrandan başqa digər Xəzəryanı ölkələrdə də nərəkimilərin ovlanması qadağan edilib. Qarşıdakı illərdə də bu balıqları süni şəkildə yetişdirən fermerlər təsərrüfatlarını genişləndirə bilsələr, ölkəmizdən qara kürü ixracı da genişlənər".

Fermerlər ixracda maraqlıdırlar

A.Nəsirlinin fikrincə, fermerlər xarici bazarda qoyduqları qiyməti daxili bazara tətbiq edə bilmədiklərindən bunda maraqlı deyillər. Belə olan halda qiymətlərdə enmələr də mümkün olmur:

"Azərbaycanda daxili bazarda qiyməti aşağı salacaq qədər istehsal mümkün deyil. Çünki dünya bazarında qiyməti olduqca yüksəkdir. Yerli kürünün daxili bazara çox az qismi çıxır. Əksəriyyəti isə dünya bazarlarına ixrac edilir. Bəzi hallarda qara kürünün bir kiloqramı 6-12 min dollar arası dəyişib. O səbəbdən artıq hissənin daxili bazara yönəldilməsi mümkün deyil. Belə olan halda daxili bazarda da qiymətin aşağı düşməsini gözləmək doğru olmaz. Fermerlər daha çox ixracda maraqlıdırlar. Dünya bazarında qiymət nə qədər azalsa da, 3-4 min dolların üzərində qalır. Bu səbəbdən daxili bazarımızda qiymətin aşağı düşməsi gözlənilmir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 681   Tarix: 14 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyədə Azərbaycana qarşı çıxanlar kimlərdir? - AÇIQLAMA

Azərbaycanla Türkiyə arasındakı münasibətlər ortaq tarixə, milli-mənəvi dəyərlərə və strateji müttəfiqliyə əsaslansa da, son günlər Türkiyənin sosial media məkanında Azərbaycana qarşı səsləndirilən fikirlər və diplomatik nümayəndəliklərimiz qarşısında keçirilən aksiyalar iki ölkə arasındakı münasibətləri

11:00 216
.

Kərki və digər kəndlərin taleyi: milli maraqlar və davamlı sülh

"Azərbaycanın Ermənistanın nəzarətində qalan ərazilərinin taleyi ölkəmizin milli maraqları, dövlət suverenliyi və sərhəd təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Söhbət, ilk növbədə, Naxçıvanın Kərki kəndindən, Qazax rayonunun Yuxarı Əskipara, Sofulu və Barxudarlı kəndlərindən gedir. Eyn

11:18 189
.

Yuxuda danışmaq hansı hallarda sağlamlıq probleminin əlaməti ola bilər?

Yuxuda danışmaq bir çox insanda müşahidə olunan və əksər hallarda təhlükəli sayılmayan haldır. İnsan yuxu zamanı pıçıldaya, anlaşılmaz sözlər deyə, hətta qarşısındakı şəxslə söhbət edirmiş kimi görünə bilər. Lakin bu vəziyyət tez-tez təkrarlanırsa və başqa əlamətlərlə müşayiət olunursa, sağlamlıqla bağl

13:51 197
.

Məktəbdə əsas məqsəd geyim deyil, təhsil olmalıdır

"Məktəblərdə vahid geyim formasının tətbiqini təhsildə nizam-intizamın qorunması, bütün şagirdlər üçün bərabər mühitin yaradılması və dünyəvilik prinsiplərinin möhkəmləndirilməsi baxımından mühüm hesab edirəm. Məktəb ilk növbədə bilik və tərbiyə ocağıdır. Burada əsas diqqət şagirdlərin geyiminə

15:09 221
.

Aleksandr Lukaşenko: Ukraynada sülh 2026 və ya 2027-ci ildə əldə olunacaq

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynada sülhün 2026 və ya 2027-ci ildə əldə olunacağına əminliyini ifadə edib. Teleqraf xəbər verir ki, bu barədə A.Lukaşenko "BelTA" agentliyinə açıqlama verib. "Bu sülh olacaq. Əgər bu il olmasa, gələn il. Mən tamamilə əminəm. Rusiya güclü v

21:00 1
.

Ronaldonun ailəsi ulduz futbolçunun radikal qərarını AÇIQLADI

Kriştiano Ronaldonun bacısı Elma Aveyro ulduz hücumçunun beynəlxalq futboldan ayrılması ilə bağlı danışıb. -ın xarici mediaya istinadən məlumatına görə, o, baş məşqçi Jorje Jesusla münaqişədən sonra Kriştianonun Portuqaliya millisinə qayıdacağına şübhə ilə yanaşdığını bildirib. Kitabın təqdimatı zaman

18:45 147
.

Tramp: Siyasətdə heç kimə etibar etmirəm

ABŞ Prezidenti Donald Tramp siyasətdə heç kimə etibar etmədiyini bildirib. Teleqraf xəbər verir ki, bu barədə o, "Newsmax" müsahibəsində danışıb. Telekanalın İsrail Baş naziri Benyamin Netanyahuya etibar edib-etmədiyi barədə sualına Tramp belə cavab verib: "Düzünü desəm, heç kimə etiba

20:45 1
.

Həbsdə olan Nəvainin aqibəti necə olacaq?

Qazaxıstanda narkotikə görə həbsdə olan "Navai" ləqəbli azərbaycanlı reper (Nəvai Bəkirov) girov qarşılığında azadlığa buraxıla bilər. Axşam.az xəbər verir kiI, bu barədə "Shot" teleqram kanalı məlumat yayıb. Bildirilib ki, reperin vəkilləri həbs qətimkan tədbirinin girovla əvəz olunmasın

20:15 1
.

Küləkli havada çalışanların nəzərinə: İş dayandırılacaq

Parlament Əmək Məcəlləsinə təklif edilən dəyişikliyi ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, küləkli hava şəraitində işçilərin işləməsi yeni qaydalarla tənzimlənəcək. Belə ki, işçilər küləkli havada açıq şəraitl

13:12 267
.