Zamindən xəbərsiz kredit məbləği artırıla BİLƏR?
Vətəndaş zamin durduğu şəxsin borc məbləğini xəbərsiz artırmasından şikayətçidir.
O, sosial media hesabında paylaşım edərək bildirib ki, zamin durduğu şəxs ondan xəbərsiz əlavə 30 min manat kredit götürüb:
"Zamin durduğum şəxs məndən xəbərsiz kredit məbləğini artırıb. İki ay əvvəl baxanda 5-6 min borc qalmışdı. Lakin dünən baxanda gördüm ki, bank tərəfindən mənim xəbərim olmadan şəxsə 30 min manat yenidən kredit verilib".
Maraqlıdır, bəs görəsən, zaminin xəbəri olmadan bank şəxsə əlavə borc verə bilərmi?
Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablayan bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bildirib ki, bu məsələ kredit müqaviləsi əsasında tənzimlənir:
"Kredit müqaviləsi şərtləri əsasında şəxs 5-6 min manatlıq borca zamin durubsa, onun icazəsi olmadan əlavə borc götürülə bilməz. Lakin kredit müqaviləsində qeyd olunan şərtlər içərisində 30 min manata qədər kredit götürülə bilmə bəndi qeyd olunubsa, zamin bu zaman həmin borca görə öhdəlik daşıyır. Bu halda şəxs zamin olmadan da kredit məbləğini artıra bilər. Zamin isə öhdəlikdən boyun qaçıra bilməz".
Hüquqşünas qeyd edib ki, vətəndaşlar kredit götürərkən kredit müqaviləsində şərtlərin konkret göstərilməsinə diqqət yetirməlidirlər:
"Kredit müqaviləsi bağlanarkən şərtlər konkret olmalıdır. Zaminlik öhdəliyinə xitam verilmə o zaman ola bilər ki, əsas öhdəliyə, yəni kredit müqaviləsinə zaminin razılığı olmadan hər hansı dəyişiklik edilsin. Bu dəyişikliklər zaminin marağına zidd olar və razılıq verməsə, dəyişiklik edilə bilməz. Dəyişiklik deyəndə biz yalnız məbləğin artırılmasını nəzərdə tutmuruq, bura faizlər və kredit müddətinin uzadılmasını da aid etmək olar".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 740 Tarix: 14 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTürkiyədə Azərbaycana qarşı çıxanlar kimlərdir? - AÇIQLAMA
Azərbaycanla Türkiyə arasındakı münasibətlər ortaq tarixə, milli-mənəvi dəyərlərə və strateji müttəfiqliyə əsaslansa da, son günlər Türkiyənin sosial media məkanında Azərbaycana qarşı səsləndirilən fikirlər və diplomatik nümayəndəliklərimiz qarşısında keçirilən aksiyalar iki ölkə arasındakı münasibətləri
11:00 216 Kərki və digər kəndlərin taleyi: milli maraqlar və davamlı sülh
"Azərbaycanın Ermənistanın nəzarətində qalan ərazilərinin taleyi ölkəmizin milli maraqları, dövlət suverenliyi və sərhəd təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Söhbət, ilk növbədə, Naxçıvanın Kərki kəndindən, Qazax rayonunun Yuxarı Əskipara, Sofulu və Barxudarlı kəndlərindən gedir. Eyn
11:18 189 Yuxuda danışmaq hansı hallarda sağlamlıq probleminin əlaməti ola bilər?
Yuxuda danışmaq bir çox insanda müşahidə olunan və əksər hallarda təhlükəli sayılmayan haldır. İnsan yuxu zamanı pıçıldaya, anlaşılmaz sözlər deyə, hətta qarşısındakı şəxslə söhbət edirmiş kimi görünə bilər. Lakin bu vəziyyət tez-tez təkrarlanırsa və başqa əlamətlərlə müşayiət olunursa, sağlamlıqla bağl
13:51 197 Məktəbdə əsas məqsəd geyim deyil, təhsil olmalıdır
"Məktəblərdə vahid geyim formasının tətbiqini təhsildə nizam-intizamın qorunması, bütün şagirdlər üçün bərabər mühitin yaradılması və dünyəvilik prinsiplərinin möhkəmləndirilməsi baxımından mühüm hesab edirəm. Məktəb ilk növbədə bilik və tərbiyə ocağıdır. Burada əsas diqqət şagirdlərin geyiminə
15:09 221 Aleksandr Lukaşenko: Ukraynada sülh 2026 və ya 2027-ci ildə əldə olunacaq
Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynada sülhün 2026 və ya 2027-ci ildə əldə olunacağına əminliyini ifadə edib. Teleqraf xəbər verir ki, bu barədə A.Lukaşenko "BelTA" agentliyinə açıqlama verib. "Bu sülh olacaq. Əgər bu il olmasa, gələn il. Mən tamamilə əminəm. Rusiya güclü v
21:00 1 Ronaldonun ailəsi ulduz futbolçunun radikal qərarını AÇIQLADI
Kriştiano Ronaldonun bacısı Elma Aveyro ulduz hücumçunun beynəlxalq futboldan ayrılması ilə bağlı danışıb. -ın xarici mediaya istinadən məlumatına görə, o, baş məşqçi Jorje Jesusla münaqişədən sonra Kriştianonun Portuqaliya millisinə qayıdacağına şübhə ilə yanaşdığını bildirib. Kitabın təqdimatı zaman
18:45 147 Tramp: Siyasətdə heç kimə etibar etmirəm
ABŞ Prezidenti Donald Tramp siyasətdə heç kimə etibar etmədiyini bildirib. Teleqraf xəbər verir ki, bu barədə o, "Newsmax" müsahibəsində danışıb. Telekanalın İsrail Baş naziri Benyamin Netanyahuya etibar edib-etmədiyi barədə sualına Tramp belə cavab verib: "Düzünü desəm, heç kimə etiba
20:45 1 Həbsdə olan Nəvainin aqibəti necə olacaq?
Qazaxıstanda narkotikə görə həbsdə olan "Navai" ləqəbli azərbaycanlı reper (Nəvai Bəkirov) girov qarşılığında azadlığa buraxıla bilər. Axşam.az xəbər verir kiI, bu barədə "Shot" teleqram kanalı məlumat yayıb. Bildirilib ki, reperin vəkilləri həbs qətimkan tədbirinin girovla əvəz olunmasın
20:15 1 Küləkli havada çalışanların nəzərinə: İş dayandırılacaq
Parlament Əmək Məcəlləsinə təklif edilən dəyişikliyi ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, küləkli hava şəraitində işçilərin işləməsi yeni qaydalarla tənzimlənəcək. Belə ki, işçilər küləkli havada açıq şəraitl
13:12 267