"Məktəblərimizdə tərbiyə mühiti ilə bağlı ciddi problemlər var"-Elşən Qafarov

"Məktəblərimizdə tərbiyə mühiti ilə bağlı ciddi problemlər var"-Elşən QafarovMüəllim təkcə öyrətdiyinə görə yox, həm də biliyi, savadı və davranışı ilə şagirdlərə örnək olan insandır. Onların haqqında söz düşəndə az qala hər kəsdən buna bənzər arqumentlər eşidirik. Onu da deyirlər ki, əsl müəllim pedaqoji metodlardan məharətlə istifadə edərək oxumayan, ipə-sapa yatmayan, verilən öyüd-nəsihəti dinləməyən şagirdlərdə oxumağa həvəs və maraq yaratmağı bacarandır.

Şablona dönmüş fikirlər bir yana, həqiqətdə isə son illər müəllim-şagird münasibətlərində qəribə bir soyuqluq müşahidə olunur. Halbuki şagirdinə öz övladı kimi yanaşan, sevgi, qayğı göstərən, onun savadlı, bilikli insan kimi yetişməsi üçün can qoyan müəllimlər çox olmasa da, hər halda yox da deyil. Əvəzində isə müəllimə müqəddəs varlıq kimi baxan, hörmətlə edən, onu sevən şagirdlər çox azdır.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, təhsil böyük bir sahədir. 11 milyona yaxın əhalinin hər iki nəfərdən biri bu və ya digər şəkildə təhsillə bağlıdır. Bu böyük sahədə baş verənlər bizi xoşagələn və ya gəlməyən hadisələrlə üzləşmək məcburiyyətində qoyur:

"Məktəblərimizdə tərbiyə mühiti ilə bağlı ciddi problemlər var"-Elşən Qafarov"Məktəblərimizdə tərbiyə mühiti ilə bağlı ciddi problemlər var. Çünki, təhsil idarəetmə orqanlarında tərbiyə sisteminə nəzarət yoxdur.
Bir milyon yeddi yüz şagirddən bir və ya bir neçəsi müəllimə kobud rəftar edib, nalayiq hərəkət edirsə, yüz əlli mindən çox müəllimin olduğu təhsil sistemində bir neçəsi hər hansı bir vəziyyət yaradırsa, bunu təhsil sisteminin "ayağına yazmaq" olmaz.
Əvvəlcə araşdırmaq lazımdır ki, kobud cavab verən şagird necə bir ailənin övladıdır? Onun ailə mühiti və ailə tərbiyəsi hansı vəziyyətdədir? Ondan sonra müəllim haqqında qərar verə bilərik.
Biz müəllim tərəfindən zərər görən uşağı günahsız kimi qiymətləndiririk. Müəllimin o həddə gəlib çatmasına səbəb olan məqamları görmürük. Normal ailənin tərbiyəsini görən uşaq, müəllimi heç vaxt "stol tullayacaq" səviyyəyə gətirib çatdırmaz. Məktəbdə problem yaradan şagirdlər anormal ailənin övladlarıdır.
Övladına tərbiyə verə bilməyən ailələrin uşaqları dövlət tərəfindən alınmalıdır. Dövlət uşağa sahib çıxmalıdır.
Azərbaycan 1992-ci ildən Uşaq Hüquqları Konvensiyasına qoşulub, 1996-cı ilə isə "Uşaq hüquqları haqqında" qanun qəbul edilib. Həmin qanunun birinci maddəsində deyilir ki, "Uşaq dövlətin himayəsindədir". Dövlət "anormal" ailələrin uşaqlarını özü tərbiyə etməlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 992   Tarix: 18 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yeni səfir ailəsi ilə Prezidentin qəbulunda - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qiorqi Zakaraşvilini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Dövlətimizin başçısı səfirlə söhbət etdi. Prezident İlha

14:30 202
.

Alimlər "mini beyinlər" yaratdılar: Məqsəd nədir?

Alimlər dağınıq skleroz xəstəliyinin araşdırılması və yeni müalicə üsullarının hazırlanması üçün insanın sinir sistemini təqlid edən, düyü dənəsi ölçüsündə üçölçülü hüceyrə modeli yaradıblar. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Avstraliyanın Monash Universiteti və Florey Neyrologiya və Psix

15:28 133
.

Küləkli havada çalışanların nəzərinə: İş dayandırılacaq

Parlament Əmək Məcəlləsinə təklif edilən dəyişikliyi ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, küləkli hava şəraitində işçilərin işləməsi yeni qaydalarla tənzimlənəcək. Belə ki, işçilər küləkli havada açıq şəraitl

13:12 225
.

AZAL İsrail prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? - "Haber Global" detalları açıqladı - Video

Bakıda baş tutan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə iştirak etmiş İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana uçuş marşrutu ilə bağlı bəzi xarici mətbuat orqanlarında və sosial şəbəkələrdə müxtəlif xəbərlər yayılıb. xəbər verir ki, Türkiyəni

13:51 210
.

Almazın yeni "qohumu" kəşf edildi

Alimlər təxminən 35 il əvvəl nəzəri olaraq mövcudluğu irəli sürülən yeni karbon formasını laboratoriyada əldə ediblər. "Qafqazinfo" xəbər verir ki, "Diamondiyne" adlanan material məsaməli kristal quruluşu və yüksək təzyiq tələb etmədən formalaşması ilə seçilir. Göteborq Universitetini

15.10.2026 328
.

AQEM-ə sədrliyin uzadılması Azərbaycana etimadın göstəricisidir

Oktyabr ayının 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsində (AQEM) ölkəmizin bu təşkilara sədrliyi daha iki il uzadılıb. Prezident İlham Əliyev Bakıda AQEM-in 7-ci Zirvə Toplantısında buna görə üzv dövlətlərə təşəkkür edib. "Azərbaycanın AQEM-ə sədrliyini

10:37 219
.

Bəhruz Quliyev: Vahid məktəbli forması və intizam qaydaları dünyəvi təhsilin və milli təhlükəsizliyin tələbidir

"Vahid məktəbli formasının tətbiqi və təhsil müəssisələrində intizam qaydalarının qorunması hər bir dövlətin təhsil siyasətinin mühüm tərkib hissəsidir. Məktəb, ilk növbədə, bilik və tərbiyə ocağıdır. Burada əsas məqsəd şagirdlər arasında bərabərliyi təmin etmək, vahid intizam mühiti formalaşdırma

11:54 188
.

Türkiyəyə dostluq, Azərbaycana təzyiq: bu aksiyaların əsl hədəfi nədir?

Türkiyədə Azərbaycanın diplomatik nümayəndəlikləri qarşısında keçirilən aksiyalar iki qardaş ölkənin münasibətləri ətrafında müzakirələrə səbəb olub. Oktyabrın 13-də Ankarada Azərbaycan səfirliyi qarşısında keçirilən aksiyada məktəblərdə geyim qaydaları və hicabla bağlı məsələlər gündəmə gətirilib. Oktyabrı

10:51 167
.

Azərbaycanın məktəbi dünyəvidir - heç kim uşaqların taleyi ilə oynaya bilməz!

Dünyəvi məktəb müasir dövlətin təməl sütunlarından biridir. O, uşaqlara yalnız oxumağı və yazmağı deyil, həm də düşünməyi, sual verməyi, araşdırmağı və həqiqəti dəlillər əsasında müəyyənləşdirməyi öyrədir. Azərbaycan məktəbinin gücü də məhz bu prinsiplərdə, elmi biliklərə, hüquqa və bərabər imkanlar

11:12 179
.