Süd məsullarında qiymət dəyişikliyinin səbəbləri?-AÇIQLAMA
Süd, qaymaq, qatıq, şor, nehrə yağı və digər ağartı məhsullarının qiymətində son vaxtlar dəyişiklik gözə çarpır.
12 ay ərzində ağartı məhsullarının qiyməti 21.4 faiz yüksəlib. Bahalaşma son aylarda daha da sürətlənib. Dünyada süd məhsullarının bahalaşması Azərbaycana da təsir göstərib. Çünki idxal məhsullarının qiyməti yerli bazarın qiymətinə də təsir edir. Həm yerli fermerlərin xərclərinin artması, həm də idxal qiymətlərinin bahalaşması süd məhsullarının qiymətini artırır.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda bayramlar öncəsi hər zaman qiymətlərin artımı müşahidə olunub. Elə süd və süd məhsulları da, bura daxildir:
"Çünki bizdə yerli istehsal çoxluq təşkil etmir. Bazarda olan süd məhsullarının əksəriyyəti xaricdən gətirilən xammaldan istehsal edilir.
Bundan başqa cəmiyyətdə minimum əməkhaqqı və təqaüdlərin artımı ilə bağlı fikir formalaşıb. Buna görə də, maaşlar artmadan qiyməti artıran işbazlar olur. Təəssüf ki, ərzaq qiymətlərinin artımı gələn ilin Novruz bayramına qədər davam edə bilər. Yay aylarına yaxın qiymətlərin artım tempi azalacaqdır. Önümüzdəki üç ayda qiymət artımlarının intensiv olacağını vurğulaya bilərik. Son 15 ildə olan artımları müşahidə etdiyimizdə bu cür hallarla qarşılaşırıq".
Mövzu ilə bağlı BiG.AZ-a danışan iqtisadçı-ekspert Emin Qəribli də, qeyd edib ki, bayram qabağı qiymətlərin artımını müşahidə etmək mümkündür:
"Lakin bu artımların nəzərə çarpacaq dərəcədə olacağını düşünmürəm. Konkret olaraq hər hansı bir məhsula xüsusi tələbat yaranarsa o zaman işbazlar bu haldan istifadə edib qiymət artıra bilər. İnflyasiyaya diqqət yetirsək ötən ilə nisbətən azaldığını müşahidə edə bilərik. Heç bir fors majör hadisə baş vermədiyi təqdirdə, qiymət artımının olacağı gözlənilmir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 883 Tarix: 18 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYeni səfir ailəsi ilə Prezidentin qəbulunda - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qiorqi Zakaraşvilini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Dövlətimizin başçısı səfirlə söhbət etdi. Prezident İlha
14:30 202 Alimlər "mini beyinlər" yaratdılar: Məqsəd nədir?
Alimlər dağınıq skleroz xəstəliyinin araşdırılması və yeni müalicə üsullarının hazırlanması üçün insanın sinir sistemini təqlid edən, düyü dənəsi ölçüsündə üçölçülü hüceyrə modeli yaradıblar. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Avstraliyanın Monash Universiteti və Florey Neyrologiya və Psix
15:28 133 Küləkli havada çalışanların nəzərinə: İş dayandırılacaq
Parlament Əmək Məcəlləsinə təklif edilən dəyişikliyi ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, küləkli hava şəraitində işçilərin işləməsi yeni qaydalarla tənzimlənəcək. Belə ki, işçilər küləkli havada açıq şəraitl
13:12 225 AZAL İsrail prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? - "Haber Global" detalları açıqladı - Video
Bakıda baş tutan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə iştirak etmiş İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana uçuş marşrutu ilə bağlı bəzi xarici mətbuat orqanlarında və sosial şəbəkələrdə müxtəlif xəbərlər yayılıb. xəbər verir ki, Türkiyəni
13:51 210 Almazın yeni "qohumu" kəşf edildi
Alimlər təxminən 35 il əvvəl nəzəri olaraq mövcudluğu irəli sürülən yeni karbon formasını laboratoriyada əldə ediblər. "Qafqazinfo" xəbər verir ki, "Diamondiyne" adlanan material məsaməli kristal quruluşu və yüksək təzyiq tələb etmədən formalaşması ilə seçilir. Göteborq Universitetini
15.10.2026 328 AQEM-ə sədrliyin uzadılması Azərbaycana etimadın göstəricisidir
Oktyabr ayının 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsində (AQEM) ölkəmizin bu təşkilara sədrliyi daha iki il uzadılıb. Prezident İlham Əliyev Bakıda AQEM-in 7-ci Zirvə Toplantısında buna görə üzv dövlətlərə təşəkkür edib. "Azərbaycanın AQEM-ə sədrliyini
10:37 219 Bəhruz Quliyev: Vahid məktəbli forması və intizam qaydaları dünyəvi təhsilin və milli təhlükəsizliyin tələbidir
"Vahid məktəbli formasının tətbiqi və təhsil müəssisələrində intizam qaydalarının qorunması hər bir dövlətin təhsil siyasətinin mühüm tərkib hissəsidir. Məktəb, ilk növbədə, bilik və tərbiyə ocağıdır. Burada əsas məqsəd şagirdlər arasında bərabərliyi təmin etmək, vahid intizam mühiti formalaşdırma
11:54 188 Türkiyəyə dostluq, Azərbaycana təzyiq: bu aksiyaların əsl hədəfi nədir?
Türkiyədə Azərbaycanın diplomatik nümayəndəlikləri qarşısında keçirilən aksiyalar iki qardaş ölkənin münasibətləri ətrafında müzakirələrə səbəb olub. Oktyabrın 13-də Ankarada Azərbaycan səfirliyi qarşısında keçirilən aksiyada məktəblərdə geyim qaydaları və hicabla bağlı məsələlər gündəmə gətirilib. Oktyabrı
10:51 167 Azərbaycanın məktəbi dünyəvidir - heç kim uşaqların taleyi ilə oynaya bilməz!
Dünyəvi məktəb müasir dövlətin təməl sütunlarından biridir. O, uşaqlara yalnız oxumağı və yazmağı deyil, həm də düşünməyi, sual verməyi, araşdırmağı və həqiqəti dəlillər əsasında müəyyənləşdirməyi öyrədir. Azərbaycan məktəbinin gücü də məhz bu prinsiplərdə, elmi biliklərə, hüquqa və bərabər imkanlar
11:12 179