"Bayden administrasiyasının Azərbaycana münasibəti ikili olub" - Politoloq

"Bayden administrasiyasının Azərbaycana münasibəti ikili olub" - PolitoloqQərbi Azərbaycan İcması ABŞ-nin Azərbaycandakı səfirliyinin ölkəmizin daxili işlərinə qarışan və böhtan dolu bəyanatını sərt şəkildə qınayıb.

Mövzu ilə bağlı BiG.AZ-a danışan politoloq Elşən Manafov bildirib ki, ABŞ-də Bayden administrasiyasının Azərbaycana münasibəti bir qayda olaraq ikili olub:
"Bayden administrasiyasının Azərbaycana münasibəti ikili olub" - Politoloq"Demokratlar Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatındakı roluna həmişə yüksək dəyər verib. Bu siyasəti dəstəkləmiş,rəsmi Bakının bu sahədə Avropa instltutları və dövlətləri ilə əməkdaşlığının tərəflər üçün ciddi önəm və əhəmiyyət kəsb etdiyini vurğulamışlar.Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədə ABŞ və digər Qərb dövlətləri ilə eyni cərgədə durması da Bayden administrasiyasını bir qayda olaraq məmnun etmişdir.Təəssüf ki, Azərbaycanın ən ağrılı problemi olan Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlarda ABŞ ikili,bəzi hallarda isə qərəzli mövqelərdən çıxış etmiş,vasitəçi tərəfə baş ucalığı gətirməyən hərəkətlərə yol vermışdir.
ABŞ-Azərbaycan münasibətlərində gərginlik doğuran əsas məqam bir qayda olaraq rəsmi Bakının regionun təhlükəsizlik problemlərinə mövqe və baxışlarına rəsmi Vaşinqtonun fərqli mövqe sərgiləməsi,bəzi hallarda isə hətta ermənipərəst mövqelərdən çıxış etməsidir.ABŞ münaqişə tərəfləri arasında danışıqlardan Rusiyanın uzaqlaşdırılmasına yönəli mövqe sərgiləyərək,rəsmi Bakıya da danışıqların məhz Qərb platformasında davam etdirilməsi ilə bağlı təkliflər verir ki,bu da rəsmi Bakının həm Rusiya ilə ikitərəfli münasibətlər,həm də regionun təhlukəsizliyi ilə bağlı maraqları baxımından məqbul deyil. Rəsmi Bakı bu kimi məsələlərdə onun müstəqil dövlət olaraq maraqlarının nəzərə alınmasında israrlıdır. Adekvat təkliflər Azərbaycanın maraqları konteksində qəbul edilən deyil.Bayden administrasiyasının Azərbaycana münasibətdə qərəzli və ikili mövqeyinin əsası isə hələ1992-ci ildə ABŞ konqresi tərəfindən qəbul edilən azadlığı müdafiə aktında əksini tapmışdı ki,məlum sənədin müəllifi o zaman konqresmen olan Bayden olmuşdur.
Həmin sənəd Azərbaycanı ABŞ-nin dövlət səviyyəsində hərbi və maliyyə dəstəyindən məhrum etmiş,bütün bu illər ərzində isə ABŞ Azərbaycanla münaqışədə tərəf olan Ermənistana yardım göstərməkdə davam etmişdir.Digər tərəfdən ABŞ-dəki erməni diasporasınln müraciətlərinə rəğmən ABŞ illər boyu Azərbaycanın başı üzərindən Dağlıq Qarabağdakı seperatçı rejimə humanitar yardım adı altında maliyyə dəstəyi göstərmişdir.
Maraqlıdır ki,Əfqanıstanda beynəlxalq terror şəbəkəsinə qarşı mübarizə zamanı ABŞ Azərbaycanın hava məkanından istifadə etmək zərurəti yarandıqda müvəqqəti olaraq 907-ci düzəlişə moŕtorium qoymuş,sonra yenə məlum düzəliş hüquqi qüvvəyə minmişdir ki,prezident İlham Əliyev bunu vicdansızlıq olduğunu qeyd etmişdir.
Umid etmək olar ki, ABŞ-də Tramp iqtidarının hakimiyyətə gəlməsi ilə ABŞ Azərbaycan münasibətləri qarşılıqlı anlaşma və mənfəət müstəvisi üzərinə keçəcək. Rəsmi Bakı münasibətlərin məhz belə bir müstəvi üzərində qurulması üçün konstruktiv əməkdaşlıq qapılarını həmişə açıq saxlayır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 901   Tarix: 19 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

AZAL İsrail prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? - "Haber Global" detalları açıqladı - Video

Bakıda baş tutan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə iştirak etmiş İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana uçuş marşrutu ilə bağlı bəzi xarici mətbuat orqanlarında və sosial şəbəkələrdə müxtəlif xəbərlər yayılıb. xəbər verir ki, Türkiyəni

13:51 200
.

Məktəbin toxunulmazlığı - milli dəyərimiz, dövlətçilik məsuliyyətimiz!

Məktəb bir millətin yaddaşını gələcəyə daşıyan, onun düşüncəsini formalaşdıran və yeni nəsillərə həyat yolunu göstərən mühüm ocaqdır. Burada uşaqlar yalnız dərsliklərdən bilik almır, həm də cəmiyyətin bir parçası olmağı, məsuliyyət daşımağı, insanlara hörmət etməyi və Vətən qarşısında vəzifələrini dər

11:48 170
.

Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi - Yenilənib

Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının yeni sədri seçilib. Axşam.az xəbər verir ki, qurultay çərçivəsində baş tutan səsvermənin nəticələrinə əsasən, Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçilib. Bundan başqa, səsvermənin nəticələrinə əsasən, Mətbuat Şurasının 14 jurnalistdə

12:26 181
.

Qoşqar Bəylərov: Məktəbdə vahid geyim qaydaları nizam-intizamı və bərabərliyi təmin edir

"Məktəblərdə vahid geyim formasının tətbiqi lazımdır və bunun müəyyən əsasları da var. Çünki məktəb, ilk növbədə, təhsil və tərbiyə müəssisəsidir. Xüsusilə azyaşlı şagirdlərin təhsil aldığı mühitdə vahid geyim standartlarının müəyyən edilməsi nizam-intizamın qorunması, şagirdlər arasında geyiml

14:15 158
.

Yeni səfir ailəsi ilə Prezidentin qəbulunda - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qiorqi Zakaraşvilini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Dövlətimizin başçısı səfirlə söhbət etdi. Prezident İlha

14:30 196
.

Sibirdə qar yağması qışın sərt keçəcəyini göstərmir - Səbəbi açıqlandı

Hər payız "Severe Weather Europe" şirkətinin mütəxəssisləri Sibirdə qar örtüyünün genişlənməsini izləyirlər. Bu proses Avropa, ABŞ və Kanadada soyuq qışın mümkün əlaməti hesab edilirdi. Lakin 1979-2025-ci illərin qışlarını əhatə edən təhlil göstərib ki, son illərdə bu əlaqə əvvəlki qədər aktua

15.10.2026 320
.

Türkiyəyə dostluq, Azərbaycana təzyiq: bu aksiyaların əsl hədəfi nədir?

Türkiyədə Azərbaycanın diplomatik nümayəndəlikləri qarşısında keçirilən aksiyalar iki qardaş ölkənin münasibətləri ətrafında müzakirələrə səbəb olub. Oktyabrın 13-də Ankarada Azərbaycan səfirliyi qarşısında keçirilən aksiyada məktəblərdə geyim qaydaları və hicabla bağlı məsələlər gündəmə gətirilib. Oktyabrı

10:51 166
.

Bacısı komaya düşdü, efirə çıxmadı

Aparıcı Mətanət Əliverdiyeva ötən gün bacısı komaya düşdüyü üçün "Xəzər axşamı" verilişinə çıxmayıb. Axşam.az xəbər verir ki, aparıcı bu barədə proqramda danışıb:. "Dünən işə gələndə evdən çox pis bir xəbər aldım. Məndən 10 yaş böyük bacım şəkərli diabetdən əziyyət çəkir. Şəkəri 600-

10:07 258
.

Məktəbə müdaxilə dövlətin gələcəyinə müdaxilədir!

Hər bir müstəqil dövlətin gücü yalnız onun iqtisadi imkanları və siyasi mövqeyi ilə ölçülmür. Dövlətin həqiqi gücü həm də yetişdirdiyi nəslin biliyində, düşüncəsində, milli məsuliyyətində və hüquqi şüurundadır. Bu keyfiyyətlərin formalaşdığı əsas məkanlardan biri isə məktəbdir. Azərbaycan məktəbi dövlətçili

11:28 176
.