"Azərbaycanın D-8 təşkilatına üzv edilməsi ölkəmizin artan siyasi nüfuzunun göstəricilərindəndir"-POLİTOLOQDAN AÇIQLAMA

"Azərbaycanın D-8 təşkilatına üzv edilməsi ölkəmizin artan siyasi nüfuzunun göstəricilərindəndir"-POLİTOLOQDAN AÇIQLAMADekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycan Respublikası yekdilliklə D-8 təşkilatının üzvü seçilib.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Tural İsmayılov bildirdi ki, D-8 kifayət qədər iqtisadi potensialı olan ölkələr birliyidir. D-8-in yaradılmasında qardaş Türkiyənin vacib və danılmaz siyasəti vardır. Türkiyənin siyasəti nəticəsində formalaşdırılmış D-8 gələcək potensialı olan çox güclü bir təşkilatdır:

"Azərbaycanın D-8 təşkilatına üzv edilməsi ölkəmizin artan siyasi nüfuzunun göstəricilərindəndir"-POLİTOLOQDAN AÇIQLAMA"Azərbaycanın burada güclü əməkdaşlıq etdiyi ölkələr var. Bunlar arasında Türkiyə və Pakistanın olduğunu qeyd edə bilərik.
Belə bir təşkilata Azərbaycanın üzv edilməsi ölkəmizin artan qlobal siyasi nüfuzunun göstəricilərindəndir. Cənab prezident İlham Əliyev sosial media hesablarında etdiyi paylaşımda da Azərbaycanın artan siyasi nüfuzunun və bu fonda D-8 üstünlüyünün ən gözəl formada ifadə etdi. Azərbaycan ayrı-ayrılıqda D-8 ölkələri ilə kifayət qədər yaxşı iqtisadi, siyasi münasibətlərə sahibdir. Ayrı-ayrılıqda yaxşı olan bu iqtisadi və siyasi münasibətlər sistemi ümumtəşkilat daxilində də daha da inkişaf etdiriləcək. Bundan həm ölkəmiz, həm də D-8 ciddi iqtisadi, siyasi üstünlüklər qazanacaq".

Mövzu ilə bağlı BiG.AZ-a danışan politoloq Elçin Xalidbəyli də bildirib ki, D-8 olduqca önəmli bir beynəlxalq platformadır. İslam səkkizliyi adlandırılan bu birlik olduqca güclü, maliyyə, iqtisadi, eyni zamanda enerji potensialına malikdir. D-8 ölkələrinin ümumdaxili məhsul göstəriciləri 4 trilyon dollara yaxındır. Bu ölkələrin ticarət dövriyyəsi 150-200 milyart arasında dəyişir:

"Azərbaycanın D-8 təşkilatına üzv edilməsi ölkəmizin artan siyasi nüfuzunun göstəricilərindəndir"-POLİTOLOQDAN AÇIQLAMA"İslam səkkizliyi ölkələrində dünya müsəlmanlarının təqribən 60%-i yaşayır. Bu artıq çox güclü bir potensialdır. Azərbaycanın belə bir platformaya tam hüquqlu bir üzv olması ölkəmiz üçün inkişaf perespektivləri açır.
Xüsusilə, Azərbaycan D-8 çərçivəsində öz iqtisadi, siyasi, fəaliyyətini daha da genişləndirə bilər. Bu milyartlarla dollar iqtisadi gəlir mənası daşıyır. Dünya bazarında Azərbaycana hegemonluq imkanı yarada bilər.
Onu da nəzərə almaq lazımdır ki, D-8 öz gücünə və potensialına görə dünyada müəyyən təsir gücünə malikdir. Bu baxımdan hesab etmək olar ki, Azərbaycan beynəlxalq aləmdə yeni güc məkanı da qazanıb. Azərbaycanın dəstəklənməsi ölkəmizə iqtisadi, siyasi cəhətdən müsbət təsir göstərəcəkdir. Rəsmi Bakının bu siyasəti təqdirə layiqdir.
Hazırda Azərbaycan D-8-ə rəsmən tam hüquqlu üzv olmaqla, öz gələcək inkişaf perespektivlərini qarşısında əlavə imkanlar açır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 669   Tarix: 20 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

AZAL İsrail prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? - "Haber Global" detalları açıqladı - Video

Bakıda baş tutan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə iştirak etmiş İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana uçuş marşrutu ilə bağlı bəzi xarici mətbuat orqanlarında və sosial şəbəkələrdə müxtəlif xəbərlər yayılıb. xəbər verir ki, Türkiyəni

13:51 200
.

Məktəbin toxunulmazlığı - milli dəyərimiz, dövlətçilik məsuliyyətimiz!

Məktəb bir millətin yaddaşını gələcəyə daşıyan, onun düşüncəsini formalaşdıran və yeni nəsillərə həyat yolunu göstərən mühüm ocaqdır. Burada uşaqlar yalnız dərsliklərdən bilik almır, həm də cəmiyyətin bir parçası olmağı, məsuliyyət daşımağı, insanlara hörmət etməyi və Vətən qarşısında vəzifələrini dər

11:48 170
.

Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi - Yenilənib

Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının yeni sədri seçilib. Axşam.az xəbər verir ki, qurultay çərçivəsində baş tutan səsvermənin nəticələrinə əsasən, Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçilib. Bundan başqa, səsvermənin nəticələrinə əsasən, Mətbuat Şurasının 14 jurnalistdə

12:26 181
.

Qoşqar Bəylərov: Məktəbdə vahid geyim qaydaları nizam-intizamı və bərabərliyi təmin edir

"Məktəblərdə vahid geyim formasının tətbiqi lazımdır və bunun müəyyən əsasları da var. Çünki məktəb, ilk növbədə, təhsil və tərbiyə müəssisəsidir. Xüsusilə azyaşlı şagirdlərin təhsil aldığı mühitdə vahid geyim standartlarının müəyyən edilməsi nizam-intizamın qorunması, şagirdlər arasında geyiml

14:15 158
.

Yeni səfir ailəsi ilə Prezidentin qəbulunda - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qiorqi Zakaraşvilini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Dövlətimizin başçısı səfirlə söhbət etdi. Prezident İlha

14:30 196
.

Sibirdə qar yağması qışın sərt keçəcəyini göstərmir - Səbəbi açıqlandı

Hər payız "Severe Weather Europe" şirkətinin mütəxəssisləri Sibirdə qar örtüyünün genişlənməsini izləyirlər. Bu proses Avropa, ABŞ və Kanadada soyuq qışın mümkün əlaməti hesab edilirdi. Lakin 1979-2025-ci illərin qışlarını əhatə edən təhlil göstərib ki, son illərdə bu əlaqə əvvəlki qədər aktua

15.10.2026 320
.

Türkiyəyə dostluq, Azərbaycana təzyiq: bu aksiyaların əsl hədəfi nədir?

Türkiyədə Azərbaycanın diplomatik nümayəndəlikləri qarşısında keçirilən aksiyalar iki qardaş ölkənin münasibətləri ətrafında müzakirələrə səbəb olub. Oktyabrın 13-də Ankarada Azərbaycan səfirliyi qarşısında keçirilən aksiyada məktəblərdə geyim qaydaları və hicabla bağlı məsələlər gündəmə gətirilib. Oktyabrı

10:51 166
.

Bacısı komaya düşdü, efirə çıxmadı

Aparıcı Mətanət Əliverdiyeva ötən gün bacısı komaya düşdüyü üçün "Xəzər axşamı" verilişinə çıxmayıb. Axşam.az xəbər verir ki, aparıcı bu barədə proqramda danışıb:. "Dünən işə gələndə evdən çox pis bir xəbər aldım. Məndən 10 yaş böyük bacım şəkərli diabetdən əziyyət çəkir. Şəkəri 600-

10:07 258
.

Məktəbə müdaxilə dövlətin gələcəyinə müdaxilədir!

Hər bir müstəqil dövlətin gücü yalnız onun iqtisadi imkanları və siyasi mövqeyi ilə ölçülmür. Dövlətin həqiqi gücü həm də yetişdirdiyi nəslin biliyində, düşüncəsində, milli məsuliyyətində və hüquqi şüurundadır. Bu keyfiyyətlərin formalaşdığı əsas məkanlardan biri isə məktəbdir. Azərbaycan məktəbi dövlətçili

11:28 176
.