İlham Əliyev Ərdoğana təşəkkür etdi
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib.
BiG.AZ xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
19 dekabr 2024-cü il tarixində Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) 11-ci Zirvə Görüşü zamanı Azərbaycan Respublikasının yekdilliklə D-8 təşkilatının üzvü seçilməsinə görə qardaş Türkiyə Respublikasına və şəxsən Sizə dərin təşəkkürümü bildirirəm. Ölkəmizin D-8-ə qəbul olunmasının təşkilatın gücləndirilməsinə xidmət edəcəyi ilə bağlı sözlərinizə görə Sizə minnətdaram.
28 il bundan əvvəl Türkiyənin təşəbbüsü və liderliyi ilə yaradılmış bu təşkilat hazırda inkişaf etməkdə olan ölkələrin dünya iqtisadiyyatı daxilində rolunun artması, iqtisadi-ticari əlaqələrinin şaxələndirilməsi və yeni imkanların yaradılması, beynəlxalq səviyyədə mövqelərinin güclənməsi istiqamətində səmərəli fəaliyyət göstərməkdədir.
Qahirədə D-8 təşkilatının genişlənməsi ilə əlaqədar ilk dəfə tarixi qərarın qəbul edilməsi Azərbaycana olan beynəlxalq etimadın göstəricisi və eyni zamanda bizim üçün xüsusi qürur mənbəyidir. Azərbaycanın namizədliyinə ifadə edilən birmənalı dəstək təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərimizin, birliyimizin və həmrəyliyimizin təzahürüdür.
Əminəm ki, Azərbaycan bütün üzv ölkələrlə birlikdə D-8-in təməl prinsiplərinin qorunması, təşkilat çərçivəsində əməkdaşlığın dərinləşməsi və ümumi maraqlarımızın təşviqi, İslam həmrəyliyinin möhkəmlənməsi və böyük gücə çevrilməsi məqsədilə birgə səylərin səfərbər olunmasına öz töhfəsini verəcəkdir.
Əziz Qardaşım,
Fəxr hissi ilə qeyd etmək istərdim ki, dərin tarixi köklər, ortaq milli-mənəvi dəyərlər ilə bir-birinə sıx bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Türkiyə münasibətləri bu gün ən yüksək pillədə qərarlaşmışdır. Sarsılmaz dostluq və qardaşlığımız, siyasi, iqtisadi, ticari, hərbi, hərbi-texniki, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımız və birgə gerçəkləşdirdiyimiz irimiqyaslı layihələr strateji müttəfiqliyimizi səciyyələndirən mühüm amillərdəndir.
Noyabr ayında COP29-da iştirak etmək üçün Azərbaycana səfərinizi yüksək qiymətləndirir, Sizinlə səmimiyyət, qarşılıqlı etimad və mehribanlıq şəraitində keçən görüşümüzü, apardığımız fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram.
Bir daha Sizə minnətdarlığımı ifadə edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 741 Tarix: 20 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşVüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi - Yenilənib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının yeni sədri seçilib. Axşam.az xəbər verir ki, qurultay çərçivəsində baş tutan səsvermənin nəticələrinə əsasən, Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçilib. Bundan başqa, səsvermənin nəticələrinə əsasən, Mətbuat Şurasının 14 jurnalistdə
12:26 181 Pensiya əlavəsinin məbləği vəzifəyə görə dəyişəcək
Deputatlar və diplomatların aylıq pensiya əlavəsinin məbləği konkret vəzifələr üzrə müəyyən ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə" nin təsdiq edilməsi barədə" , "Əmək pensiyalar
12:00 206 Türkiyəyə dostluq, Azərbaycana təzyiq: bu aksiyaların əsl hədəfi nədir?
Türkiyədə Azərbaycanın diplomatik nümayəndəlikləri qarşısında keçirilən aksiyalar iki qardaş ölkənin münasibətləri ətrafında müzakirələrə səbəb olub. Oktyabrın 13-də Ankarada Azərbaycan səfirliyi qarşısında keçirilən aksiyada məktəblərdə geyim qaydaları və hicabla bağlı məsələlər gündəmə gətirilib. Oktyabrı
10:51 166 İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Türkiyənin İstanbul şəhərində fasiləsiz yağan leysanın səbəb olduğu daşqın nəticəsində həlak olanların sayı 4 nəfərə çatıb. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, üç gündür axtarışları aparılan dörd itkin düşmüş şəxsdən daha birinin cəsədi Sarıyer rayonunun Ayazağa bölgəsindək
14:46 166 Bəhruz Quliyev: Vahid məktəbli forması və intizam qaydaları dünyəvi təhsilin və milli təhlükəsizliyin tələbidir
"Vahid məktəbli formasının tətbiqi və təhsil müəssisələrində intizam qaydalarının qorunması hər bir dövlətin təhsil siyasətinin mühüm tərkib hissəsidir. Məktəb, ilk növbədə, bilik və tərbiyə ocağıdır. Burada əsas məqsəd şagirdlər arasında bərabərliyi təmin etmək, vahid intizam mühiti formalaşdırma
11:54 185 Süni intellekt işimizi əlimizdən alacaq, yoxsa işimizi dəyişəcək?
Bir vaxtlar kompüterlərin ofislərə daxil olması da narahatlıq doğururdu. İnsanlar düşünürdülər ki, görəsən, bu texnologiya onların işini əllərindən alacaqmı? Ardınca internet, elektron hökumət, onlayn bankçılıq və müxtəlif avtomatlaşdırılmış sistemlər həyatımıza daxil oldu. İndi isə gündəmin əsas mövzularında
13:56 167 Küləkli havada çalışanların nəzərinə: İş dayandırılacaq
Parlament Əmək Məcəlləsinə təklif edilən dəyişikliyi ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, küləkli hava şəraitində işçilərin işləməsi yeni qaydalarla tənzimlənəcək. Belə ki, işçilər küləkli havada açıq şəraitl
13:12 219 Mobil rabitə bazarında rəqabət: Xarici operatorların gəlişi qiymətləri aşağı sala bilərmi?
Xarici mobil operatorların Azərbaycanda fəaliyyət göstərməməsi məsələsinə sadəcə "buraxılmırlar" və ya "gəlmək istəmirlər" prizmasından yanaşmaq düzgün olmaz. Bu məsələ daha çox bazarın həcmi, investisiya mühiti və iqtisadi hesablamalarla bağlıdır. Vodafone, Orange və T-Mobile kim
14:49 162 "Məktəbli forması dini inanclara müdaxilə deyil"
"Məktəblərdə vahid geyim formasının tətbiqi ətrafında yaranan mübahisələri və anlaşılmazlıqları dünyəvilik prinsipi ilə dini inancların ifadəsi arasında tarazlığın düzgün qorunması kontekstində qiymətləndirmək, dərk etmək daha düzgün olardı. Vahid məktəbli forması şagirdlər arasında sosial fərqləri
14:55 174