Düşmənlərin canına qorxu salan təyyarənin özəllikləri: Türkiyənin seçiminin əsas məqsədi
"Hərbi Xronika" rubrikasının yeni buraxılışı yayımlanıb.
Oxu.Az xəbər verir ki, budəfəki buraxılışda Türkiyənin alacağı "Eurofighter Typhoon" hərbi təyyarəsindən bəhs olunub.
Bildirilib ki, dekabrın 16-da Bolqarıstanın bulgarianmilitary.com saytı Böyük Britaniyanın Hərbi Hava Qüvvələrinə məxsus iki ədəd "Eurofighter Typhoon" qırıcı-bombardmançı təyyarəsinin Qətərdə keçirilən təlimlərdə iştirak etdikdən sonra Türkiyəyə gətiriləcəyi ilə bağlı xəbər yayıb.
Bolqar nəşri təyyarələrin Türkiyənin öz Hərbi Hava Qüvvələrinin diversifikasiyası üçün davam edən səylərində ciddi mərhələ olduğunu vurğulayıb. Bəs sözügedən "Eurofighter Typhoon"un özəllikləri nədir və Türkiyə niyə seçimini məhz bu təyyarə üzərində saxlayıb? "Eurofighter Typhoon" təyyarəsi 2.3 max, yəni 2 495 kilometr/saat sürətə, 2 800 kilometr fasiləsiz uçuş məsafəsinə, 6 000 saatlıq uçuş-istifadə potensialına malikdir.
Maksimal yüksəklik göstəricisi 19 kilometr olan "Typhoon" cəmi 2 dəqiqə ərzində 11 000 metr hündürlüyə qalxa bilir. Quruluşunun və özəl boya örtüyünün verdiyi üstünlüklə təyyarə radarlarda zəif görünmə keyfiyyəti ilə seçilir. Qanadlarının delta şəklində olması ona qısa məsafələrdən havaya qalxmaq imkanı yaradır. "Eurofighter"in əsas üstünlüklərindən danışarkən onun müasir avionika və radar aşkarlama sistemlərini qeyd etməmək olmaz.
Təchiz olunduğu elektronika sistemləri və güclü mühərrikləri "Typhoon"un "F-15", "F-16", "F-22 Raptor", "F-35", "Su-35" kimi təyyarələrlə müqayisədə daha çevik və yüksək manevrqabiliyyətli olmasını təmin edir. Təyyarənin 3 ədəd 1 000 litrlik yanacaq çəni var və lazımi hallarda onlardan ikisi raketlər üçün sökülə bilir.
Qeyd edək ki, Türkiyənin müdafiə naziri Yaşar Güler Prezident Rəcəb Tayyib Ərdoğanın 2023-cü il noyabrın 17-də Berlinə səfərindən əvvəl, ölkəsinin 40 ədəd "Eurofighter Typhoon" təyyarəsi alacağını açıqlayıb. Bu, sifarişin ümumi dəyərinin 5 milyard avroya yaxın olacağı deməkdir.
Ətraflı Baku TV-nin süjetində:
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 558 Tarix: 22 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPensiya əlavəsinin məbləği vəzifəyə görə dəyişəcək
Deputatlar və diplomatların aylıq pensiya əlavəsinin məbləği konkret vəzifələr üzrə müəyyən ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə" nin təsdiq edilməsi barədə" , "Əmək pensiyalar
12:00 185 Bacısı komaya düşdü, efirə çıxmadı
Aparıcı Mətanət Əliverdiyeva ötən gün bacısı komaya düşdüyü üçün "Xəzər axşamı" verilişinə çıxmayıb. Axşam.az xəbər verir ki, aparıcı bu barədə proqramda danışıb:. "Dünən işə gələndə evdən çox pis bir xəbər aldım. Məndən 10 yaş böyük bacım şəkərli diabetdən əziyyət çəkir. Şəkəri 600-
10:07 252 Azərbaycanın məktəbi dünyəvidir - heç kim uşaqların taleyi ilə oynaya bilməz!
Dünyəvi məktəb müasir dövlətin təməl sütunlarından biridir. O, uşaqlara yalnız oxumağı və yazmağı deyil, həm də düşünməyi, sual verməyi, araşdırmağı və həqiqəti dəlillər əsasında müəyyənləşdirməyi öyrədir. Azərbaycan məktəbinin gücü də məhz bu prinsiplərdə, elmi biliklərə, hüquqa və bərabər imkanlar
11:12 175 Bakı Sammiti Azərbaycanın Asiya diplomatiyasının növbəti uğurudur
Oktyabr ayının 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü öz işinə başlayıb. Qurum qitə dövlətlərini ortaq maraqlar ətrafında birləşdirən, dialoq üçün imkanlar yaradan və qarşılıqlı anlaşmanın təşviqinə xidmət edən mühüm regional platform
10:29 240 Bakının bu rayonunda 30 bina söküləcək
"Nəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi nəzərdə tutulur". "Qafqazinfo" -ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, sökünt
15:46 0 Bəhruz Quliyev: Vahid məktəbli forması və intizam qaydaları dünyəvi təhsilin və milli təhlükəsizliyin tələbidir
"Vahid məktəbli formasının tətbiqi və təhsil müəssisələrində intizam qaydalarının qorunması hər bir dövlətin təhsil siyasətinin mühüm tərkib hissəsidir. Məktəb, ilk növbədə, bilik və tərbiyə ocağıdır. Burada əsas məqsəd şagirdlər arasında bərabərliyi təmin etmək, vahid intizam mühiti formalaşdırma
11:54 168 İlham Əliyev onları təltif etdi - Adlar
Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda idmanın və paralimpiya hərəkatının inkişafında xidmətlərin
14:19 127 Süni intellekt insanın nə vaxt xəstələnəcəyini əvvəlcədən müəyyən edəcək
İnsan xəstəliklərinin əlamətləri ortaya çıxmazdan əvvəl müəyyən edilməsi tibb elminin əsas məqsədlərindən biridir. İndi isə alimlər bu istiqamətdə süni intellektin imkanlarını araşdırırlar. Yeni texnologiya insanın yuxusu zamanı qeydə alınan məlumatlardan istifadə edərək gələcəkdə yarana biləcək xəstəlikləri
11:45 165 Almazın yeni "qohumu" kəşf edildi
Alimlər təxminən 35 il əvvəl nəzəri olaraq mövcudluğu irəli sürülən yeni karbon formasını laboratoriyada əldə ediblər. "Qafqazinfo" xəbər verir ki, "Diamondiyne" adlanan material məsaməli kristal quruluşu və yüksək təzyiq tələb etmədən formalaşması ilə seçilir. Göteborq Universitetini
15.10.2026 326