Dünya ölkələri Azərbaycana başsağlığı verib
Dünya ölkələri bu gün baş verən təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib.
Lent.az-ın məlumatına görə, Prezident İlham Əliyev ilə telefon danışığı əsnasında Rusiya Federasiyasının Prezidenti Vladimir Putin təyyarə qəzası ilə əlaqədar həyatını itirən şəxslərin ailə üzvlərinə və yaxınlarına başsağlığını ifadə edib və xəsarət alanların tezliklə şəfa tapmasını diləyib.
Gürcüstan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı bəyanat verib.
Qurumun bəyanatında Azərbaycanla həmrəylik ifadə olunub.
Pakistanın Baş naziri Şahbaz Şərif sosial media hesabında paylaşım edib.
"Qazaxıstanın Aktau yaxınlığında Azərbaycan təyyarəsinin faciəvi qəzaya uğraması xəbəri dərindən sarsıtdı. Bu hadisə nəticəsində həyatını itirənlərlə bağlı əziz qardaşım Prezident İlham Əliyevə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Fikirlərimiz mərhumların ailələri ilədir və yaralananların tezliklə sağalmasını arzulayırıq. Pakistan Azərbaycanın yanındadır", - Şahbaz Şərif bildirib.
ABŞ və Böyük Britaniya səfirlikləri də bu barədə paylaşım ediblər.
"ABŞ səfirliyi bu gün Qazaxıstanda baş verən hava qəzasının qurbanlarına, onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Biz bu faciə ilə bağlı Azərbaycana kömək etməyə hazırıq"-deyə paylaşımda qeyd edilib.
"Azərbaycan Hava Yollarının Qazaxıstanda qəzaya uğraması ilə bağlı xəbərlər dərin hüznlə qarşılandı. Mənim fikirlərim bu faciəli hadisədən əziyyət çəkənlərin hamısı ilədir. Böyük Britaniya hökuməti hakimiyyət orqanları ilə əlaqə saxlayır" – Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld bildirib.
Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç "X" sosial media hesabında "Qazaxıstanda təyyarənin qəzaya uğraması barədə dərin kədər hissi ilə xəbər tutdum. Azərbaycan Respublikasının Prezidentinə, həlak olanların ailələrinə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Bu çətin anlarda düşüncələrimiz sizinlədir", - deyə paylaşım edib.
Rumıniya Xarici İşlər Nazirliyi sosial media hesabında Azərbaycana başsağlığı diləyib.
"Azərbaycan Hava Yolları təyyarəsinin qəzası ilə bağlı faciəvi xəbəri dərin kədər və təəssüflə qarşıladıq. Düşüncələrimiz və dualarımız qurbanlar və onların ailələri ilədir"- deyə paylaşımda bildirilib.
Belarus Prezidenti Aleksandr Lukaşenko və İran Prezidenti Məsud Pezeşkian da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı veriblər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1075 Tarix: 25 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRus ordusu Xarkovda iki kəndi işğal etdi
Rusiya Silahlı Qüvvələri son 24 saat ərzində Xarkov vilayətindəki Zaxarovka və İvaşkino üzərində nəzarəti ələ keçirib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
24.07.2026 233 İrlandiya Ukraynaya 125 milyon avroluq yeni yardım paketi ayırır
İrlandiya hökuməti 2026-cı ildə Ukraynaya 125 milyon avro həcmində yeni ikitərəfli yardım göstəriləcəyini açıqlayıb. Məlumata görə, ayrılan vəsaitin 100 milyon avrosu Ukraynanın ehtiyac duyduğu qeyri-öldürücü hərbi avadanlıqların alınmasına və tədarükünə sərf olunacaq. BİG.AZ Sky News-a istinadən xəbə
24.07.2026 210 Hindistanda imtahan qalmaqalı ilə bağlı etirazlar davam edir: Nazirə istefa tələbi
Hindistanın paytaxtı Yeni Dehlidə imtahan materiallarının sızması ilə bağlı qalmaqala görə Təhsil naziri Dharmendra Pradhanın istefası tələbi ilə etiraz aksiyası keçirilib. xəbər verir ki, etirazçılar iyulun 24-də Cantar-Mantar meydanında toplaşaraq hökumətdən təhsil sistemində islahatlar aparılmasın
24.07.2026 224 Demokratlar və Respublikaçılar Rusiyaya qarşı BİRLƏŞDİ - Misli görülməmiş sanksiyalar QƏBUL EDİLƏCƏK
ABŞ Senatında təmsil olunan Respublikaçılar və Demokratlar partiyasının nümayəndələri Rusiyaya, həmçinin onun tərəfdaşlarına qarşı yeni və daha sərt sanksiyalar paketini qəbul etmək üçün güclərini birləşdirməyə hazırlaşırlar. Bizim.Media xəbər verir ki, bu barədə "Axios" portalı öz mənbələrin
24.07.2026 236 Satışdakı sular nə dərəcədə təhlükəsizdir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Son illər evlərə və ofislərə çatdırılan qablaşdırılmış içməli suya tələbat xeyli artsa da, istehlakçılar arasında bu məhsulların keyfiyyəti ilə bağlı narahatlıqlar da səngimir. Bəzi vətəndaşlar aldıqları suların dad və keyfiyyət baxımından adi kran suyundan fərqlənmədiyini iddia edir, hətta bazarda satışd
24.07.2026 412 "Azza"dan alınan məhsul xarab çıxdı
"Azza" şirniyyat evinin filiallarından birində vaxtı keçməmiş, lakin xarab olduğu iddia edilən məhsulun satıldığı bildirilir. xəbər verir ki, bu barədə Feysbukdakı şikayət səhifələrinin birində paylaşım edən xanım istehlakçı "Azza"nın Azadlıq prospektində yerləşən filialından aldıqlar
24.07.2026 303 "QoçƏt" biabırçılığı - İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!
Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən "Bolmart" marketlər şəbəkəsinə məxsus filialda baş verən son olay yerli istehlak bazarında qida təhlükəsizliyinin hansı acınacaqlı durumda olduğunu bir daha üzə çıxarıb. Tanınmış "QoçƏt" brendinə məxsus kolbasa məhsulunu alara
24.07.2026 302 Aİ İrana qarşı sanksiyaları genişləndirdi - Siyahıya daha 6 nəfər daxil edildi
Avropa İttifaqı Şurası İranda insan hüquqlarının pozulması ilə bağlı tətbiq etdiyi sanksiyalar siyahısını genişləndirib. Aİ Şurasının məlumatına görə, yeni sanksiyalar siyahısına 6 fiziki şəxs daxil edilib. Siyahıya siyasi fəallar, dissidentlər və dini azlıqların nümayəndələri ilə bağlı qərarlar çıxarmaqd
24.07.2026 226 Pakistanda kamikadze hücumu: Ölən və yaralananlar var
Pakistanın Xayber-Paxtunxva əyalətinin Tank rayonunda təhlükəsizlik postuna təşkil edilən kamikadze hücumu çoxsaylı itkilərlə nəticələnib. Məlumata görə, partlayıcı maddələrlə doldurulmuş avtomobil təhlükəsizlik postunun yaxınlığında partladılıb. Güclü partlayış nəticəsində post tamamilə dağılıb. BİG.A
24.07.2026 203