Aktauda qəzaya uğrayan AZAL təyyarəsi Rusiya hava məkanında hücuma məruz qalıb
"İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən "Azərbaycan Hava Yolları"nın təyyarəsi Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın "Pantsir-S" hava hücumundan müdafiə (HHM) sistemi tərəfindən hücuma məruz qalıb".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Caliber.Az redaksiyası etibarlı hökumət mənbələrindən məlumat əldə edib.
Bildirilir ki, Rusiya tərəfinin radioelektron mübarizə (REM) sistemlərindən istifadəsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə iflic olub. Məhz bu səbəbdən təyyarə Rusiya hava məkanında radarlardan itib və siqnal yalnız Xəzər dənizi akvatoriyası rayonunda bərpa edilib.
"Qeyd edək ki, Rusiya mənbələrinə görə, Çeçenistan ərazisi üzərində uçuş zamanı Rusiya HHM-i Ukrayna PUA-larını vurmağa çalışıb. Belə ki, Çeçenistan Respublikası Təhlükəsizlik Şurasının sədri Həmzət Kadırov dekabrın 25-i səhər saatlarında Qroznıya pilotsuz təyyarələrlə hücum faktını təsdiqləyib və xəsarət alanların, həmçinin dağıntıların olmadığını qeyd edib. Bu halda Rusiya tərəfi öz hava məkanını mülki təyyarələr üçün bağlamalı idi, lakin bu edilməyib.
Çeçenistan üzərində uçuşsuz zonanın elan edilməməsinin səbəbi böyük sualdır.
Məlum olduğu kimi, Qroznı şəhərinin hava limanı təyyarənin enişinə icazə verməyib. Bundan əlavə, təyyarəmizə Mahaçqala və Mineralnıye Vodı hava limanlarına enmək üçün də icazə verilməyib.
HHM atəşinə və REM sistemlərinin təsirinə məruz qalmış dezorientasiya olunmuş ekipaj Qazaxıstanın Aktau şəhərinə yönləndirilib.
Güman etmək olar ki, bu tövsiyə bir məqsədlə verilib: təyyarə Xəzər dənizinə düşsün, bütün şahidlər həlak olsun və təyyarə batsın. Lakin bu, qeyd edək ki, bizim ehtimalımızdır", - deyə nəşrdə vurğulanıb.
Bildirilir ki, Rusiya KİV-lərində yayılan alternativ versiyalar ictimai rəyi çaşdırmaq məqsədi daşıyan məqsədyönlü dezinformasiyadır.
"Təyyarənin salonundan olan videogörüntülər iki sərnişinin qəlpələrdən yaralandığını göstərir. Bütün şahid ifadələri, o cümlədən təyyarə xaricində eşidilən partlayışlarla bağlı ifadələr HHM-in işinə dəlalət edir.
Araşdırmada iştirak edən Azərbaycan tərəfi üçün vəziyyət tamamilə aydındır. Heç kim bunun qəsdən edildiyini iddia etmir. Lakin müəyyən edilmiş faktları nəzərə alaraq, Bakı Rusiya tərəfinin Azərbaycan təyyarəsinin vurulmasını etiraf etməsini, Azərbaycan xalqından rəsmi üzr istəməsini və bütün günahkarların məsuliyyətə cəlb olunacağı tam araşdırma aparmasını gözləyir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2329 Tarix: 26 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKürən pişiklərin sirri açıldı - niyə əksəriyyəti erkəkdir?
Alimlər 60 ildən çoxdur araşdırılan bir suala cavab tapıblar: bəzi pişiklər niyə kürən doğulur və bu rəngə niyə daha çox erkəklərdə rast gəlinir? İki müstəqil tədqiqat qrupu bunun səbəbini izah edən genetik xüsusiyyəti müəyyənləşdirib. xarici mediaya istinadla xəbər verir ki, kəşf pişiklərin tük rəngin
15.10.2026 313 Bacısı komaya düşdü, efirə çıxmadı
Aparıcı Mətanət Əliverdiyeva ötən gün bacısı komaya düşdüyü üçün "Xəzər axşamı" verilişinə çıxmayıb. Axşam.az xəbər verir ki, aparıcı bu barədə proqramda danışıb:. "Dünən işə gələndə evdən çox pis bir xəbər aldım. Məndən 10 yaş böyük bacım şəkərli diabetdən əziyyət çəkir. Şəkəri 600-
10:07 211 Yevlaxda "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ilk dəfə prezident seçilməsinin 23-cü ildönümünə həsr olunmuş "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətini
10:14 216 Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair Pirallahı rayon müşavirəsi keçirilib
Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair Pirallahı rayon müşavirəsi keçirilib. Müşavirədə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov
10:28 142 Folqa Wi-Fi sürətini artırır - Maraqlı təcrübə
Mətbəxdə istifadə olunan alüminium folqanın zəif Wi-Fi bağlantısını yaxşılaşdıra biləcəyi barədə məsləhətlər internetdə çoxdan yayılır. Bu üsulu sınaqdan keçirənlər evin bir hissəsində məlumat ötürmə sürətinin təxminən beş dəfə artdığını müşahidə ediblər. xarici mediaya istinadla xəbər verir ki, müəlli
15.10.2026 398 Süni intellekt insanın nə vaxt xəstələnəcəyini əvvəlcədən müəyyən edəcək
İnsan xəstəliklərinin əlamətləri ortaya çıxmazdan əvvəl müəyyən edilməsi tibb elminin əsas məqsədlərindən biridir. İndi isə alimlər bu istiqamətdə süni intellektin imkanlarını araşdırırlar. Yeni texnologiya insanın yuxusu zamanı qeydə alınan məlumatlardan istifadə edərək gələcəkdə yarana biləcək xəstəlikləri
11:45 116 Diabet xəstələri banan yeyə bilər?
Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burad
15.10.2026 343 Dünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar
Şotlandiyanın Orkney adalarında yerləşən Vestray və Papa Vestray adalarını birləşdirən hava marşrutu dünyanın ən qısa müntəzəm uçuşu hesab olunur. "Qafqazinfo" xəbər verir ki, cəmi 2,7 kilometr məsafəni qət edən təyyarənin uçuşu orta hesabla 53 saniyə çəkir, biletin qiyməti isə təxminən 1
15.10.2026 363 Məktəbə müdaxilə dövlətin gələcəyinə müdaxilədir!
Hər bir müstəqil dövlətin gücü yalnız onun iqtisadi imkanları və siyasi mövqeyi ilə ölçülmür. Dövlətin həqiqi gücü həm də yetişdirdiyi nəslin biliyində, düşüncəsində, milli məsuliyyətində və hüquqi şüurundadır. Bu keyfiyyətlərin formalaşdığı əsas məkanlardan biri isə məktəbdir. Azərbaycan məktəbi dövlətçili
11:28 127