Saxta cərrahlarla bağlı RƏSMİ MƏLUMAT - Səidə Rüstəmova ev dustağı oldu
Qanunsuz tibbi fəaliyyətə şərait yaradılması müqabilində rüşvət almaqda şübhəli bilinən vəzifəli şəxslər ifşa edilib.
Baş Prokurorluq və Səhiyyə Nazirliyinin mtəbuat xidmətlərindən Lent.az-a daxil olan birgə məlumata əsasən, əhalinin sağlamlığının qorunması və tibbi yardımın göstərilməsi sahəsində qanunsuz halların qarşısının alınması, habelə aşkar edilmiş belə faktlara qarşı mübarizə istiqamətində Baş Prokurorluq və Səhiyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən kompleks, sistemli və ardıcıl tədbirlərin görülməsi davam etdirilir.
Bununla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Rüstəmova Səidə Nurəddin qızının qabaqcadan əlbir olduğu əvvəllər həmin Nazirliyin İctimai Səhiyyə və islahatlar Mərkəzinin akkreditasiya şöbəsinin müdiri vəzifəsində işləmiş Cabbarova Lətafət Kərim qızı və korrupsiya şəbəkəsinin digər üzvləri ilə birgə qanunsuz olaraq həkimlərin ixtisaslarının dəyişdirilməsi, onların tibbi və ya əczaçılıq fəaliyyəti ilə, o cümlədən plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olma hüququ verən sertifikasiya imtahanlarına buraxılmasına icazələrin verilməsi, saxta məqbul qiymətləndirmə ilə müvafiq sertifikatlarla təmin olunması və digər bu kimi sui-istifadə hallarına yol verməsi müqabilində çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri ilə bir sıra vəzifəli şəxslərin xidməti otaqlarında aparılmış axtarışlarla iş üçün əhəmiyyət kəsb edən sübutlar əldə edilərək götürülüb.
Həmin faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdar rüşvət alma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Toplanmış sübutlar əsasında Səidə Rüstəmova və Lətafət Cabbarovaya Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barələrində ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilməklə qanunsuz əməllərin törədilməsində iştirak edən digər şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcəkdir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 924 Tarix: 27 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiya və maaşlara əlavə faiz gəliri: Azərbaycan üçün yeni imkanlar - HÜQUQŞÜNASDAN AÇIQLAMA
Dünyanın bir çox inkişaf etmiş ölkələrində bank hesablarında saxlanılan vəsaitlər, o cümlədən maaş və pensiyalar müəyyən faizlə gəlir gətirən alətlərə çevrilib. Xüsusilə Avropa Birliyi ölkələrində və ABŞ-da banklar müştərilərin hesab qalığına illik faiz tətbiq etməklə onların passiv gəlir əldə etməsin
11:59 327 Müctəba Xamneyi Qumda huşsuz vəziyyətdədir, əslində İrana rəhbərlik etmir
"The Times" qəzetinin istinad etdiyi diplomatik qeyddə deyilir ki, İranın ali lideri ağır vəziyyətdədir və qərar qəbuletmədə iştirak edə bilmir, bu da ölkəni kimin idarə etdiyi ilə bağlı qeyri-müəyyənliyi artırır. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, "The Times" qəzetini
11:21 272 Geomaqnit qasırğası gözlənilir
7-13 aprel tarixlərində geomaqnit qasırğası gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Bildirilib ki, sözügedən tarixlərdə C sinif alışmanın baş verməsi ehtimalı 95%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40%, X (R3
16:02 195 Qadın dondurma yedi: uşaq sahibi olmaq qabiliyyətini itirdi
ABŞ-ın Florida ştatında yaşayan qadın dondurma yeyərkən metal parça udduqdan sonra baş verən ağır sağlamlıq problemlərinə görə 14 milyon dollar təzminat qazanıb. xarici mediaya istinadən xəbər verir ki, 43 yaşlı Brendi Bakli pekan qozlu dondurma alıb. Onun sözlərinə görə, dondurmanı yeyərkən yad bi
18:30 131 Qızın nadir xəstəliyini süni intellekt tapdı
Uelsin Kardiff şəhərindən olan Fibi Tesorier öz ağır vəziyyətinin səbəbini bir neçə il ərzində həkimlərin simptomlarını sadəcə narahatlıqla əlaqələndirməsindən sonra ChatGPT çat-botu vasitəsilə müəyyən edə bilib. xarici KİV-ə istinadla bildirir ki, qızın vəziyyəti sürətlə pisləşməyə başlayanda o, sün
19:15 90 Türkiyədə daha bir neçə məşhur saxlanıldı
Türkiyədə narkotik əməliyyatları nəticəsində daha bir neçə məşhur sima saxlanılıb. Axşam.az xəbər verir ki, istintaq çərçivəsində Simge Sağın, Mustafa Ceceli, İbrahim Çelikkol, Melek Mosso, Deha Bilimle, Ersay Üner, Bengü Erden, Aslı Sipahi Hacısüleymanoğlu və İlkay Şencan tutulub. Hazırda məsələ il
20:15 3 Aysellə Safura bir arada...
Avroviziya təmsilçilərimiz Aysel Teymurzadə ilə Safura Əlizadə bir araya gəlib. OLAY yazır ki, onlar birgə fotolarını izləyiciləri ilə bölüşüb. Sənətçilər paylaşıma "Dostluq illəri." şərhini yazıb
12:06 326 Günü gündən inkişaf edən Azərbaycan və Gürcüstan münasibətləri
Azərbaycan Cənubi Qafqazın lider ölkəsi kimi region dövlətləri ilə də yüksəksəviyyəli münasibətləri inkişaf etdirməkdədir. Gürcüstan da rəsmi Bakının regionun təhlükəsizliyi və inkişafı ilə bağlı mövqeyini hər zaman dəstəkləyir. Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan
11:01 263 ABŞ Prezidenti alyansı sərt tənqid etdi
"ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfransında NATO-nu sərt tənqid edib. Tramp bildirib ki, Qrenlandiya məsələsi ilə başlayan gərginlik NATO ilə münasibətlərinə də təsir edib: "Biz Qrenlandiyanı istəyirik, onlar isə vermək istəmirlər. Buna görə onlara ‘bye-bye’ dedim"
14:41 234