Aktyor Azər Baxşəliyev vəfat edib?
"Həkimlər aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib, o, süni tənəffüs aparatına qoşulub".
Oxu.Az xəbər verir ki, bu barədə İlkin Həsəni məlumat yayıb.
Qeyd edək ki, böyrək çatışmazlığından əziyyət çəkən Azər Baxşəliyev dünən günorta vaxtı koma vəziyyətində xəstəxanaya çatdırılıb. Bu gün xəstəxana onun ölümü ilə bağlı xəbər yayıb. Daha sonra isə həkimlərin səyi ilə ürək fəaliyyətinin bərpa olunduğunu, süni tənəffüs aparatına qoşulduğunu açıqlayan ikinci məlumatı yayıb.
16:47
Koma vəziyyətində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinə yerləşdirilən tanınmış aktyor Azər Baxşəliyev vəfat edib.
Bu barədə BiG.AZ-a ATU-dan məlumat verilib.
16:28
Ölüm xəbəri yayılan tanınmış aktyor Azər Baxşəliyevin vəziyyəti ağırdır.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetindən məlumat verilib.
Bildirilib ki, o xəstəxanaya gələrkən koma vəziyyətində olub:
"Azər Baxşəliyev vəfat etməyib. Hazırda reanimasiyadadır. Vəziyyəti ağırdır, süni tənəffüs aparatına qoşulub. Xəstəxanaya gətirilərkən koma vəziyyətində olub".
16:20
Ölüm xəbəri yayılan tanınmış aktyor Azər Baxşəliyev hazırda reanimasiyadadır.
Bu barədə Oxu.Az-a onun müalicə aldığı xəstəxanadan məlumat verilib.
Bildirilib ki, onun müalicəsi hazırda davam etdirilir.
16:10
"Ölüm xəbəri yayılan tanınmış aktyor Azər Baxşəliyev hazırda komadadır".
Bu barədə Oxu.Az-a onun həmkarı İlkin Həsəni məlumat verib.
O bildirib ki, hazırda Azər Baxşəliyev dövlət xəstəxanalarından birindədir.
15:49
Aktyor Azər Baxşəliyev vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə aparıcı Fərid Rzayev paylaşım edib.
Aktyor uzun müddət idi ki, böyrək çatışmazlığından əziyyət çəkirdi. O, böyrəkköçürmə əməliyyatı üçün donor axtarırdı.
A.Baxşəliyev daha çox ATV telekanalında yayımlanan "Bozbash Pictures" layihəsində canlandırdığı "Ağsaqqal" obrazı ilə sevilib.
Azər Baxşəliyev 3 iyul 1985-ci ildə anadan olub. Beynəlxalq Universitetinin Ərəb ölkələri üzrə regionşünaslıq fakültəsini bitirib. Evli idi, bir qız övladı var.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 5249 Tarix: 02 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezidentdən Rəşad Aslanovla bağlı İKİ SƏRƏNCAM
Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının İtaliya Respublikasında, eyni zamanda Malta Respublikasında, San Marino Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı
24.07.2026 230 İstirahətə getdi, leysana düşdü
Aparıcı Samirə Mustafayeva istirahətə yollanıb. Axşam.az xəbər verir ki, aparıcı bu dəfə Taylandın Phuket adasını seçib. Samirə bildirib ki, təxminən 24 saat davam edən uçuşdan sonra adaya çatsa da, onu xoşagəlməz hava şəraiti qarşılayıb. O, Phuketin güclü yağışların təsiri altında olduğunu qeyd edib
24.07.2026 531 "Space TV" Vado Korovini günahlandırdı: Kanalı bu vəziyyətə saldı
Məlum olduğu kimi, bu gün mediada "Space TV" Müstəqil Televiziya və Radio Şirkətinin bank hesabları üzərinə 140 313,06 ABŞ dolları həcmində həbs qoyulduğu ilə bağlı xəbərlər yayılıb. "Yeni Sabah" xəbər verir ki, məsələ ilə bağlı "Space TV" rəsmi açıqlama yayıb. "Bəh
24.07.2026 259 Onlayn alış-verişdə hüquqlarınız necə qorunur? - HÜQUQŞÜNASDAN AÇIQLAMA
Elektron ticarətin sürətlə inkişafı ilə yanaşı, onlayn alış-veriş edənlərin sayı da ildən-ilə artır. Rahatlıq və vaxta qənaət baxımından üstünlük qazanan bu alış-veriş üsulu bəzi hallarda istehlakçıların məhsulun keyfiyyəti, çatdırılma, geri qaytarılma və ödənişlə bağlı problemlərlə üzləşməsinə səbə
24.07.2026 234 Putin Omska yollanır
Rusiya Prezidenti Vladimir Putin İrkutskdan sonra Qazaxıstanla birgə tədbirin keçirilməsi planlaşdırılan Omska yollanacaq. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib. İyulun 24-də Rusiyalı dövlət başçısı İrkutsk Aviasiya Zavoduna gəlib. Peskov jurnalistlərə açıqlamasında bildirib ki, zavoda səfə
24.07.2026 168 "Space TV"nin bank hesablarına həbs qoyuldu (SƏBƏB)
"Space TV" Müstəqil Televiziya və Radio Şirkətinin bank hesabları üzərinə 140 313,06 ABŞ dolları həcmində həbs qoyulub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Bakı Kommersiya Məhkəməsi "Xalq Bank" ASC-nin müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı ərizəsini qismən təmin edib
24.07.2026 440 İlham Əliyev Türkiyədəki səfirimizi geri çağırdı - YENİ TƏYİNAT
Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. BİG.AZ -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Digər sərəncamla Rəşad Məmmədov Azərbaycanın Özbəkistanda fövqəlad
24.07.2026 218 Rəngli makaronlar sağlamlıq üçün təhlükəlidirmi?
Son illər market rəflərində və restoran menyularında müxtəlif rənglərdə - yaşıl, qırmızı, qara, narıncı və bənövşəyi makaronlara daha çox rast gəlinir. Görünüşü ilə diqqət çəkən bu məhsullar istehlakçılarda maraqla yanaşı, müəyyən suallar da yaradır. Rəngli makaronlar hansı üsulla hazırlanır?. Onları
24.07.2026 418 "Bu qış Putinin son ümid yeridir" - "44 ton qızıl satıb, imkanları tükənir"
Bu qış Vladimir Putinin Ukraynanı sındırmaq üçün son ümid yeri ola bilər, çünki Rusiyanın resursları tükənir. "AzPolitika" xəbər verir ki, bunu Polşa Xarici İşlər naziri Radoslav Sikorski "TVP info"-ya açıqlamasında deyib. Nazir Rusiyanın qarşılaşdığı iqtisadi problemlərə diqqət çəkib
24.07.2026 213