Azərbaycan Daxili Qoşunlarının yaradılmasından 33 il ötür
Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının yaradılmasından 33 il ötür.
BiG.AZ xəbər verir ki, 1991-ci ilin dekabrında keçmiş SSRİ DİN-in Daxili Qoşunlarının Bakıda yerləşən 5-ci diviziyası buraxılıb və heyəti 2 500 nəfərdən ibarət olan üç hərbi hissə Azərbaycan DİN-nin tabeliyinə verilib.
Həmin vaxtdan Azərbaycan Daxili Qoşunları Biləcəri qəsəbəsindəki hərbi hissənin əsasında yaradılmasına başlanıb.
Belə ki, 1992-ci il martın 12-də Daxili Qoşunların Biləcəri, Sumqayıt, Gəncə hərbi hissələri erməni işğalçılarına qarşı döyüşlərə başlayıb, Azərbaycanın ərazi bütövlüyü uğrunda Ağdam rayonunun Papravənd, Qalayçılar, Manikli, Baş Güneypəyə, Canyataq, Gülyataq kəndlərində vuruşublar. Döyüşlərdə çavuş Hətəmxan Babayev, leytenant Rafiq İsmayılov, baş leytenant Ruber Səfərəliyev Daxili Qoşunların ilk şəhidləri olublar. Həmin döyüş günü rəmzi olaraq Daxili Qoşunlar Günü kimi müəyyənləşdirilib.
Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə - Birinci Qarabağ müharibəsində Daxili Qoşunların döyüşçüləri də qəhrəmanlıq nümunələri göstərib, şəhidlər veriblər. Döyüş əməliyyatları aparılan müddətdə qoşunların şəxsi heyətindən 680 nəfər şəhid olub, 1 177 nəfər yaralanıb, 5 nəfər itkin düşüb. Birinci Qarabağ müharibəsində Daxili Qoşunların 9 hərbçisi Azərbaycanın Milli Qəhrəmanı (8-i ölümündən sonra) fəxri adına layiq görülüb.
1995-ci il martın 9-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı müvafiq Fərmanla Azərbaycan Daxili Qoşunlarının şəxsi heyətinin ölkənin ərazi bütövlüyü uğrunda və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşə başladığı ilk gün - martın 12-si Daxili Qoşunlar Günü elan olunub.
Azərbaycanda müstəqilliyin və daxili sabitliyin qorunmasında xüsusi xidmətləri olan Daxili Qoşunların şəxsi heyəti cinayətkarlığa qarşı mübarizədə, xüsusi əməliyyatların keçirilməsində fəal iştirakı ilə seçilir, yüksək peşəkarlıq, döyüş və mənəvi-psixoloji hazırlığa malik olduğunu nümayiş etdirir.
Daxili Qoşunlar, həmçinin dövlət əhəmiyyətli tədbirlərdə, habelə beynəlxalq yarışlarda daxili işlər orqanlarının müvafiq qurumları ilə yanaşı, ictimai asayişin mühafizəsi və təhlükəsizliyin qorunmasının təmin olunmasında fəal iştirak edib. Bununla yanaşı Daxili Qoşunlar "Eurovision 2012" mahnı müsabiqəsi, "Bakı 2015" birinci Avropa Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları, UEFA Avropa Liqasının final matçı, "Texnofest Azərbaycan" Azərbaycanda keçirilərkən ictimai asayişin mühafizəsini və təhlükəsizliyin təmin olunmasını ən yüksək səviyyədə yerinə yetirib.
İkinci Qarabağ müharibəsində DİN-in Daxili Qoşunlarının şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 nəfər yaralanıb. Dörd nəfər Vətən Müharibəsi Qəhrəman adına layiq görülüb (1-i ölümündən sonra).
Həlak olan igid oğulların bir çoxunun qəhrəmanlıqları, şücaəti qiymətləndirilərək adları əbədiləşdirilib, 24 məktəbə, 7 məhəllə və küçəyə, bir körpüyə, bir mədəniyyət evinə onların adları verilib.
Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü il sentyabrın 19-20-də Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri zamanı daxili qoşunların 12 hərbi qulluqçusu şəhid olub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 719 Tarix: 12 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyevin prezidentliyinin 23 ili: Azərbaycanın siyasi, iqtisadi və geosiyasi transformasiyasının əsas mərhələləri
"2026-cı il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 23 ili tamam olur. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkiləri ölkənin müasir siyasi tarixində yeni mərhələnin başlanğıcı idi. Həmin tarixdən etibarən Azərbaycanın dövlət idarəçiliyi, iqtisad
12:12 159 Sergey Lavrov sabah Bakıya gəlir
Rusiyanın xarici işlər naziri Sergey Lavrov sabah Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak edəcək. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. "Tədbir çərçivəsində AQEM-in gələcək inkişafı, o cümlədən onu
13:08 132 Gələcək okeanların mənbəyi ola biləcək nəhəng buz buludları tapıldı
Astronomlar Süd Yolu qalaktikasında gələcək planetlərin su ehtiyatlarını formalaşdıra biləcək nəhəng ulduzlararası buz buludlarının geniş xəritəsini hazırlayıblar. Kəşf yeni planetlərdə okeanların necə yarana biləcəyini anlamağa kömək edə bilər. Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "Th
13.10.2026 231 Prezidentdən sərgi iştirakçılarına - Müraciət
Prezident İlham Əliyev 6-cı Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" - "Rebuild Karabakh" sərgisinin iştirakçılarına müraciət edib. "Qafqazinfo" xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi 6-cı Azərbaycan Beynəlxal
11:23 145 Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq
Azərbaycanda oktyabrın 15-də 29 dərəcə isti olacaq. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Gec
13:06 125 ChatGPT istifadəçilərlə hər məsələdə razılaşmayacaq - "OpenAI"dan yeni addım
"OpenAI" ChatGPT-nin istifadəçilərlə həddindən artıq razılaşmaq və onların fikirlərini əsassız şəkildə dəstəkləmək meylini azaltmağa çalışır. Şirkətin məqsədi çatbotun yalnız istifadəçinin eşitmək istədiklərini söyləməsi deyil, yanlış fikirlərə əsaslandırılmış şəkildə etiraz etməsi və alternati
13.10.2026 314 Yaş artdıqca insanlar daha tez oyanırlar: Alimlər maraqlı səbəb açıqladı
Yaşlı insanların gün doğmamış oyanması, yeniyetmələrin isə günortayadək yatmağı sevməsi barədə çoxlu zarafatlar var. Məlum olur ki, bu zarafatlarda müəyyən həqiqət payı var. Orqanizmin təbii olaraq yuxuya getdiyi və oyandığı vaxt yalnız genetika ilə deyil, həm də təbii qocalma prosesi ilə əlaqəlidir
13.10.2026 395 Yəhudi şagirdlər də məktəbə vahid formada gedir - Video
Bakıda yəhudiəsilli vətəndaşların da təhsil aldığı 152 nömrəli tam orta məktəbdə ("Xabad Or-Avner" məktəbi) şagirdlər dərsə məktəbli formasında gedir, müəyyən olunmuş geyim tələblərinə əməl edirlər. "Qafqazinfo" Günaz TV-yə istinadən xəbər verir ki, təhsil müəssisəsinin şagirdlər
14:25 0 Cavanşir Abbaslı: Azərbaycanın qərarına kənardan müdaxilə yolverilməzdir
"Azərbaycanda ümumi təhsil müəssisələrində vahid məktəbli geyim formasının tətbiqi məktəblərdə nizam-intizamın, vahid təhsil mühitinin və sosial bərabərliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Məktəbli forması şagirdlər arasında geyim fərqlərini azaltmaqla onların diqqətinin təhsilə yönəlməsin
12:39 133