Yüzlərlə itkin düşən burada yandırılıb - Ölüm düşərgəsi TAPILDI
Meksikanın Xalisko əyalətinin dağlarında fermada narkotik karteli ilə əlaqəli ölüm düşərgəsinin dəhşətli qalıqları aşkar edilib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu, anonim mənbənin yeri göstərməsindən sonra məlum olub. Oğurluq qurbanlarının cəsədlərinin yandırıldığı güman edilən gizli krematoriyalar hüquq-mühafizə orqanları üçün şok edici kəşfə çevrilib.
Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, fermada tapılan tapıntılar arasında sümüklər, güllə gilizləri, 400-dən çox paltar və ən azı 200 cüt ayaqqabı var. İlkin dəlillər onu göstərir ki, bu yer təkcə krematoriya kimi deyil, həm də kartelə cəlb olunanlar üçün təlim mərkəzi kimi istifadə olunub və burada döyüş texnikası öyrədilib.
Qalıqları yandırmaq üçün nəzərdə tutulmuş primitiv sobalarla yanaşı, səlahiyyətlilər təxminən 200 nəfərin saxlanıldığı qeyri-insani şəraitdən xəbər tutublar. Düşərgədən qaçan İndira Navarro bildirib ki, mafiyaya cəlb olunanlara təlim keçiblər və bu zaman onlar bir-birləri ilə vəhşicəsinə rəftar ediblər.
"Çoxları məşqə dözə bilmədi. Bəziləri şikayət etdiyi üçün öldürüldü, bəziləri isə bu dəhşətli şəraitə tab gətirə bilməyib öldü" - Navarro deyib.
Onun ifadəsinə görə, məhbusları məzar çuxurları qazmağa məcbur ediblər. Bu çuxurlar daşlarla örtülür və sonra yandırılmaq üçün benzinlə doldurulurdu.
"Biz izlərimizi örtmək üçün üç dəfə benzin istifadə etdik" deyə Navarro bildirib. Onun sözlərinə görə, burada müvəffəqiyyətlə işə götürülənlər təlim keçdikdən sonra ölkənin digər bölgələrində rəqiblərlə döyüşmək üçün missiyalara göndəriliblər.
Tapılan materiallar arasında 2024-cü ilin fevralında yoxa çıxan Eduardo Lerma Nitonun sevgilisinə ünvanlanmış şəxsi məktubu da var. O, məktubunda bir daha qayıtmayacağı təqdirdə sevgilisindən onu xatırlamasını xahiş edib.
Xalisko Meksikanın ən problemli bölgələrindən biri hesab olunur, Milli İzləmə Komissiyasının məlumatına görə, burada 15 mindən çox insan itkin düşüb. Ekspertlər bildirirlər ki, bu, narkokartellərin probleminin miqyasını və onların ərazini zorakılıq və qorxu qaynağına çevirən sistemli hərəkətlərini göstərir.
Navarro səlahiyyətliləri ərazini daha ətraflı təftiş etməyə çağırıb. Axtarışlarda insan qalıqlarını müəyyən edə bilən xüsusi təlim keçmiş itlərdən istifadə də nəzərdə tutulur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 946 Tarix: 12 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyevin prezidentliyinin 23 ili: Azərbaycanın siyasi, iqtisadi və geosiyasi transformasiyasının əsas mərhələləri
"2026-cı il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 23 ili tamam olur. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkiləri ölkənin müasir siyasi tarixində yeni mərhələnin başlanğıcı idi. Həmin tarixdən etibarən Azərbaycanın dövlət idarəçiliyi, iqtisad
12:12 159 Sergey Lavrov sabah Bakıya gəlir
Rusiyanın xarici işlər naziri Sergey Lavrov sabah Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak edəcək. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. "Tədbir çərçivəsində AQEM-in gələcək inkişafı, o cümlədən onu
13:08 132 Gələcək okeanların mənbəyi ola biləcək nəhəng buz buludları tapıldı
Astronomlar Süd Yolu qalaktikasında gələcək planetlərin su ehtiyatlarını formalaşdıra biləcək nəhəng ulduzlararası buz buludlarının geniş xəritəsini hazırlayıblar. Kəşf yeni planetlərdə okeanların necə yarana biləcəyini anlamağa kömək edə bilər. Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "Th
13.10.2026 231 Prezidentdən sərgi iştirakçılarına - Müraciət
Prezident İlham Əliyev 6-cı Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" - "Rebuild Karabakh" sərgisinin iştirakçılarına müraciət edib. "Qafqazinfo" xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi 6-cı Azərbaycan Beynəlxal
11:23 145 Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq
Azərbaycanda oktyabrın 15-də 29 dərəcə isti olacaq. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Gec
13:06 125 ChatGPT istifadəçilərlə hər məsələdə razılaşmayacaq - "OpenAI"dan yeni addım
"OpenAI" ChatGPT-nin istifadəçilərlə həddindən artıq razılaşmaq və onların fikirlərini əsassız şəkildə dəstəkləmək meylini azaltmağa çalışır. Şirkətin məqsədi çatbotun yalnız istifadəçinin eşitmək istədiklərini söyləməsi deyil, yanlış fikirlərə əsaslandırılmış şəkildə etiraz etməsi və alternati
13.10.2026 314 Yaş artdıqca insanlar daha tez oyanırlar: Alimlər maraqlı səbəb açıqladı
Yaşlı insanların gün doğmamış oyanması, yeniyetmələrin isə günortayadək yatmağı sevməsi barədə çoxlu zarafatlar var. Məlum olur ki, bu zarafatlarda müəyyən həqiqət payı var. Orqanizmin təbii olaraq yuxuya getdiyi və oyandığı vaxt yalnız genetika ilə deyil, həm də təbii qocalma prosesi ilə əlaqəlidir
13.10.2026 395 Yəhudi şagirdlər də məktəbə vahid formada gedir - Video
Bakıda yəhudiəsilli vətəndaşların da təhsil aldığı 152 nömrəli tam orta məktəbdə ("Xabad Or-Avner" məktəbi) şagirdlər dərsə məktəbli formasında gedir, müəyyən olunmuş geyim tələblərinə əməl edirlər. "Qafqazinfo" Günaz TV-yə istinadən xəbər verir ki, təhsil müəssisəsinin şagirdlər
14:25 0 Cavanşir Abbaslı: Azərbaycanın qərarına kənardan müdaxilə yolverilməzdir
"Azərbaycanda ümumi təhsil müəssisələrində vahid məktəbli geyim formasının tətbiqi məktəblərdə nizam-intizamın, vahid təhsil mühitinin və sosial bərabərliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Məktəbli forması şagirdlər arasında geyim fərqlərini azaltmaqla onların diqqətinin təhsilə yönəlməsin
12:39 133