Sabiq baş katib: "Azərbaycan güclə əlindən alınanı güclə də geri qaytardı"
"Bakı Qlobal Forumu bu dəfə dünyada gedən proseslər fonunda xüsusi əhəmiyyət daşıyır. Ən əsası isə bu forum dünyadakı gözləntiləri doğruldub və mühüm platformaya çevrilib.
Bu dəfə forumda 400-dən çox keçmiş və indiki dövlət, hökumət başçıları, beynəlxalq təşkilatların baş katibləri, qeyri-hökumət təşkilatları və alimlər iştirak edir, fikir mübadiləsi aparırlar".
Bunu Oxu.Az-a açıqlamasında türkiyəli professor, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sabiq baş katibi Ekmeleddin İhsanoğlu deyib.
O, bu forumda diqqətini çəkən məqamlardan danışıb:
"Forumda Afrika qitəsinin daha geniş aspektdə müzakirə edilməsi diqqət cəlb edir. Bu isə Azərbaycanın xarici siyasətində Afrikaya önəm verməyə başladığının təzahürüdür.
Digər bir məqam isə dünya nizamının dəyişməsi ilə bağlıdır. Bu mövzuların da məhz Azərbaycanda müzakirə edilməsi rəsmi Bakının beynəlxalq məsələlərdə irəliləyiş əldə etdiyini göstərir. Prezident İlham Əliyev forumun açılış mərasimində Azərbaycanın dünyadakı yeri və mövqeyindən danışanda da ölkənin neft və qaz sektorunda dünyada söz sahibi bir aktor olduğunu açıq şəkildə izah etdi. Təbii ki, Azərbaycanın bu mövqeyi və nailiyyətləri milli hədəflər, ələlxüsus Qarabağ məsələsi baxımından, həqiqətən də, təqdirəlayiqdir".
Sabiq baş katib Azərbaycanla Ermənistan arasındakı danışıqların mövcud vəziyyətinə də münasibət bildirib:
"Məsələyə daha geniş perspektivdə baxmaq lazımdır. Zaman-zaman bir çox islam ölkələrinin əraziləri böyük güclər tərəfindən əllərindən alınaraq başqa ölkələrə verilib. Hətta həmin bölgələrdə konfliktlər bu gün də davam edir.
Lakin Azərbaycan problem necə yaradılmışdısa, elə də həll etdi. Yəni güclə əlindən alınanı güclə də geri qaytardı. Azərbaycan güclü bir ordu quruculuğuna sahib olmasa və bu ordu müharibədə iştirak edəcək gücdə olmasaydı, Qarabağ problemi bu gün də davam edərdi. Necə ki, Fələstində, Cammu və Kəşmirdə, Şimali Kiprdə bu kimi problemlər davam edir. Amma Azərbaycan problemin necə həll edilməsinə dair gözəl bir nümunə sərgilədi".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 715 Tarix: 15 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşArzumun növbəti məhkəməsidir - Amalın xanımı hökmdən narazıdır
20 gün əvvəl həbs edilən bloqer İlduzə Hacıyevanın (Arzum) apellyasiya şikayəti üzrə məhkəmə başlayır. "Qafqazinfo"nun məlumatına görə, Arzum indilərdə kanvoyun müşayəti ilə Bakı İstintaq Təcridxanasından məhkəməyə gətirilib. Bloqerin yaxınları təyin olunan vaxtdan 1 saat əvvəl Bakı Apellyasiy
11:28 357 Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır
İyulun 20-21-də Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri baş tutub. Berlin şəhərində Azərbaycan liderinin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Federal Kansleri Olaf Şolts ilə görüşləri olub. Azərbaycan və Almaniya rəhbərləri görüşdən sonra birgə mətbuat konfransında çıxış edib, jurnalistləri
11:42 148 İlham Əliyev müəllimlərin geyimi ilə bağlı dəyişikliyi - Təsdiqlədi
Müəllimlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Ümumi təhsil haqqında" Qanuna edilən dəyişiklikdə öz əksini tapıb. Qanuna əsasən, "Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçü
14:59 191 Arzum bu şərtlərlə azadlığa çıxdı - Sosial şəbəkə qadağan edildi
20 gün əvvəl həbs edilən bloqer İlduzə Hacıyevanın (Arzum) hansı şərtlərlə ev dustaqlığına buraxılması məlum olub. "Qafqazinfo"nun məlumatına görə, Elnur Nuriyevin sədrlik etdiyi məhkəmə kollegiyası müdafiə tərəfinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatətin
13:02 485 Bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanı Cənubi Qafqazın ən etibarlı partnyoru adlandırırlar
İyul ayının 20-də Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya rəsmi səfərə gəlıb. Bu səfər təkcə iki ölkə arasında növbəti diplomatik təmas deyil, dəyişən qlobal reallıqlar şəraitində Avropanın və xüsusilə onun iqtisadi cəhətdən aparıcı dövləti olan Almaniyanın Cənubi Qafqaza münasibətdə olan diqqəti
11:46 189 Vəsiyyətnamə yoxdursa, miras necə bölünür? - VƏKİLDƏN AÇIQLAMA
Vərəsəlik məsələləri ailələr arasında ən çox mübahisə yaradan hüquqi mövzulardan biridir. Xüsusilə də vəfat edən şəxs sağlığında vəsiyyətnamə tərtib etməyibsə, mirasın kimlər arasında və hansı qaydada bölünəcəyi ilə bağlı suallar yaranır. Bir neçə övladı olan şəxsin əmlakı bu halda necə bölüşdürülür
14:54 183 Bu ölkədə artıq seçkilər keçirilməyəcək
Nikaraqua Prezidenti Daniel Orteqa ölkədə artıq seçkilərin keçirilməyəcəyini bəyan edib. Bu barədə "Reuters" məlumat yayıb. Orteqa 1979-1990-cı illərdə prezident vəzifəsində olub. O, 2007-ci ildə yenidən bu posta seçilib və həmin vaxtdan bəri hakimiyyətdə qalır. Dövlət başçısının sözlərin
21.07.2026 285 Qələmin dəyəri dəyişmir - KÖŞƏ YAZISI
Bəzi peşələr var ki, onların əhəmiyyətini yalnız cəmiyyət üçün gördüyü işlə ölçmək olar. Jurnalistika da məhz belə peşələrdəndir. Bu peşə illər keçsə də, texnologiyalar dəyişsə də öz mahiyyətini itirmir. Çünki insanların doğru xəbərə, etibarlı məlumata ehtiyacı heç vaxt bitmir. Azərbaycan milli mətbuat
11:27 172 Yaltada yaşayış binasına PUA düşdü - Yaralıların sayı 17-yə çatdı
Krımın Yalta şəhərində çoxmərtəbəli yaşayış binasına pilotsuz uçuş aparatının düşməsi nəticəsində azı 17 nəfər xəsarət alıb. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, Krımın Rusiya tərəfindən təyin olunmuş rəhbərliyinin müşaviri Oleq Kryuçkovun sözlərinə görə, hadisə gecə saatlarında baş verib. Bildirili
15:30 137