Qızılın qiyməti rekord vurur: Bahalaşmaya səbəb nədir?
"Bu gün bazarda qızılın qiymətini artıran faktorlar daha çoxdur. Qızılın qiyməti iqtisadi faktorlardan daha çox müharibələr, dünyada baş verən gərginliklər, siyasi sanksiyalarla bağlıdır".
BiG.AZ xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.
Ekspertin fikirincə, bazarlarda qızılın yüksək qalacağına dair əminlik var. İqtisadçı bildirib ki, qızılın qiymətinin bahalaşmasının səbəbləri müxtəlifdir:
"Son iki ildir ki, bu sahədə bahalaşma davam edir. Azərbaycanın özü də qızıl ehtiyatlarını artırıb. Əgər 2023-cü ilin sonunda 12% qaldırılmışdısa, 2024-cü ildə 20,6%-ə qaldırılıb. İl ərzində 44 ton qızıl alınıb. Qızıla niyə maraq artır? Təkliflər çoxalır və buna görə qızılın qiyməti qalxır".
Xalid Kərimli xatırladıb ki, qızılın qiymətinin artması pandemiya dövründə başlayıb:
"Ölkə iqtisadiyyatlarına ciddi çağırış yarandı. Əhali işləmirdi, iqtisadiyyat da pis vəziyyətə düşdü. Ardınca Rusiya-Ukrayna müharibəsi və onun gətirdiyi qeyri-müəyyənliklər, III Dünya müharibəsi riski, müharibələrin genişlənməsi, Qərbin Rusiyaya sanksiyaları, Rusiyanın dollar və avro rezevlərinin dondurulması və s... Bu da dövlətlərdə sual yaratdı. Düşündülər ki, sabah bu günlər onları da gözləyə bilər və sərvətləri dondurula bilər. Başladılar ehtiyatlanmağa ki, hər şeyi pulda saxlamaq olmaz".
Ekspert hesab edir ki, infliyasiyanın aşağı düşməsi faiz dərəcələrini aşağı salıb:
"İnfliyasiya rəqəmləri zəiflədikcə faizləri daha da aşağı salacaqlar. Qızıl faiz vermir. Faiz dərəcələrinin aşağı düşməsi qızıla sahiblənməyə marağı artırır. Əsas məsələ, Amerikanın tarif siyasəti də başqa səbəbdir. Səhər tətbiq olunur, axşam geri götürülür və s. Bazarlar qeyri-müəyyənlikləri xoşlamır. Düşünürlər ki, onlar Avropa və Çinlə münasibətləri korlayacaqlar. Qızıl da qeyri-müəyyənlik zamanı bahalaşan aktivdir. Qızıl təhlükəsiz, sığorta aktiv hesab olunur. Qeyri müəyyənliyin artması qızılın qiymətini dəstəkləyici, yəni artıran faktordur".
Qeyd edək ki, əmtəə bazarlarında qızıl bahalaşmaqda davam edib. Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,33% artaraq 3 001,1 ABŞ dollarına bərabər olub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 748 Tarix: 15 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHər gecənin bir "Sabah"ı var... - Yenilənib
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, "Sabah" turnirdə ilk ev oyununa çıxacaq. Azərbaycan çempionu Praqa "Slaviya"sını qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək matçı avstriyalı hakimlər idar
13.10.2026 409 Azərbaycan-Laos münasibətlərində yeni impuls
Prezident İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini, əməkdaşlığın inkişaf perspektivlərini və qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlığı
11:51 87 Paşinyan tarix və keçmişlə bağlı fikirlərini bölüşdü
Ermənistanın Baş naziri Nikol Paşinyan tarix və keçmiş anlayışları ilə bağlı fikirlərini bölüşüb. xəbər verir ki, Paşinyan bu barədə özünün Telegram kanalında yazıb. "Tarix dedikdə, biz əsasən keçmişdə baş verənləri nəzərdə tuturuq. Bu, fundamental problem deyilmi? Əgər tarix artıq baş veribsə
10:39 129 Uşaq qəzəbi zamanı valideynlər nə etməlidir? - Vacib TÖVSİYƏLƏR
Uşaqların qəfil qəzəblənməsi, yüksək səslə ağlaması və ya istədikləri olmayanda isterikaya düşməsi bir çox valideynin qarşılaşdığı vəziyyətdir. Belə anlarda böyüklər çox vaxt necə davranacaqlarını bilmirlər. Bəziləri uşağı cəzalandırmağa çalışır, digərləri isə sakitləşdirmək üçün onun bütün istəklərin
13.10.2026 271 Bakıda arvadını öldürən ər məhkəmədə danışdı: "Bıçağı corabımdan çıxardım..."
Bakıda 35 yaşlı müəllimə Pərvanə Abbasovanı bıçaqlayaraq öldürməkdə təqsirləndirilən həyat yoldaşı Vasif Abbasov hakim qarşısına çıxarılıb. xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilə
13.10.2026 364 Dost münasibətlər iqtisadi imkanlara yol açır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini əks etdirən mühü
12:00 83 Leyla Əliyeva "44"ün təqdimat mərasimindən paylaşım etdi - Video
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Heydər Əliyev Mərkəzində keçirilən "44" bədii filminin təqdimat mərasimindən görüntülər paylaşıb. "Qafqazinfo" xəbər verir ki, Leyla Əliyeva paylaşımı instaqram hesabından edib. Həmin paylaşımı təqdim edirik:
10:31 134 Laosla Azərbaycan dost ölkələrdir
İkitərəfli əlaqələr dövlətlərarası münasibətlərin mahiyyəti ilə müəyyənləşir. Belə münasi¬bət¬lər siyasi mahiyyət daşısa da konkret sahələri əhatə edən əlaqələrin istiqaməti müxtəlif olur. Əla¬qələr hər dövlətlə ayrı-ayrı istiqamətlərdə aparılır. Azərbaycanla Laos Xalq Demokratik Respubli¬kası arasınd
11:56 85 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olub - Rəsmi
Dövlət informasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur. Bu məlumat -ın sorğusuna cavab olaraq Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən verilib. "13 oktyabr 2026-cı il tarixində saat 22:00-dan etibarən Azərbaycan Respublikasının dövlət informasiy
10:42 148