Qonşusu qızının əxlaqsız həyat keçirdiyini dedi, ata qızını bıçaqladı - 11 il həbs

Qonşusu qızının əxlaqsız həyat keçirdiyini dedi, ata qızını bıçaqladı - 11 il həbsQızını 5 bıçaq zərbəsi ilə qəsdən öldürməyə cəhd edən, şərti adı Mahir Rəhimov olan şəxsin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Milli.Az xəbər verir ki, hadisə fevralın 9-da Lökbatan qəsəbəsi, "Qobu Park-2" yaşayış kompleksi, 22 ünvanında baş verib.

İstintaqla müəyyən edilib ki, həmin vaxt Mahir Rəhimovu yaşadığı binanın sakini, şərti adı Azad Tağıyev söhbət etmək üçün çölə çağırıb və ona qızının əxlaqsız həyat tərzi keçirdiyini bildirib. Bunu eşidən ata övladını cəzalandırmaq qərarına gəlib. Bu məqsədlə mətbəxdən məişət təyinatlı bıçağı götürüb dəhlizdə dayanan qızına yaxınlaşıb. Arvadının gözləri qarşısında qızının bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 5 dəfə zərbə endirib. Qəzəbli ataya səs-küyə gələn qonşu mane olub. Xəstəxanaya çatdırılan qızın həyatını xilas etmək mümkün olub.

İş üzrə dindirilmiş, şərti adı Mahir Rəhimov bildirib ki, fevralın 8-i qonşusu, şərti adı Azad Tağıyev olan şəxs mobil telefonundakı qızının şəklini və ismarıcları "WhatsApp" tətbiqi vasitəsilə onun telefonuna göndərib. O da məsələ ilə bağlı qızı ilə söhbət edib, ailəsinin adını ləkələməməsini, əks halda onu öldürəcəyini bildirib. Lakin səhəri gün qonşu yenidən qızının əxlaqsız həyat tərzi keçirdiyini və ondan polisə şikayət etdiyini söyləyib. Bundan qəzəblənən ata qızını bıçaqlamaq qərarına gəlib. O, ittiham üzrə özünü qismən təqsirli bilərək övladını öldürmək niyyətində olmadığını, sadəcə cəzalandırmaq istədiyini deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd maddəsi ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 783   Tarix: 15 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hər gecənin bir "Sabah"ı var... - Yenilənib

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, "Sabah" turnirdə ilk ev oyununa çıxacaq. Azərbaycan çempionu Praqa "Slaviya"sını qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək matçı avstriyalı hakimlər idar

13.10.2026 409
.

Azərbaycan-Laos münasibətlərində yeni impuls

Prezident İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini, əməkdaşlığın inkişaf perspektivlərini və qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlığı

11:51 87
.

Paşinyan tarix və keçmişlə bağlı fikirlərini bölüşdü

Ermənistanın Baş naziri Nikol Paşinyan tarix və keçmiş anlayışları ilə bağlı fikirlərini bölüşüb. xəbər verir ki, Paşinyan bu barədə özünün Telegram kanalında yazıb. "Tarix dedikdə, biz əsasən keçmişdə baş verənləri nəzərdə tuturuq. Bu, fundamental problem deyilmi? Əgər tarix artıq baş veribsə

10:39 129
.

Uşaq qəzəbi zamanı valideynlər nə etməlidir? - Vacib TÖVSİYƏLƏR

Uşaqların qəfil qəzəblənməsi, yüksək səslə ağlaması və ya istədikləri olmayanda isterikaya düşməsi bir çox valideynin qarşılaşdığı vəziyyətdir. Belə anlarda böyüklər çox vaxt necə davranacaqlarını bilmirlər. Bəziləri uşağı cəzalandırmağa çalışır, digərləri isə sakitləşdirmək üçün onun bütün istəklərin

13.10.2026 271
.

Bakıda arvadını öldürən ər məhkəmədə danışdı: "Bıçağı corabımdan çıxardım..."

Bakıda 35 yaşlı müəllimə Pərvanə Abbasovanı bıçaqlayaraq öldürməkdə təqsirləndirilən həyat yoldaşı Vasif Abbasov hakim qarşısına çıxarılıb. xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilə

13.10.2026 364
.

Dost münasibətlər iqtisadi imkanlara yol açır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini əks etdirən mühü

12:00 83
.

Leyla Əliyeva "44"ün təqdimat mərasimindən paylaşım etdi - Video

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Heydər Əliyev Mərkəzində keçirilən "44" bədii filminin təqdimat mərasimindən görüntülər paylaşıb. "Qafqazinfo" xəbər verir ki, Leyla Əliyeva paylaşımı instaqram hesabından edib. Həmin paylaşımı təqdim edirik:

10:31 134
.

Laosla Azərbaycan dost ölkələrdir

İkitərəfli əlaqələr dövlətlərarası münasibətlərin mahiyyəti ilə müəyyənləşir. Belə münasi¬bət¬lər siyasi mahiyyət daşısa da konkret sahələri əhatə edən əlaqələrin istiqaməti müxtəlif olur. Əla¬qələr hər dövlətlə ayrı-ayrı istiqamətlərdə aparılır. Azərbaycanla Laos Xalq Demokratik Respubli¬kası arasınd

11:56 85
.

Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olub - Rəsmi

Dövlət informasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur. Bu məlumat -ın sorğusuna cavab olaraq Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən verilib. "13 oktyabr 2026-cı il tarixində saat 22:00-dan etibarən Azərbaycan Respublikasının dövlət informasiy

10:42 148
.