Orban Macarıstandan Aİ-yə 12 tələb irəli sürdü
"Macarıstan Avropa İttifaqı rəhbərliyindən Avropada sülhün bərqərar olunmasını tələb edir və Ukraynanın Aİ-yə tələsik qəbuluna etiraz edir".
Oxu.Az-ın məlumatına görə, bu barədə Baş nazir Viktor Orbanın milli bayram - 1848-ci il İnqilabı Günü münasibətilə özünün "X" hesabında dərc etdiyi "Brüsselə 12 tələb"də deyilir.
"Biz Avropada sülh tələb edirik. İttifaq, lakin Ukraynasız. Bərabərlik, azadlıq, qardaşlıq!" - hökumət başçısı yazıb.
O, həmçinin bildirib ki, Macarıstan Aİ liderlərinin birlik daxilindəki ayrı-ayrı ölkələrin səlahiyyətlərini məhdudlaşdırmaq və onları, xüsusilə də bütün birliyin konsensusla qəbul edilməli olan ən vacib siyasi qərarlarına veto hüququndan məhrum etmək cəhdlərinə etiraz edir.
Orban Brüssel və amerikalı macarəsilli maliyyəçi Corc Soros tərəfindən bütün dünyada sol liberal ideyaları təşviq etmək üçün yaradılmış fondların suveren dövlətlərin işlərinə müdaxiləsinin yolverilməzliyinə diqqət çəkib.
Bundan əlavə, Macarıstan Aİ-dən "Avropanın xristian irsini qorumağı" tələb edir ki, bu da Asiya və Afrikanın müsəlman ölkələrindən qeyri-qanuni miqrasiyaya qarşı mübarizə deməkdir.
Ukrayna haqqında danışarkən o qeyd edib ki, Aİ liderləri bu ölkəyə kömək etmək istəmirlər, əksinə, onu müstəmləkələşdirməyə çalışırlar və bunun üçün onu Rusiya ilə müharibəni davam etdirməyə təhrik edirlər.
"Avropanın rəhbərləri qərara alıblar ki, Ukrayna nəyin bahasına olursa-olsun (Rusiyaya qarşı), müharibəni davam etdirməlidir, bunun müqabilində isə o, tezliklə Aİ üzvlüyünü əldə edəcək ki, bunun üçün də bizim hələ ödəməli olacağımız bir hesab var. Bizim buna yalnız bir cavabımız var - Avropa İttifaqı, lakin Ukraynasız", - deyə Macarıstan baş naziri bildirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 826 Tarix: 16 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPaltaryuyan maşın sıxma zamanı sıçrayır: problemin bir neçə dəqiqəyə həlli yolu
Paltaryuyan maşının güclü səs çıxarması, titrəməsi və yerindən tərpənməsi həmişə nasazlıq əlaməti deyil. Bəzən problem cihazın döşəmədə düzgün yerləşdirilməməsi ilə bağlı olur. xarici mediaya istinadən xəbər verir ki, cihazın ayaqları döşəməyə tam oturmadıqda və ya gövdəsi əyri dayandıqda sıxma zaman
13.10.2026 295 Kəlağayı - nəsillərdən nəsillərə ötürülən milli sərvətimiz
Azərbaycan xalqının əsrlər boyu qoruyub saxladığı milli-mədəni dəyərlər arasında kəlağayının özünəməxsus yeri var. Zərif ipəkdən hazırlanan, rəngarəng naxışları və incə ornamentləri ilə seçilən bu sənət nümunəsi sadəcə qadın baş örtüyü deyil. Kəlağayı xalqımızın həyat tərzini, estetik zövqünü, dünyagörüşün
10:55 120 "Müharibənin qarşısını almaq üçün müharibəyə hazırlaşırıq" - Lukaşenko
"Müharibənin qarşısını almaq üçün müharibəyə hazırlaşırıq". xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib. Onun sözlərinə görə, Belarus heç bir ölkəyə hücum etmək niyyətində deyil və hərbi hazırlıqların məqsədi mümkün müharibənin qarşısını almaqdır. Lukaşenko Qərb mediasınd
13.10.2026 257 İlham Əliyevin prezidentliyinin 23 ili: Zəfərlə möhkəmlənən dövlətçilik, dəyişən geosiyasi reallıqlar və Azərbaycanın yeni hədəfləri
2026-cı il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 23 il ötür. 2003-cü ildə başlayan bu siyasi mərhələ Azərbaycanın müasir tarixində mühüm dəyişikliklərlə, strateji qərarlarla və ölkənin regional mövqeyinə təsir göstərən hadisələrlə yadda qalıb. Bu illər ərzind
11:40 104 Dünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...
1960-cı ildə dərc olunan elmi araşdırmada dünyanın sonu üçün 13 noyabr 2026-cı il tarixi göstərilib. Proqnoz dünya əhalisinin sürətlə artması ilə bağlı nəzəri hesablamalara əsaslanıb. xəbər verir ki, amerikalı fizik Haynts fon Fyorster və İllinoys Universitetinin tədqiqatçıları əhali artımının bu templ
13.10.2026 405 Azərbaycan-Laos münasibətlərində yeni impuls
Prezident İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini, əməkdaşlığın inkişaf perspektivlərini və qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlığı
11:51 87 İlham Əliyevin prezidentliyinin 23 ili: Azərbaycanın siyasi, iqtisadi və geosiyasi transformasiyasının əsas mərhələləri
"2026-cı il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 23 ili tamam olur. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkiləri ölkənin müasir siyasi tarixində yeni mərhələnin başlanğıcı idi. Həmin tarixdən etibarən Azərbaycanın dövlət idarəçiliyi, iqtisad
12:12 30 "Halk TV"də axtarış aparıldı, yayımı dayandırıldı
Türkiyədə "Halk TV"nin sahibi Cafer Mahiroğlu barəsində aparılan araşdırma çərçivəsində kanalın İstanbuldakı ofisində axtarış aparılıb. "Qafqazinfo" "NTV"yə istinadən xəbər verir ki, əməliyyat zamanı barəsində saxlanılma qərarı çıxarılan 17 nəfərdən 11-i tutulub. Bununl
10:26 139 Misir Məkkə Müdafiə İttifaqına qoşula bilər
Misir Məkkə Müdafiə İttifaqına qoşula bilər. Teleqraf xəbər verir ki, bu barədə Misir xarici işlər naziri Bədr Əbdül Ati "Bloomberg"ə bildirib. "Misir avqust ayında Məkkədə Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanmış regional müdafiə sazişinə qoşulmaq məsələsini cidd
13.10.2026 239