Sevgilisini yataqdakı fotoları ilə şantaj etdi, CƏZALANDIRILDI
Lənkəranda qadın keçmiş sevgilisi tərəfindən şantaj edilib. Qadını şantaj edən şəxs subay olduğunu deyib, lakin iki övladı var imiş.
BiG.AZ Musavat.com-a istinadla xəbər verir ki, 29 yaşlı Qasım (ad şərtidir) Lənkəranda təhsil alan tələbə Esmira (ad şərtidir) ilə tanış olub. Onlar arasında sevgi münasibətləri 2021-ci ildən başlayıb.
Qasım tanışlıq zamanı Esmiraya subay olduğunu deyib. Onlar Lənkəranda kirayə mənzillərdə, otellərdə görüşüblər, münasibətdə olublar. Həmin zaman Qasım Esmiranın fotolarını çəkib və mobil telefonunda saxlayıb.
Esmira Qasımın evli və iki uşaq atası olduğunu bilsə də onunla əlaqəni kəsməyib. Bunu isə Qasımı sevməsi ilə əlaqələndirib. Amma 2024-cü ildə Esmira nişanlanıb. Bunu eşidən Qasım Esmiranı şantaj etməyə, ondan pul istəməyə başlayıb.
Qasım Esmiraya deyib ki, tələb etdiyi pulu verməsə, onunla olan fotolarını qardaşına və nişanlısına göndərəcək. Esmira əvvəlcə Qasıma istədiyi pulu verib. Esmira sonradan Qasımla münasibətləri yaxşı saxlamağa çalışıb ki, şantaj edilməsin. Nişanlı ola-ola Qasımla münasibəti davam etdirib.
Bir müddət sonra Qasımla Esmiranın münasibətləri pozulub. Bundan sonra Qasım yenidən Esmiranı şantaj etməyə başlayıb. İlk dəfə Esmiradan 600 manat pul almağı bacaran Qasım bu dəfə 700 manat istəyib. Esmira isə pulunun olmadığını deyib. Bundan sonra Qasım Esmiranın fotolarını onun nişanlısına göndərib.
Esmira buna görə Qasımdan şikayətçi olub və ona ağır cəza verilməsini istəyib.
Qasım saxlanılan zaman onun ayağında elektron qolbaq olub. Çünki 2023-cü ildə narkotik istifadəsinə görə azadlığın məhdudlaşdırılması cəzası almışdı.
Törətdiyi əmələ görə Qasıma qarşı hədə-qorxu ilə pul tələb etmə maddəsi ilə ittiham irəli sürülüb. İttiham görə Qasım saxlanılan zaman onun üzərindən narkotik vasitə də aşkar edilib.
Qasım bu əməllərinə görə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1226 Tarix: 17 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMəktəbli forması ətrafında İran təbliğatı: Məqsəd nədir?
Azərbaycan müstəqillik qazandıqdan sonra milli-mənəvi dəyərlərinə sadiq qalmaqla dünyəvi dövlət modelini seçdi. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin davam etdirdiyi bu siyasət ölkəmizdə dini müxtəlifliyin, tolerantlığın və birgəyaşayışın qorunmasına xidmət edir. Bu baxımdan
10:58 151 Vahid məktəbli forması ətrafında müzakirələr: təhsilin inkişafı, milli maraqlar və xarici təsir iddiaları
Vahid məktəbli formasının tətbiqi yalnız şagirdlərin geyimi ilə bağlı məsələ deyil. Bu, məktəbdə sosial bərabərliyin qorunması, intizamın möhkəmləndirilməsi, uşaqlar arasında maddi fərqlərin qabardılmasının qarşısının alınması və vahid məktəb kollektivinin formalaşdırılması baxımından mühüm əhəmiyyə
11:22 142 Məktəblər ideoloji təsir mübarizəsinin meydanına çevrilməməlidir
Təhsil müəssisələri hər bir dövlətin gələcəyini formalaşdıran, milli-mənəvi dəyərlərin və vətəndaşlıq düşüncəsinin aşılandığı mühüm məkanlardır. Buna görə də məktəblərin siyasi qarşıdurmaların, ideoloji təsirlərin və mümkün təxribat cəhdlərinin hədəfinə çevrilməsi cəmiyyət üçün ciddi narahatlıq doğurur
11:09 129 Vahid məktəbli forması ətrafında müzakirələr və informasiya təzyiqləri: Azərbaycanın təhsil siyasəti niyə hədəfə çevrilə bilər?
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi məsələsi təkcə təhsil müəssisələrində geyim qaydalarının müəyyənləşdirilməsi deyil, eyni zamanda sosial bərabərlik, məktəb intizamı, milli-mənəvi dəyərlər və informasiya təhlükəsizliyi baxımından əhəmiyyətli mövzudur. Təhsil dövlətin gələcəyini müəyyənləşdirə
12:27 163 Bugünkü matçla bağlı metro gücləndirilmiş rejimdə çalışacaq
Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" Futbol Klubunun UEFA Çempionlar Liqası matçı ilə əlaqədar Qırmızı xətt üzrə gücləndirilmiş iş rejimi tətbiq olunacaq. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, "Koroğlu" stansiyasınd
12:37 163 Boşandıqdan bir həftə sonra eks-xanımının toyuna getdi
Hollivud aktyoru, "Hörümçək-adam" filminin ulduzu Tobi Maquayr keçmiş həyat yoldaşı Cennifer Meyerin toy mərasimini idarə edib. Axşam.az xəbər verir ki, Cennifer milyarder Ceffri Oqunlesi ilə nikah masasına əyləşib. Mərasim Cenniferlə Tobinin rəsmi boşanmalarından cəmi bir həftə sonra olub
12.10.2026 385 Azərbaycan-Kamboca əməkdaşlığının humanitar əhəmiyyəti
"Azərbaycan ilə Kamboca arasında münasibətlərin inkişafında humanitar minatəmizləmə sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Hər iki ölkənin mina çirklənməsinin ağır nəticələri ilə üzləşməsi bu istiqamətdə qarşılıqlı təcrübə mübadiləsini, texnoloji yeniliklərin tətbiqini və beynəlxalq həmrəyliyi
11:55 143 "Roşka"ya da hökm oxundu - 16 ay həbsdə qalacaq
Sosial şəbəkələrdə "Roşka" kimi tanınan Rövşən Süleymanovun məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Məhkəmə belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-1-ci (satı
12:10 200 Kəlağayı - əsrlərin yaddaşını yaşadan Azərbaycan sənəti
"Azərbaycan xalqının zəngin mədəni irsində elə sənət nümunələri var ki, onlar yalnız estetik gözəlliyi ilə deyil, həm də daşıdıqları tarixi yaddaşla seçilirlər. Kəlağayı da bu nadir sənət nümunələrindən biridir. Zərif ipəkdən hazırlanan, rəngarəng naxışları və özünəməxsus ornamentləri ilə seçilə
12:24 140