Fərid Həsənzadə: "İlham Əliyevin Şimali Kiprlə bağlı bəyanatı mühüm addımdır"

Fərid Həsənzadə: "İlham Əliyevin Şimali Kiprlə bağlı bəyanatı mühüm addımdır""Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Antalyada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ilə görüşü, həmçinin bir neçə gün əvvəl ADA Universitetində keçirilən beynəlxalq forumda Prezidenti İlham Əliyevin dediyi sözlər hər iki ölkədə yaşayan soydaşlarımız, tələbələr və akademik peşə sahibləri tərəfindən qürurla qarşılandı".

Bu sözləri Beynəlxalq Təhsil Eksperti və Xaricdə Təhsil Şirkətləri Assosiasiyasının (ASAC) Baş Katibi Fərid Həsənzadə son Azərbaycanla ŞKTR arasında olan yüksək əlaqələri və qardaş dövlətdə təhsil imkanlarını şərh edərkən biıdirib.

Ekspert bildirib ki, bu addım yalnız siyasi deyil, eyni zamanda, təhsil və sosial sahədə ciddi irəliləyişlərə yol açacaq. "15 ildən artıq beynəlxalq təhsil sahəsində fəaliyyətim dövründə minlərlə azərbaycanlı tələbənin Şimali Kiprdə ali təhsil almasına dəstək göstərmişəm. Bu gün həmin məzunlar beynəlxalq arenanın müxtəlif
sahələrində uğurla fəaliyyət göstərir, ölkəmizi layiqincə təmsil edirlər. Onların uğurları göstərir ki, Şimali Kipr təhsil üçün keyfiyyətli, təhlükəsiz və perspektivli bir məkandır"– deyə Fərid Həsənzadə bildirib. Təhsil Eksperti Fərid Həsənzadə, önəmli bir statistikanı da paylaşaraq qeyd edib ki, hazırda Şimali Kiprdə 23 ali təhsil müəssisəsi fəaliyyət göstərir.

Onların arasında Türkiyə Respublikasının nüfuzlu universitetlərinin beynəlxalq kampusları da mövcuddur.

-Bahçeşehir Universiteti – Kuzey Kıbrıs Kampüsü -İstanbul Teknik Universiteti – Kuzey Kıbrıs Türk RespublikasıKampusu, Orta Doğu Teknik Universiteti – Kuzey Kıbrıs Kampüsü və Ankara Sosial Bilimlər Universiteti - Kuzey Kıbrıs Kampüsü dünya reytinqlərindəki mövqeləri və akademik göstəriciləri ilə seçilir. Şimali Kiprin aparıcı ali məktəblərindən biri olan Doğu AkdenizUniversiteti QS dünya reytinqində 1401–1500-cü yerlər arasında qərarlaşıb ki, bu da bölgədə təhsilin səviyyəsini nümayiş etdirir.

Fərid Həsənzadə gələcəkdə Azərbaycanla ŞKTR arasında diplomatik əlaqələrin olması ölkəmizin turizm və iqtisadi əlaqələrinə müsbət təsir edəcək.

Ekspert ölkələrarası dostluğun və mədəni bağların inkişafını da xüsusi vurğulayıb. O qeyd edib ki, İkinci Qarabağ Müharibəsi dövründə Azərbaycana ən çox dəstək göstərən ölkələrdən biri məhz Şimali Kipr olub. Müharibə zamanı təşkil olunan dəstək mitinqləri və həmrəylik nümayişləri bu münasibətlərin aydın göstəricisidir. 2021-ci ildə Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşəbbüsü ilə 8 Noyabr – Zəfər Günü münasibətilə Girnə şəhərində keçirilmiş tədbir bu dostluğun canlı nümunəsidir. Konsulluğun yaradılması bu əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək.

"Şimali Kipr yalnız iqlimi və mədəni zənginliyi ilə deyil, eyni zamanda, təhlükəsiz, əlverişli və müasir təhsil infrastrukturu ilə də seçilir. Burada
təhsil alan gənclər təkcə akademik biliklərə deyil, həm də qlobal düşüncə və rəqabətədavamlı bacarıqlara yiyələnirlər", – deyə Fərid Həsənzadə
əlavə edib.

Baş Katib sonda vurğulayıb ki, diplomatik nümayəndəliklərin açılması təhsildə əlaqələrin daha da dərinləşməsinə, tələbələrin hüquqlarının
qorunmasına, ailələrin səfər imkanlarının asanlaşmasına və ümumilikdə Azərbaycan ilə Şimali Kipr arasında həm təhsil, həm də turizm sahəsində
strateji əməkdaşlığın gücləndirilməsinə böyük töhfə verəcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 711   Tarix: 18 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan-Kamboca münasibətləri: çoxşaxəli əməkdaşlığın yeni perspektivləri

Prezident İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanat Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərini, Asiya ölkələri ilə əməkdaşlığın genişləndirilməsi strategiyasını və qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq modelin

11:49 128
.

Azərbaycan-Kamboca münasibətləri inkişaf yolundadır

Azərbaycan ilə Kamboca Krallığı arasında münasibətlər çoxtərəfli beynəlxalq platformalarda sıx tərəfdaşlıq və son dövrlərdə daha da intensivləşən ikitərəfli əməkdaşlıq çərçivəsində ardıcıl inkişaf etməkdədir. İki ölkə arasında rəsmi diplomatik əlaqələrin əsası 1994-cü il dekabrın 28-də qoyulub. Ötə

11:02 121
.

Marsda hər gün 1600 km uzunluğunda nəhəng bulud yaranır: Onun sirri nədir?

Bir neçə il əvvəl Marsda hər gün yaranan və sonra yoxa çıxan, təxminən 1600 kilometr uzunluğunda bulud haqqında məlumat yayılıb. "Arsia Mons Elongated Cloud" (AMEC) adlandırılan bu buludun tədqiqatçıların düşündüyündən daha qəribə olduğu ehtimal edilir. Qaynarinfo xəbər verir ki, bu barəd

12.10.2026 311
.

El-Nino ilə bağlı həyəcanverici rekord: Okean görünməmiş həddə qızır

El-Nino iqlim hadisəsinin inkişaf etdiyi Sakit okean müşahidələr tarixində indiyədək olduğundan daha isti olub. "Climate Reanalyzer" platformasının məlumatına görə, El-Nino göstəricilərindən biri hesab edilən okean ərazisində səth suyunun temperaturu bu həftə ilk dəfə 30 dərəcəni ötüb. So

12.10.2026 319
.

Kəlağayı - Azərbaycan milli kimliyinin, zərifliyin və qədim mədəniyyətimizin rəmzi

"Azərbaycan xalqının zəngin milli-mədəni irsi, əsrlər boyu qorunub saxlanılan adət-ənənələri və özünəməxsus sənətkarlıq nümunələri ölkəmizin mənəvi sərvətini təşkil edir. Bu sərvətlər sırasında xüsusi yer tutan kəlağayı yalnız qadınların baş örtüyü deyil, həm də Azərbaycan qadınının zərifliyini

12:46 105
.

Vahid məktəbli forması ətrafında müzakirələr: Təhsildə bərabərlik, milli dəyərlər və xarici təsir təhlükəsi

"Vahid məktəbli formasının tətbiqi Azərbaycanda təhsil mühitinin sağlamlaşdırılması, şagirdlər arasında sosial bərabərliyin gücləndirilməsi və məktəb intizamının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu məsələni yalnız geyim qaydaları çərçivəsində qiymətləndirmək düzgün olmazdı

11:12 147
.

Kəlağayı: Azərbaycan qadınının zəriflik rəmzi

"Azərbaycan mədəniyyətində bəzi əşyalar gündəlik istifadə vasitəsi olmaqdan daha böyük məna daşıyır. Onlar xalqın yaddaşını, ailə ənənələrini, mənəvi dəyərlərini və milli kimliyini özündə yaşadır. Kəlağayı da məhz belə mədəni simvollardandır. İpəyin zərifliyi, rənglərin ahəngi və naxışların özünəməxsusluğ

12:45 114
.

Boşandıqdan bir həftə sonra eks-xanımının toyuna getdi

Hollivud aktyoru, "Hörümçək-adam" filminin ulduzu Tobi Maquayr keçmiş həyat yoldaşı Cennifer Meyerin toy mərasimini idarə edib. Axşam.az xəbər verir ki, Cennifer milyarder Ceffri Oqunlesi ilə nikah masasına əyləşib. Mərasim Cenniferlə Tobinin rəsmi boşanmalarından cəmi bir həftə sonra olub

12.10.2026 376
.

Meteor yağışı olacaq

Oktyabr ayının ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, orionid meteor yağışı noyabrın 7-dək aktiv olacaq. Meteor yağışının maksimum aktivliyi isə 21-2

12.10.2026 338
.