23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir

23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilirCənubi Kaliforniya ştatında bu həftə baş verən 5.2 bal gücündəki zəlzələ bölgədəki ən böyük təhdidə səbəb olan "Elsinore" qırılmasının hərəkətliliyini yenidən gündəmə gətirib.

Milli.Az xəbər verir ki, ABŞ-ın məşhur seysmoloqları bu qırılmanın 7.8 bal gücündə bir zəlzələyə səbəb ola biləcəyini vurğulayıblar.

"Elsinore" qırılması ABŞ-Meksika sərhədindən başlayıb, Kaliforniyanın San Diego və Riverside qraflarından keçərək Los-Ancelesə qədər uzanır. Bu qırılma xətti bölgədəki ən təhlükəli və gözlənilən zəlzələ mənbələrindən biri olaraq göstərilir. Kaliforniya Texnologiya İnstitutunun məlumatlarına görə, "Elsinore" qırılmasında hər 100-200 ildən bir böyük zəlzələ baş verir və bu zəlzələnin 7.8 bal gücündə olması ehtimalı yüksəkdir.

"Elsinore" qırılması Los-Ancelesdən Las Veqas qədər geniş bir ərazini təsir altına alacaq bir fəlakətə səbəb ola bilər. 2017-ci ildə ABŞ Geoloji Tədqiqat Xidməti (USGS), Elsinore qırılmasından başlayan bir 7.8 bal gücündəki zəlzələnin simulyasiyasını aparmış və bunun ciddi struktur zədələnmələrə, çox sayda insanın ölümünə və iqtisadi fəsadlara səbəb olacağını göstərmişdi.

Ekspertlər zəlzələnin yaxınlaşdığını bildirərək əhalini bu mövzuda daha hazırlıqlı olmağa və mütəmadi olaraq seysmik təlimlər keçirməyə çağırır. "Elsinore" qırılmasında baş verə biləcək böyük təkanların Kaliforniyanın bütün cənubunu təsir altına alması ehtimalı bölgədəki sakinləri narahat edir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1030   Tarix: 18 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda yük avtomobili yeniyetməni vuraraq öldürüb

Bakıda yük avtomobili yeniyetməni vuraraq öldürüb. "Report" xəbər verir ki, hadisə Qaradağ rayonunda, Səngəçal-Umbakı avtomobil yolunda qeydə alınıb. Belə ki, Rəsul Rəşad oğlu Xəlilovun idarə etdiyi "KamAZ" markalı yük avtomobili yolu keçən, 2009-cu il təvəllüdlü Xəlil Ceyhun oğl

27.12.2025 234
.

Azərbaycan bir ölkəyə yoğurt satır, 13 ölkədən isə alır

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana ümumi dəyəri 5 milyon 562.12 min dollar olan 2 572.27 ton yoğurt idxal olunub. rəsmi statistikaya istinadən xəbər verir ki, 2024-cü ilin 10 ayının yekunlarına görə isə ölkəyə ümumi dəyəri isə 3 milyon 627.51 min dollar olan 2 min 225.87 ton yoğurt gətirilib

15:50 124
.

"Duru Su" " "şlanqla" doldurulur:Şamxal Salmazadənin rəhbəri olduğu müəssisədən görüntülər - Video

Ramana qəsəbəsi, Şuşa şəhərciyi adlanan ərazidə fəaliyyət göstərən "Duru Su" adlı su istehsalı sexində, krant suyunun doldurularaq satışa çıxarıldığına dair ciddi faktlar aşkarlanıb. XALQ bildirir ki, Bolge.tv-nin əməkdaşları yerli sakinlər tərəfindən edilən şikayət əsasında həmin ünvanda yerləşə

14:50 142
.

15 ildə Azərbaycanda ana ölümü ilə bağlı STATİSTİKA

2010-cu illə müqayisədə 2024-cü ildə ölkə üzrə ana ölümü səviyyəsi 12.6 bənd artaraq hər 100 min diri doğulana görə 28.3 nəfərə yüksəlib. Göstərilən dövrdə hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı 26 nəfərdən 29 nəfərə çatıb. rəsmi statistikaya istinadən xəbər verir ki, 2010-cu illə müqayisəd

27.12.2025 198
.

Biləsuvarda toy karvanında ölən BACILARIN FOTOSU

Xəbər verdiyimiz kimi, dünən Biləsuvar rayonunda dəhşətli qəza baş verib. BİG.AZ -a istinadən bildirir ki, hadisə nəticəsində 2 bacı, 1993-cü il təvəllüdlü Aytac Rüstəmli və 2003-cü il təvəllüdlü Aynur Rüstəmlinin həkiməqədər ölüm faktı qeydə alınıb. Onların fotolarını təqdim edirik:

12:24 427
.

Azərbaycanda və region ölkələrində ətin qiyməti neçəyədir? - SİYAHI

2025-ci ilin dekabr ayı üzrə dünyada mal ətinin orta satış qiymətləri açıqlanıb. "Numbeo" portalının məlumatlarına əsasən, müxtəlif ölkələrdə 1 kiloqram mal ətinin qiyməti kəskin şəkildə fərqlənir. Siyahıya görə ən yüksək qiymətlər əsasən inkişaf etmiş Avropa ölkələrində, ən aşağı qiymətlə

01:06 298
.

Zelenski: "ABŞ Ukraynanın bərpasına 700-800 milyard dollar ayıra bilər"

"Ukraynanın bərpası ilə bağlı ABŞ tərəfindən 700-800 milyard dollarlıq vəsaitin ayrılması müzakirə olunur". xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında yazıb. O qeyd edib ki, tərəflər sülh planınıan bir hissəsi olaraq 2040-cı ilə qədər Ukraynanı

14:00 136
.

Cari ildə Azərbaycana qoyun idxalı iki dəfə artıb

Cari ilin 10 ayı ərzində ölkəyə 288 831 baş diri qoyun gətirilib və idxalın ümumi dəyəri 31 milyon 417.13 min dollara çatıb. rəsmi statistikaya istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə idxal həm dəyər, həm də miqdar baxımından təxminən iki dəfə artıb. Belə ki

16:00 107
.

Vuçiç Serbiyada tezliklə PUA istehsalına başlanacağını bildirib

Serbiya Prezidenti Aleksandar Vuçiç qlobal gərginliyin artması və milli təhlükəsizliyin gücləndirilməsi zərurəti ilə bağlı ölkədə 2026-cı ilin yazında pilotsuz uçuş aparatlarının (PUA) böyük istehsalına başlanacağını bildirib. "Report" TASS-a istinadən xəbər verir ki, Vuçiç bunu Serbiya Müdafi

16:20 95
.

TOP MP3