Nazirliyin siyahısına düşə bilməyən plastik cərrahları nə gözləyir? - Cinayət MƏSULİYYƏTİ VAR
Səhiyyə Nazirliyi yanında yaradılmış Xüsusi Təftiş Komissiyası ölkə ərazisində fəaliyyət göstərməyə icazəsi olan plastik cərrahların siyahısını açıqlayıb, lakin həmin siyahıda populyar və çoxsaylı insanı əməliyyat etmiş bir sıra plastik cərrahların adları yer almayıb.
İndiyə qədər bu həkimlərdən bəziləri barəsində şikayətlər əsasında araşdırma aparılıb və onlar məsuliyyətə cəlb ediliblər. Digərləri ilə bağlı isə hüquqi tədbirlər görülməyib. Maraqlıdır, Komissiyanın açıqladığı siyahıdan kənarda qalan plastik cərrahlar məsuliyyətə cəlb oluna bilərlərmi? Onlar barəsində hansı hüquqi addımlar atıla bilər?
Bu barədə Oxu.Az-ın suallarını cavablandıran vəkil Asim Abbasov deyib ki, adı Xüsusi Təftiş Komissiyasının açıqladığı siyahıda olmayan mütəxəssisləri sertifikatları ləğv olunduğuna görə hansısa məsuliyyət gözləmir:
"Lakin həmin mütəxəssislər əvvəl icra etdikləri əməliyyatda ictimai təhlükəli əməl törədiblərsə, buna görə məsuliyyət daşıyırlar. Yəni sırf sertifikatlarının ləğv edilməsi onlarda məsuliyyət yaratmır".
Vəkil həmçinin qeyd edib ki, özəl tibb əczaçılıq, təhsil fəaliyyəti, lisenziya tələb edən fəaliyyət növlərindəndir:
"Bu sahələrin lisenziyalaşdırılması dövlət təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitin, insanların həyat və sağlamlığının qorunması məqsədi daşıyır. Lisenziya olmadan fəaliyyət göstərənlər məsuliyyətə cəlb edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilirlər. Eyni zamanda, əhalinin sağlamlığının qorunması ilə bağlı qanunvericiliyin pozulmasına görə də İnzibati Xətalar Məcəlləsinin 215-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulub. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir".
Vəkil həmçinin deyib ki, lisenziya tələb olunduğu halda onu almadan işləyən, lisenziyalaşdırılma şərtlərinin pozulması ilə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin həm inzibati xəta, həm də cinayət məsuliyyəti var. Bunun inzibati xəta, yoxsa cinayət tərkibi yaratması vurulmuş zərərin və ya əldə edilmiş gəlirin həcmindən asılı olaraq müəyyənləşdirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 883 Tarix: 18 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan-Kamboca münasibətləri: çoxşaxəli əməkdaşlığın yeni perspektivləri
Prezident İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanat Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərini, Asiya ölkələri ilə əməkdaşlığın genişləndirilməsi strategiyasını və qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq modelin
11:49 128 Azərbaycan-Kamboca münasibətləri inkişaf yolundadır
Azərbaycan ilə Kamboca Krallığı arasında münasibətlər çoxtərəfli beynəlxalq platformalarda sıx tərəfdaşlıq və son dövrlərdə daha da intensivləşən ikitərəfli əməkdaşlıq çərçivəsində ardıcıl inkişaf etməkdədir. İki ölkə arasında rəsmi diplomatik əlaqələrin əsası 1994-cü il dekabrın 28-də qoyulub. Ötə
11:02 121 Marsda hər gün 1600 km uzunluğunda nəhəng bulud yaranır: Onun sirri nədir?
Bir neçə il əvvəl Marsda hər gün yaranan və sonra yoxa çıxan, təxminən 1600 kilometr uzunluğunda bulud haqqında məlumat yayılıb. "Arsia Mons Elongated Cloud" (AMEC) adlandırılan bu buludun tədqiqatçıların düşündüyündən daha qəribə olduğu ehtimal edilir. Qaynarinfo xəbər verir ki, bu barəd
12.10.2026 311 El-Nino ilə bağlı həyəcanverici rekord: Okean görünməmiş həddə qızır
El-Nino iqlim hadisəsinin inkişaf etdiyi Sakit okean müşahidələr tarixində indiyədək olduğundan daha isti olub. "Climate Reanalyzer" platformasının məlumatına görə, El-Nino göstəricilərindən biri hesab edilən okean ərazisində səth suyunun temperaturu bu həftə ilk dəfə 30 dərəcəni ötüb. So
12.10.2026 319 Kəlağayı - Azərbaycan milli kimliyinin, zərifliyin və qədim mədəniyyətimizin rəmzi
"Azərbaycan xalqının zəngin milli-mədəni irsi, əsrlər boyu qorunub saxlanılan adət-ənənələri və özünəməxsus sənətkarlıq nümunələri ölkəmizin mənəvi sərvətini təşkil edir. Bu sərvətlər sırasında xüsusi yer tutan kəlağayı yalnız qadınların baş örtüyü deyil, həm də Azərbaycan qadınının zərifliyini
12:46 105 Vahid məktəbli forması ətrafında müzakirələr: Təhsildə bərabərlik, milli dəyərlər və xarici təsir təhlükəsi
"Vahid məktəbli formasının tətbiqi Azərbaycanda təhsil mühitinin sağlamlaşdırılması, şagirdlər arasında sosial bərabərliyin gücləndirilməsi və məktəb intizamının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu məsələni yalnız geyim qaydaları çərçivəsində qiymətləndirmək düzgün olmazdı
11:12 147 Kəlağayı: Azərbaycan qadınının zəriflik rəmzi
"Azərbaycan mədəniyyətində bəzi əşyalar gündəlik istifadə vasitəsi olmaqdan daha böyük məna daşıyır. Onlar xalqın yaddaşını, ailə ənənələrini, mənəvi dəyərlərini və milli kimliyini özündə yaşadır. Kəlağayı da məhz belə mədəni simvollardandır. İpəyin zərifliyi, rənglərin ahəngi və naxışların özünəməxsusluğ
12:45 114 Boşandıqdan bir həftə sonra eks-xanımının toyuna getdi
Hollivud aktyoru, "Hörümçək-adam" filminin ulduzu Tobi Maquayr keçmiş həyat yoldaşı Cennifer Meyerin toy mərasimini idarə edib. Axşam.az xəbər verir ki, Cennifer milyarder Ceffri Oqunlesi ilə nikah masasına əyləşib. Mərasim Cenniferlə Tobinin rəsmi boşanmalarından cəmi bir həftə sonra olub
12.10.2026 376 Meteor yağışı olacaq
Oktyabr ayının ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, orionid meteor yağışı noyabrın 7-dək aktiv olacaq. Meteor yağışının maksimum aktivliyi isə 21-2
12.10.2026 338