Ceyhun Bayramov Mövlud Çavuşoğluya başsağlığı vermək üçün Alanyaya gedib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin millət vəkili, keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlunun atasının vəfatı ilə bağlı ailəsini ziyarət edib.
"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, Bayramov Çavuşoğlu ailəsinə başsağlığı vermək üçün bu gün Alanyaya gedib.
Siyasətçinin ailəsini ziyarət etmək üçün Türkiyənin mədəniyyət naziri Mehmet Ersoy da daxil olmaqla bir çox rəsmilər, millət vəkilləri və dövlət qulluqçuları gəlib.
Səfərdən sonra Ceyhun Bayramov yerli mediaya açıqlamasında Alanyaya çoxdankı dostu və qardaşı Mövlud Çavuşoğlunun dərdini bölüşmək üçün gəldiyini söyləyib.
"Allah Osman Çavuşoğluya rəhmət eləsin, ailəsinə başsağlığı veririk. Azərbaycanda hamı Mövlud Çavuşoğlunu sevir və ona hörmət edir, o, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına hər zaman xüsusi önəm verib. Bu gün burada bütün Azərbaycan xalqı adından başsağlığı veririk", - nazir deyib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 644 Tarix: 19 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMəktəbli forması ətrafında İran təbliğatı: Məqsəd nədir?
Azərbaycan müstəqillik qazandıqdan sonra milli-mənəvi dəyərlərinə sadiq qalmaqla dünyəvi dövlət modelini seçdi. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin davam etdirdiyi bu siyasət ölkəmizdə dini müxtəlifliyin, tolerantlığın və birgəyaşayışın qorunmasına xidmət edir. Bu baxımdan
10:58 143 Bəşəriyyətin sonu 2100-cü ilədək gələ bilər: İki əsas təhlükə
Bəşəriyyət 2100-cü ilədək süni intellekt (Sİ) və ya nüvə müharibəsi səbəbindən məhv olmaq təhlükəsi ilə üzləşə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "The Lancet" jurnalının XXI əsrdə qlobal sağlamlıq təhdidlərinə həsr olunmuş komissiyasının alimləri məlumat veriblər. "Bioloji silahlarda
12.10.2026 260 Kəlağayı - milli-mənəvi irsimizin və Azərbaycan qadınının zəriflik rəmzi
"Azərbaycan xalqının əsrlərin sınağından keçərək bu günə qədər qoruyub saxladığı milli-mədəni dəyərlər ölkəmizin tarixi yaddaşının, mənəvi zənginliyinin və özünəməxsusluğunun mühüm göstəricisidir. Bu dəyərlər sırasında xüsusi yer tutan kəlağayı xalqımızın qədim sənətkarlıq ənənələrini, Azərbayca
13:03 88 Azərbaycan məktəblərinin təhlükəsizliyi milli məsuliyyət məsələsidir
Uşaqların təhlükəsiz şəraitdə təhsil alması hər bir cəmiyyətin əsas prioritetlərindən biridir. Məktəblər gələcək nəsillərin yetişdiyi, vətənə bağlılıq, milli kimlik və ictimai məsuliyyət hissinin formalaşdığı mühüm ocaqlardır. Bu mühitin siyasi təzyiq və mümkün təxribatlardan qorunması dövlət və cəmiyyə
11:16 127 Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir
Azərbaycanın praqmatik xarici siyasət kursu dünya ölkələri ilə milli maraqlara söykənən əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dövlətlərarası münasibətlərin bərabərhüquqlu prinsiplər əsasında inkişafına xidmət edir. Qoşulmama Hərəkatında Azərbaycanın fəaliyyəti suverenliy
11:50 128 Quraq torpaqlar çiçək xalısına çevrildi
Uzun müddət quraq görünən ərazilər güclü yağışlardan sonra rəngarəng çiçəklərlə örtülüb. Təbiətdə baş verən bu dəyişiklik peyk görüntülərində də qeydə alınıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Avstraliyanın quraq daxili bölgələrində qeyri-adi dərəcədə yağıntılı hava şəraitindən sonra çö
11:02 141 Kəlağayı - Azərbaycan milli kimliyinin, zərifliyin və qədim mədəniyyətimizin rəmzi
"Azərbaycan xalqının zəngin milli-mədəni irsi, əsrlər boyu qorunub saxlanılan adət-ənənələri və özünəməxsus sənətkarlıq nümunələri ölkəmizin mənəvi sərvətini təşkil edir. Bu sərvətlər sırasında xüsusi yer tutan kəlağayı yalnız qadınların baş örtüyü deyil, həm də Azərbaycan qadınının zərifliyini
12:46 105 Coğrafi məsafədən kənarda: Azərbaycan və Kambocanı birləşdirən əməkdaşlıq imkanları
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin yeni məzmunla zənginləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan v
11:42 121 Prezidentlər təkbətək görüşdü
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Laos Prezidenti Thonqlun Sisulitlə təkbətək görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
12:05 110