Ev heyvanları ilə bağlı cərimələr və qadağalar – nəyi bilməlisiniz?

Ev heyvanları ilə bağlı cərimələr və qadağalar – nəyi bilməlisiniz?Azərbaycanda da son illər evdə heyvan saxlayanların sayı artmaqdadı. Bunun bir səbəbi də sosial şəbəkələrdə ev heyvanları, ümumiyyətlə, heyvanlara qarşı qəddar münasibəti əks etdirən videoların yayılmasıdır.

İstər-istəməz insan hansısa bir canlıya qarşı qəddarlığı qəbul edə bilmir. Bu da heyvanlara qarşı xeyirxahlığı şərtləndirir.

Amma bu da faktdır ki, mənzildə heyvan bəslənməsinə bəzən qonşular mənfi münasibət bəsləyir, hətta heyvanın mənzildən çıxarılmasını da tələb edirlər. Bu isə adətən mənzildə saxlanan heyvan ətrafda natəmizlik yaratdıqda, yaxud yerli-yersiz səs çıxarıb qonşuları narahat etdikdə baş verir.

Ümumiyyətlə, mənzildə heyvan saxlamağın qaydaları varmı? Və bu, necə tələb edilə bilər?

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib ki, ev heyvanlarının saxlanılması qaydalarının pozulması İnzibati Xətalar Məcəlləsinin 290-cı maddəsi ilə məsuliyyət yaradır. Belə ki, it və pişiklərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi saydan artıq saxlanılmasına görə iki yüz manat məbləğində cərimə edilir:

"Bu əmələ görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə isə üç yüz manat məbləğində cərimə edilir.
Ev heyvanları ilə bağlı cərimələr və qadağalar – nəyi bilməlisiniz?Qeyd edək ki, şəhərdə və şəhərtipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərtilə bir it və iki pişik saxlamağa icazə verilir. Ancaq burada baytarlıq, sanitaiya-gigiyena, səs-küy və digər normaları pozmamaq lazımdır.
Bu, Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları"nda müəyyən edilib.
Həmin normanın tələblərində müəyyən məhdudiyyətlər və ev heyvanı saxlayan şəxslər üçün vəzifələr təsbit olunub. Belə ki, ev heyvanı saxlayan və ya ona baxan hər bir şəxs həmin heyvanın növünə və cinsinə uyğun olaraq, yaşayışı üçün yer ayırmalı, təbii tələbatlarını nəzərə alaraq, ona aşağıdakı qayğıları göstərməli, heyvana lazımi səviyyədə yem və su verməli, nəzarətsiz qalmaması və qaçmaması üçün müvafiq tədbirlər görməli, ətraf mühitin çirklənməsinə yol verməməli, ərazini baytarlıq qaydaları və normativlərinə uyğun saxlamalı və s. vəzifələrə əməl etməlidir.
Bundan başqa heç bir şəxs ev heyvanı ilə qəddar davranmamalı, onlara ağrı, yaxud zərər verməməli və heyvanları müvafiq orqanlara xəbər vermədən sahibsiz vəziyyətə salmamalı, sağlamlığına zərər vura biləcək üsullarla təlim edilməməlidir.
Ev heyvanlarının ictimai yerlərdə, binaların ümumi istifadə yerlərində saxlanması və qidalandırılması, ictimai iaşə müəssisələrində, qida məhsullarının istehsal sahələrində və ticarət obyektlərində, bazarlarda, çimərliklərdə, habelə uşaqlar üçün sosial xidmət müəssisələrində saxlanması və gəzdirilməsi də qadağandır.
Qaydaların pozulmasına görə nəzarəti isə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi dövlət sanitariya nəzarəti, daxili işlər və yerli icra hakimiyyəti orqanları həyata keçirir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1098   Tarix: 03 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyevin Türkmənistan səfəri Azərbaycanın regional strategiyasını necə dəyişir? - TƏHLİL

"Prezident İlham Əliyevin Türkmənistana səfəri ilk baxışda Azərbaycan-Türkmənistan münasibətlərinin gündəlik məsələləri ilə bağlı diplomatik təmas kimi görünə bilər. Lakin prosesə daha geniş geosiyasi prizmadan yanaşdıqda səfərin arxasında daha böyük strateji məqsədlərin dayandığı aydın görünür

15:19 156
.

İlham Əliyevin Türkmənistan səfəri başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri oktyabrın 9-da başa çatıb. BİG.AZ bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir

16:47 117
.

"Onlar xalqlar arasında möhkəm dostluq körpüsü rolunu oynayır"

"Üçüncü MDB Oyunlarının Azərbaycanda uğurla keçirilməsi bütün Birlik üçün əlamətdar idman hadisəsinə çevrildi". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edi

12:43 186
.

630 minlik Lamborghini ilə bulvarda təhlükəli şou: "Hacı Həsənli" drift etdi - qaydalar yenə kənarda qaldı!

Bakının Səbail rayonunda, Dənizkənarı Bulvar ərazisində "Lamborghini Urus" markalı avtomobillə təhlükəli manevrlər etdiyi bildirilən sürücü Hacı Həsənli Ramiz oğlu barəsində başlanmış inzibati işə xitam verilib. xəbər verir ki, bu barədə -ın sosial şəbəkə hesabında məlumat paylaşılıb. Hadis

17:20 147
.

Orta Dəhlizdən yaşıl enerjiyə: Azərbaycan üçün yeni imkanlar

"Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu üzv kimi iştirakı ölkəmiz üçün mühüm siyasi və strateji əhəmiyyət daşıyır. Bu formatda təmsil olunmağımız təkcə nəqliyyat-kommunikasiya əməkdaşlığı ilə bağlı deyil, həm də Azərbaycanın regional gündəliyin formalaşmasınd

16:23 179
.

Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrində Xəzər bağlantısı daha da güclənir

"Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri həm Azərbaycan-Türkmənistan münasibətləri, həm də Azərbaycan ilə Mərkəzi Asiya arasında formalaşan yeni regional əməkdaşlıq baxımından əhəmiyyətlidir. Dövlət başçısının Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin 8-ci Məşvərət görüşündə iştirak

14:44 199
.

Azərbaycan MDB məkanında aparıcı dövlətə çevrilib

Azərbaycanın apardığı çoxvektorlu və balanslı xarici siyasət bu gün ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuzun, etimadın və etibarlılığın əsas dayağına çevrilib. Son günlərdə Prezident İlham Əliyevin iştirak etdiyi beynəlxalq və regional təşkilatların tədbirləri bu siyasətin növbəti təzahürü kim

12:22 217
.

"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"

"2027-ci ildə MDB-yə həmsədrlik etmək qərarını dəstəklədiyiniz üçün minnətdarlığımı bildirmək istəyirəm. Biz bunu ölkəmizə olan yüksək etimadın əlaməti kimi qiymətləndiririk və ortaq məqsədlərin həyata keçirilməsində fəal iştirak etməyə hazırıq". "Qafqazinfo" xəbər verir ki, bu sözlər

11:10 120
.

Məktəblərdə vahid qaydalar bütün şagirdlərə bərabər tətbiq olunmalıdır

"Məktəblərdə baş örtüyü məsələsinə, ilk növbədə, dövlətçilik prinsipləri və qanunun aliliyi baxımından yanaşmaq vacibdir. Azərbaycan dünyəvi dövlətdir və dövlət təhsil müəssisələri bütün şagirdlər üçün vahid, dünyəvi və bərabərhüquqlu təhsil mühiti formalaşdırmalıdır. Məktəbli formasının tətbiqind

16:45 132
.