"1+1" kampaniyası ya fırıldaqçılıq? - Vəkildən açıqlama
Bəzi mağazalar məhsulun öz qiymətini üstünə qoyub "1+1" kampaniyası adı ilə müştəriyə hədiyyə kimi təqdim edir. Belə "kampaniyalar" edən mağazaları qanunla hansı cəzalar gözləyir?
Vəkil Emil Aslanov BiG.AZ-a bildirib ki, marketlərdə endirim adı ilə məhsulun əvvəlki qiymətindən guya ucuzlaşdırılmış formada təqdim edilməsi, lakin əslində həmin qiymətin süni şəkildə əvvəlcədən artırılması istehlakçının aldadılması hesab olunur və bu, qanun pozuntusudur. Bu hal aşkar edildikdə fiziki şəxslər 350 – 500 manat, vəzifəli şəxslər 1500 – 2000 manat, hüquqi şəxslər 4000 – 6000 manat cərimə edilə bilər:
"Azərbaycan Respublikasının "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanununun 3-cü maddəsinə əsasən, istehlakçının:
- malları, işləri, xidmətləri və onların istehsalçılarını, icraçılarını və ya satıcılarını sərbəst seçmək hüququ,
- keyfiyyətli məhsul almaq hüququ,
- məhsul, xidmət və işlər barədə tam və düzgün məlumat almaq hüququ vardır.
Marketlərdə endirim adı ilə məhsulun əvvəlki qiymətindən guya ucuzlaşdırılmış formada təqdim edilməsi, lakin əslində həmin qiymətin süni şəkildə əvvəlcədən artırılması istehlakçının aldadılması hesab olunur və bu, qanun pozuntusudur.
Bu halda vətəndaş:
1. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət edə bilər;
2. Lazım gəldikdə məhkəməyə müraciət edə bilər;
3. Bu hallarda İnzibati Xətalar Məcəlləsinin 407.1-ci maddəsi tətbiq olunur.
Bu maddəyə əsasən:
- Fiziki şəxslər: 350 – 500 manat
- Vəzifəli şəxslər: 1500 – 2000 manat
- Hüquqi şəxslər: 4000 – 6000 manat cərimə edilə bilər.
İstehlakçı hüquqlarının qorunması üçün belə hallarda sübutların (çek, foto, video) toplanması da tövsiyə olunur.
Bundan əlavə, bir halı da qeyd etmək istərdim ki, istehlakçıların hüquqları pozulduğu zaman vətəndaşlar Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də şikayət etmək hüququna malikdirlər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1061 Tarix: 03 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyevin Türkmənistan səfəri Azərbaycanın regional strategiyasını necə dəyişir? - TƏHLİL
"Prezident İlham Əliyevin Türkmənistana səfəri ilk baxışda Azərbaycan-Türkmənistan münasibətlərinin gündəlik məsələləri ilə bağlı diplomatik təmas kimi görünə bilər. Lakin prosesə daha geniş geosiyasi prizmadan yanaşdıqda səfərin arxasında daha böyük strateji məqsədlərin dayandığı aydın görünür
15:19 156 İlham Əliyevin Türkmənistan səfəri başa çatdı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri oktyabrın 9-da başa çatıb. BİG.AZ bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir
16:47 117 "Onlar xalqlar arasında möhkəm dostluq körpüsü rolunu oynayır"
"Üçüncü MDB Oyunlarının Azərbaycanda uğurla keçirilməsi bütün Birlik üçün əlamətdar idman hadisəsinə çevrildi". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edi
12:43 186 630 minlik Lamborghini ilə bulvarda təhlükəli şou: "Hacı Həsənli" drift etdi - qaydalar yenə kənarda qaldı!
Bakının Səbail rayonunda, Dənizkənarı Bulvar ərazisində "Lamborghini Urus" markalı avtomobillə təhlükəli manevrlər etdiyi bildirilən sürücü Hacı Həsənli Ramiz oğlu barəsində başlanmış inzibati işə xitam verilib. xəbər verir ki, bu barədə -ın sosial şəbəkə hesabında məlumat paylaşılıb. Hadis
17:20 147 Orta Dəhlizdən yaşıl enerjiyə: Azərbaycan üçün yeni imkanlar
"Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu üzv kimi iştirakı ölkəmiz üçün mühüm siyasi və strateji əhəmiyyət daşıyır. Bu formatda təmsil olunmağımız təkcə nəqliyyat-kommunikasiya əməkdaşlığı ilə bağlı deyil, həm də Azərbaycanın regional gündəliyin formalaşmasınd
16:23 179 Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrində Xəzər bağlantısı daha da güclənir
"Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri həm Azərbaycan-Türkmənistan münasibətləri, həm də Azərbaycan ilə Mərkəzi Asiya arasında formalaşan yeni regional əməkdaşlıq baxımından əhəmiyyətlidir. Dövlət başçısının Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin 8-ci Məşvərət görüşündə iştirak
14:44 199 Azərbaycan MDB məkanında aparıcı dövlətə çevrilib
Azərbaycanın apardığı çoxvektorlu və balanslı xarici siyasət bu gün ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuzun, etimadın və etibarlılığın əsas dayağına çevrilib. Son günlərdə Prezident İlham Əliyevin iştirak etdiyi beynəlxalq və regional təşkilatların tədbirləri bu siyasətin növbəti təzahürü kim
12:22 217 "Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"
"2027-ci ildə MDB-yə həmsədrlik etmək qərarını dəstəklədiyiniz üçün minnətdarlığımı bildirmək istəyirəm. Biz bunu ölkəmizə olan yüksək etimadın əlaməti kimi qiymətləndiririk və ortaq məqsədlərin həyata keçirilməsində fəal iştirak etməyə hazırıq". "Qafqazinfo" xəbər verir ki, bu sözlər
11:10 120 Məktəblərdə vahid qaydalar bütün şagirdlərə bərabər tətbiq olunmalıdır
"Məktəblərdə baş örtüyü məsələsinə, ilk növbədə, dövlətçilik prinsipləri və qanunun aliliyi baxımından yanaşmaq vacibdir. Azərbaycan dünyəvi dövlətdir və dövlət təhsil müəssisələri bütün şagirdlər üçün vahid, dünyəvi və bərabərhüquqlu təhsil mühiti formalaşdırmalıdır. Məktəbli formasının tətbiqind
16:45 132