Boşanma, kredit və borc yükü – Məhkəmələr hansı qərarı verir?

Boşanma, kredit və borc yükü – Məhkəmələr hansı qərarı verir?Hazırda məhkəmələrdə ən çox baxılan işlərdən biri də həyat yoldaşının adına götürülən kreditlərin boşandıqdan sonra ödənilməməsi ilə bağlıdır. Xüsusilə də keçmiş həyat yoldaşının adında əmlak yoxdursa, bu cür proseslərdə cavabdeh çətin durumda qalır.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən vəkil Rəşad Əliyev bildirib ki, qanunvericiliyə görə nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin olunması üçün üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi öhdəliyi sayılır və hər ikisi üçün vəzifələr yaradır.

Ailə Məcəlləsinin tələbinə əsasən, ər-arvadın əmlak bölgüsü ilə bağlı iddialarına baxılarkən ümumi öhdəliklər üzrə borclar onların mülkiyyət payına uyğun olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında ər-arvadın birgə borclu olması faktını aradan qaldırmır.
Boşanma, kredit və borc yükü – Məhkəmələr hansı qərarı verir?Vəkil qeyd edib ki, Ali Məhkəmə Plenumunun 12 mart 2024-cü il tarixli qərarında da bu məsələlərin tənzimlənməsi qaydaları dəqiq göstərilib:
"Ər-arvaddan birinin bağladığı müqavilə ilə alınmış vəsait ailə ehtiyacları üçün istifadə olunubsa, hər iki tərəf kreditor qarşısında birgə borclu sayılır. Kredit müqaviləsi üzrə öhdəliklər nikah davam etdiyi müddətdə hər ikisini əhatə edir. Lakin nikah münasibətləri faktiki və ya rəsmi olaraq başa çatdıqdan sonra kredit ödənişlərinin bir hissəsini ər (və ya arvad) şəxsi vəsaiti hesabına ödəyibsə, məhkəmə həmin məbləğin paya uyğun hissəsinin qarşı tərəfdən tutulub ödənilməsinə qərar verə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 999   Tarix: 05 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Təhsildə dünyəvilik və dini inanclara hörmət arasında tarazlıq qorunmalıdır

Müasir cəmiyyətdə təhsil yalnız bilik və bacarıqların formalaşdırılması ilə məhdudlaşmır. Məktəb eyni zamanda uşaqların dünyagörüşünün, sosial davranışlarının və vətəndaşlıq mövqeyinin formalaşdığı mühüm ictimai mühitdir. Buna görə də təhsil sistemində dünyəvilik prinsipinin qorunması, şagirdlər arasınd

16:53 19
.

Bakıda gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi müzakirə olunur

Bakıda gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi müzakirə olunur. Oktyabrın 9-da Bakıda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda konfran

10:46 160
.

Azərbaycan çoxtərəfli əməkdaşlıq platformalarının fəal aktorudur

Müasir dövrdə beynəlxalq münasibətlər sistemi sürətlə dəyişir, qlobal miqyasda yeni çağırışlar formalaşır. Bu proseslər fonunda regional əməkdaşlıq formatlarının rolu daha da artır, xüsusilə Müstəqil Dövlətlər Birliyi kimi çoxtərəfli platformalar sabitlik, qarşılıqlı etimad və birgə tərəqqinin təminind

12:24 195
.

Mərkəzi Asiya ilə Azərbaycanın əlaqələri yüksələn xətlə inkişaf edir

"Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində növbəti mühüm mərhələ başlayır. Prezident İlham Əliyevin Türkmənistana səfəri çərçivəsində Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə iştirakı ölkəmizin region dövlətləri ilə son illərdə qurduğu strateji əməkdaşlığı

15:04 129
.

Paşinyandan Zeynəb Həsənovanın mahnısı ilə paylaşım

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan müğənnisi Zeynəb Həsənovanın mahnısının müşayiəti ilə video paylaşıb. xəbər verir ki, Paşinyan videonu özünün Telegram kanalında yayımlayıb. Kadrlarda MDB sammitində iştirak etmək üçün səfər etdiyi Türkmənistanda, musiqi sədaları altında hərəkət edə

11:07 277
.

Əməkdaşlıq və qarşılıqlı hörmətin yeni mərhələsi

Azərbaycanın MDB ilə əməkdaşlığı artıq üç onillikdən çox tarixə malikdir. Bu dövr ərzində ölkəmiz təşkilat çərçivəsində siyasi dialoqun davam etdirilməsində, iqtisadi əlaqələrin genişləndirilməsində və humanitar münasibətlərin inkişafında fəal iştirak edib. Azərbaycanın regional və beynəlxalq siyasətd

12:20 196
.

Türkmənbaşı şəhərində İlham Əliyevin Məsud Pezeşkianla görüşü keçirilib - Foto

Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə görüşü keçirilib. bu barədə AZƏRTAC-a istinadən xəbər verir. Görüşlə bağlı videonu Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb

14:43 197
.

Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında - Fotolar

Türkmənistanın Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edib

10:10 136
.

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür. 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib. Döyüşlər zamanı Azərbaycan Ordusu oktyabrın əvvəllərind

10:14 166
.