Overçuk Ermənistanı hədələdi: "Rusiya ilə ticarətdə başqa tarif rejimi olacaq"
"Ermənistanın Avropa İttifaqı (Aİ) ilə inteqrasiya perspektivləri barədə müstəqil qərar vermək hüququ var, lakin İrəvan başa düşməlidir ki, bu, Rusiya ilə ticarətdə prinsip etibarı ilə başqa tarif rejimi anlamına gələcək".
Oxu.Az -ın xəbərinə görə, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk Şərq İqtisadi Forumu çərçivəsində TASS-a müsahibəsində deyib.
"İşlər belə davam edərsə, o zaman biz qərar qəbul etməli olacağıq - bu ölkəyə qarşı iqtisadi siyasətimizi yenidən qiymətləndirməliyik. Harada olmasına qərar vermək Ermənistanın hüququdur. Amma onlar da başa düşürlər ki, o zaman onlar üçün başqa tarif rejimi olacaq, o zaman bizim ölkələrimiz arasında malların sərbəst hərəkəti olmayacaq, rüsumsuz ticarət olmayacaq", - deyə baş nazirin vurğulayıb.
O qeyd edib ki, bu, Ermənistanda xüsusən kənd təsərrüfatı sektorundakı istehsalçılara "kifayət qədər ağrılı" zərbə vura bilər:
"Bazarın xüsusiyyətləri elədir ki, onların məhsullarına Rusiyada tələbat var. Onları əhatə edən bütün ölkələrin nə üzüm, nə ərik, nə də digər meyvə-tərəvəzlə heç bir problemi yoxdur, onların hamısında bunlar var. Rusiya Ermənistan üçün premium bazardır. Mən hələ Ermənistan bazarının Aİ malları ilə dolacağından danışmıram ki, bu da Ermənistanın biznesinin inkişafına az şans verəcək. Onlar bu amilləri də qiymətləndirməli olacaqlar".
Rusiya baş nazirinin müavini əlavə edib ki, Ermənistan Aİ-yə daxil olarsa, hazırda Aİ və Rusiya səmasının bir-biri üçün bağlı olduğu aviadaşımalar sektorunda və sərhədyanı yük daşımalarında problemlər yarana bilər:
"Enerji və ərzaq məhsulları üçün müxtəlif qiymətlər olacaq. Ölkə ən yaxın qonşusu İranla azad ticarət zonasının faydalarını da itirəcək. Çoxlu nəticələr ola bilər, onları başa düşmək və qiymətləndirmək lazımdır. Bu, çox pis ssenaridir, ilk növbədə sadə insanlar üçün, biz bunu istəmirik və ona görə də bu barədə açıq danışırıq.
Əlbəttə, Ermənistan hər halda Aİ-dən nəsə alacaq. Onun üçün hansısa yeni bazarlar açılacaq, bəzi yeni marşrutlar yaranacaq. Onlar bütün bunları ölçməli, tarazlığa baxmalı olacaqlar. Yekunda Ermənistan xalqı qərar verəcək. Bu, onların seçimidir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 758 Tarix: 07 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGündüz İsmayılov: Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi aktual məsələlərdəndir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinin, dini maarifləndirmənin və bu sahədə aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsinin vacibliyini vurğulayıb. BİG.AZ xəbər verir ki, o, "Gənc nəslin milli-mənəvi dəyərlə
10:46 157 Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri iqtisadiyyata yeni imkanlar açır
"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələrinin genişlənməsi yaxın illərdə ölkə iqtisadiyyatında ilk növbədə logistika, ticarət, investisiya və qeyri-neft sektorunda yeni imkanların yaranmasına səbəb ola bilər. Bu əməkdaşlığın əsas üstünlüyü ondan ibarətdir ki, Azərbaycan yalnız Mərkəz
14:23 117 Əməkdaşlıq və qarşılıqlı hörmətin yeni mərhələsi
Azərbaycanın MDB ilə əməkdaşlığı artıq üç onillikdən çox tarixə malikdir. Bu dövr ərzində ölkəmiz təşkilat çərçivəsində siyasi dialoqun davam etdirilməsində, iqtisadi əlaqələrin genişləndirilməsində və humanitar münasibətlərin inkişafında fəal iştirak edib. Azərbaycanın regional və beynəlxalq siyasətd
12:20 164 Bakıda məşhur şadlıq sarayına cərimə də təsir etmədi (VİDEO)
Xətai rayonunda yerləşən şadlıq sarayından ətrafa yayılan qatı tüstü ətrafdakı binaların sakinlərinin narazılığına səbəb olub. BİG.AZ-ın -a istinadən məlumatına görə, General Əliağa Şıxlinski küçəsi, 42 ünvanında yerləşən "Afrodita Palace" şadlıq sarayında hər dəfə toy olanda ətrafdakı binaları
10:37 162 Əvvəl təcavüz edib, sonra boğaraq öldürüb: Xəyalənin qətlə yetirildiyi hadisənin pərdəarxası
2016-cı ildə Cəlilabadda itkin düşən, 9 il sonra isə qətlə yetirildiyi üzə çıxan 1982-ci il təvəllüdlü Xəyalə Ramiz qızı Xəlilovanın ölümü ilə bağlı məhkəmə prosesi başa çatıb. -a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cavanşir Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilə
13:32 259 Sumqayıtda dəhşətli hadisə: 12 uşaq antibiotikdən zəhərlənib - İDDİA
Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında azyaşlılara antibiotik iynəsi vurulduqdan sonra onların səhhətində ciddi ağırlaşmaların yarandığı iddia olunur. -a istinadən xəbər verir ki, yayılan məlumata görə, iynədən sonra uşaqlarda qıcolma, göyərmə və digər kəskin əks-təsirlər müşahidə olunub. İddialar
12:50 219 Dostluğun təntənəsi
"Prezident İlham Əliyev oktyabrın 9-da Türkmənistanda keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib. Dövlətimizin başçısının iclasda iştirakı ölkəmizin təşkilat daxilində fəal rolunu və qarşıdakı illərdə MDB-nin fəaliyyətində daha mühüm mövqedə çıxış edəcəyini göstərir. Azərbaycanı
15:59 45 İsraildə yüksək kirayə qiymətləri rusiyalı ailəni çətin vəziyyətə saldı
Rusiyalı səyahət bloqçusu İsrailə köçdükdən sonra vətəninə qayıdan həmyerlisi ilə söhbət edib. Həmsöhbəti İsraildə yaşadığı müddətdə yerli həyat tərzinə tam uyğunlaşa bilmədiyini və qarşılaşdığı çətinlikləri bölüşüb. xəbər verir ki, müəllif müşahidələrini Zen platformasında "Like Travel Travel"
11:15 184 İlham Əliyevin Türkmənistan səfəri Azərbaycanın regional strategiyasını necə dəyişir? - TƏHLİL
"Prezident İlham Əliyevin Türkmənistana səfəri ilk baxışda Azərbaycan-Türkmənistan münasibətlərinin gündəlik məsələləri ilə bağlı diplomatik təmas kimi görünə bilər. Lakin prosesə daha geniş geosiyasi prizmadan yanaşdıqda səfərin arxasında daha böyük strateji məqsədlərin dayandığı aydın görünür
15:19 118