Filemon Yanq: COP29 iqlim maliyyəsi üzrə öhdəliklərin gücləndirilməsi istiqamətində mühüm nəticələrə nail oldu
Azərbaycanın COP29 sədrliyi vaxtında və transformativ təşəbbüs kimi çıxış edərək ölkəni fosil yanacaq iqtisadiyyatları ilə iqlim baxımından həssas dövlətlər arasında körpü mövqeyinə gətirdi.
Bunu "Report"un ABŞ bürosuna müsahibəsində BMT Baş Assambleyasının 79-cu sessiyasının prezidenti Filemon Yanq bildirib.
Onun sözlərinə görə, regional adaptasiya çağırışlarını ön plana çəkməklə və ədalətli keçidi təşviq etməklə COP29 sədrliyi ədalət və həmrəylik mövzusunda qlobal dialoqu daha da dərinləşdirdi.
"Hesab edirəm ki, bu sammit iqlim maliyyəsi üzrə öhdəliklərin gücləndirilməsi, Paris Sazişi çərçivəsində karbon bazarı qaydalarının yekunlaşdırılması ilə inklüziv enerji keçidinə dair prinsipial yol xəritəsinin müəyyən olunması və İtki və Zərər Fondunun fəaliyyətə başlaması istiqamətində mühüm nəticələrə nail oldu.
Mənim fikrimcə, bu nailiyyətlər Baş Assambleyanın davamlı inkişaf, iqlim ədaləti və çoxtərəfli iqlim idarəçiliyi ilə bağlı qətnamələrində əks olunan daha geniş iqlim gündəliyini gücləndirdi. Bu ilin sonlarında Braziliyanın ev sahibliyi edəcəyi COP30-da atılacaq növbəti addımları səbirsizliklə gözləyirəm", - deyə Filemon Yanq vurğulayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 760 Tarix: 07 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev iclasda iştirak etmək üçün "Avaza" Kompleksinə getdi - Fotolar
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün "Avaza" Kompleksinə gedib. "Qafqazinfo" xəbər verir ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb
10:05 129 Fərid Qayıbov: "Gənclərimiz beynəlxalq arenada ölkəmizi uğurla təmsil edir"
"Biz müxtəlif sahələrdə yeni qələbələrin şahidi oluruq. Beynəlxalq arenada ölkəmizi uğurla təmsil edən gənclərimiz var". BİG.AZ xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda keçirilən konfransda çıxışı zaman
10:47 139 Azərbaycan və Mərkəzi Asiya: Strateji tərəfdaşlığın yeni perspektivləri
"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri yüksək səviyyədə inkişaf edir. Türkmənlər Azərbaycanın dil və soy baxımından yaxın xalqlarındandır. Tarixi və siyasi əlaqələrimizin kökləri olduqca möhkəmdir. Türkmənistan ortaq layihələrin həyata keçirilməsində hər zaman maraqlı olub və b
12:18 158 Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında - Fotolar
Türkmənistanın Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edib
10:10 135 Əməkdaşlıq və qarşılıqlı hörmətin yeni mərhələsi
Azərbaycanın MDB ilə əməkdaşlığı artıq üç onillikdən çox tarixə malikdir. Bu dövr ərzində ölkəmiz təşkilat çərçivəsində siyasi dialoqun davam etdirilməsində, iqtisadi əlaqələrin genişləndirilməsində və humanitar münasibətlərin inkişafında fəal iştirak edib. Azərbaycanın regional və beynəlxalq siyasətd
12:20 164 Prezident MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak edir
Türkmənistanın Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir
12:28 151 "Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"
"2027-ci ildə MDB-yə həmsədrlik etmək qərarını dəstəklədiyiniz üçün minnətdarlığımı bildirmək istəyirəm. Biz bunu ölkəmizə olan yüksək etimadın əlaməti kimi qiymətləndiririk və ortaq məqsədlərin həyata keçirilməsində fəal iştirak etməyə hazırıq". "Qafqazinfo" xəbər verir ki, bu sözlər
11:10 90 Qarşılıqlı hörmətə əsaslanan münasibətlər
"Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, bu il Müstəqil Dövlətlər Birliyi 35 illiyini qeyd edir. Son illər ərzində MDB siyasi dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlığı
15:38 102 İlham Əliyevin Türkmənistan səfəri Azərbaycanın regional strategiyasını necə dəyişir? - TƏHLİL
"Prezident İlham Əliyevin Türkmənistana səfəri ilk baxışda Azərbaycan-Türkmənistan münasibətlərinin gündəlik məsələləri ilə bağlı diplomatik təmas kimi görünə bilər. Lakin prosesə daha geniş geosiyasi prizmadan yanaşdıqda səfərin arxasında daha böyük strateji məqsədlərin dayandığı aydın görünür
15:19 118