Metro və avtobus ödənişləri ilə bağlı ŞAD XƏBƏR – İlin sonuna qədər…

Metro və avtobus ödənişləri ilə bağlı ŞAD XƏBƏR – İlin sonuna qədər…"BakıKart"ın mobil tətbiqində mövcud olan sistem sərnişinlər arasında narazılıq yaradır. Belə ki, vətəndaşlar kartını tətbiqdə qeydiyyatdan keçirsələr də, mövcud balansdan QR vasitəsilə istifadə edə bilmirlər. Bildirilir ki, yalnız əlavə pul yükləməklə ödəniş mümkündür.

Niyə tətbiq vasitəsilə mövcud balansdan istifadə imkanı yaradılmır? Əslində sistem necə olmalıdır?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, əslində ictimai nəqliyyatda "BakıKart"dan istifadə çox sadə və rahat olmalıdır:

"Bununla yanaşı, vətəndaşların adi debet və kredit bank kartları vasitəsilə ödəniş edə bilməsi istiqamətində təkliflər var. Məlumata görə, bu istiqamətdə işlər aparılır və ümid edirəm ki, ilin sonuna qədər tam hazır olacaq. Bu, həm ictimai nəqliyyatın cəlbediciliyini artıracaq, həm də sərnişinlərin daha rahat istifadə imkanlarını təmin edəcək".

Məsələ ilə bağlı "BakıKart"ın Müştəri Xidmətlərinə də sorğu ünvanladıq.

Qurumdan bildirildi ki, "BakıKart" mobil tətbiqində kartın balansını artıraraq ondan yalnız fiziki qaydada istifadə etmək mümkündür:

"Kartdakı balansdan istifadə etməklə QR bilet əldə etmək mümkün deyil. Pul kisəsinin balansını artıraraq QR bilet əldə edə bilərsiniz. Qeyd edək ki, "BakıKart" mobil tətbiqində təkminləşdirilmə işləri aparılır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1242   Tarix: 07 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gündüz İsmayılov: Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi aktual məsələlərdəndir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinin, dini maarifləndirmənin və bu sahədə aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsinin vacibliyini vurğulayıb. BİG.AZ xəbər verir ki, o, "Gənc nəslin milli-mənəvi dəyərlə

10:46 157
.

Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri iqtisadiyyata yeni imkanlar açır

"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələrinin genişlənməsi yaxın illərdə ölkə iqtisadiyyatında ilk növbədə logistika, ticarət, investisiya və qeyri-neft sektorunda yeni imkanların yaranmasına səbəb ola bilər. Bu əməkdaşlığın əsas üstünlüyü ondan ibarətdir ki, Azərbaycan yalnız Mərkəz

14:23 117
.

Əməkdaşlıq və qarşılıqlı hörmətin yeni mərhələsi

Azərbaycanın MDB ilə əməkdaşlığı artıq üç onillikdən çox tarixə malikdir. Bu dövr ərzində ölkəmiz təşkilat çərçivəsində siyasi dialoqun davam etdirilməsində, iqtisadi əlaqələrin genişləndirilməsində və humanitar münasibətlərin inkişafında fəal iştirak edib. Azərbaycanın regional və beynəlxalq siyasətd

12:20 164
.

Bakıda məşhur şadlıq sarayına cərimə də təsir etmədi (VİDEO)

Xətai rayonunda yerləşən şadlıq sarayından ətrafa yayılan qatı tüstü ətrafdakı binaların sakinlərinin narazılığına səbəb olub. BİG.AZ-ın -a istinadən məlumatına görə, General Əliağa Şıxlinski küçəsi, 42 ünvanında yerləşən "Afrodita Palace" şadlıq sarayında hər dəfə toy olanda ətrafdakı binaları

10:37 162
.

Əvvəl təcavüz edib, sonra boğaraq öldürüb: Xəyalənin qətlə yetirildiyi hadisənin pərdəarxası

2016-cı ildə Cəlilabadda itkin düşən, 9 il sonra isə qətlə yetirildiyi üzə çıxan 1982-ci il təvəllüdlü Xəyalə Ramiz qızı Xəlilovanın ölümü ilə bağlı məhkəmə prosesi başa çatıb. -a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cavanşir Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilə

13:32 259
.

Sumqayıtda dəhşətli hadisə: 12 uşaq antibiotikdən zəhərlənib - İDDİA

Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında azyaşlılara antibiotik iynəsi vurulduqdan sonra onların səhhətində ciddi ağırlaşmaların yarandığı iddia olunur. -a istinadən xəbər verir ki, yayılan məlumata görə, iynədən sonra uşaqlarda qıcolma, göyərmə və digər kəskin əks-təsirlər müşahidə olunub. İddialar

12:50 219
.

Dostluğun təntənəsi

"Prezident İlham Əliyev oktyabrın 9-da Türkmənistanda keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib. Dövlətimizin başçısının iclasda iştirakı ölkəmizin təşkilat daxilində fəal rolunu və qarşıdakı illərdə MDB-nin fəaliyyətində daha mühüm mövqedə çıxış edəcəyini göstərir. Azərbaycanı

15:59 45
.

İsraildə yüksək kirayə qiymətləri rusiyalı ailəni çətin vəziyyətə saldı

Rusiyalı səyahət bloqçusu İsrailə köçdükdən sonra vətəninə qayıdan həmyerlisi ilə söhbət edib. Həmsöhbəti İsraildə yaşadığı müddətdə yerli həyat tərzinə tam uyğunlaşa bilmədiyini və qarşılaşdığı çətinlikləri bölüşüb. xəbər verir ki, müəllif müşahidələrini Zen platformasında "Like Travel Travel"

11:15 184
.

İlham Əliyevin Türkmənistan səfəri Azərbaycanın regional strategiyasını necə dəyişir? - TƏHLİL

"Prezident İlham Əliyevin Türkmənistana səfəri ilk baxışda Azərbaycan-Türkmənistan münasibətlərinin gündəlik məsələləri ilə bağlı diplomatik təmas kimi görünə bilər. Lakin prosesə daha geniş geosiyasi prizmadan yanaşdıqda səfərin arxasında daha böyük strateji məqsədlərin dayandığı aydın görünür

15:19 118
.