Ukrayna prezidenti Rusiyanın gecə hücumuna münasibət bildirib

Ukrayna prezidenti Rusiyanın gecə hücumuna münasibət bildirib"Əsl diplomatiyanın başlaya biləcəyi bir vaxtda Rusiyanın Ukraynaya gecə hücumu zamanı törətdiyi qətllər qəsdən törədilmiş cinayət və müharibənin uzanmasıdır".

"Report" xəbər verir ki, bunu öz Telegram kanalında Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

"800-dən çox pilotsuz təyyarə, 13 raket, onlardan dördü ballistikdir. İlkin məlumata görə, bir neçə pilotsuz təyyarə Ukrayna və Belarus sərhədini keçib", - deyə o vurğulayıb.

Zelenski Kiyevdə yaşayış binalarının dağıdıldığını deyib və əlavə edib ki, ümumilikdə təkcə paytaxtda onlarla yaralı var:

"Hələlik iki nəfərin öldüyü məlumdur, onlardan biri uşaqdır. Dünyasını dəyişənlərin bütün yaxınlarına və qohumlarına başsağlığı verirəm".

Bundan əlavə, o xatırladıb ki, Ukrayna Nazirlər Kabinetinin binasına ziyan dəyib - yuxarı mərtəbələrdə yanğın başlayıb:

"Zaporojyedə 20-dən çox ev və uşaq bağçasına ziyan dəyib. Krivoy-Roqda anbarların dağıntıları var, Sumı və Çerniqov vilayətlərindəki Safonovkada insanlar həlak olub. Odessada çoxmərtəbəli binaya hücum olub. Son 24 saat ərzində bir çox bölgə zərər çəkib. Vaşinqtonda dəfələrlə deyilib ki, danışmaqdan imtinaya görə sanksiyalar olacaq. Biz Parisdə razılaşdırılmış hər şeyi həyata keçirməliyik. Biz həmçinin hava hücumundan müdafiəmizin gücləndirilməsi ilə bağlı bütün razılaşmaların həyata keçirilməsinə ümid edirik. Hər bir əlavə sistem mülki insanları bu çirkin hücumlardan xilas edir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 939   Tarix: 07 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan və Mərkəzi Asiya: Strateji tərəfdaşlığın yeni perspektivləri

"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri yüksək səviyyədə inkişaf edir. Türkmənlər Azərbaycanın dil və soy baxımından yaxın xalqlarındandır. Tarixi və siyasi əlaqələrimizin kökləri olduqca möhkəmdir. Türkmənistan ortaq layihələrin həyata keçirilməsində hər zaman maraqlı olub və b

12:18 150
.

Bu şəhərdə 4 ilə su tükənəcək - Dünyada ilk

Əfqanıstanın paytaxtı Kabil 2030-cu ilə qədər yeraltı su ehtiyatlarını tamamilə tükəndirən ilk müasir şəhər olmaq riski ilə üzləşib. "Qafqazinfo" xəbər verir ki, CNN-in "Prosper Global" təşkilatının hesabatına istinadən yaydığı məlumata görə, şəhərdə artıq bəzi ərazilərdə su çatışmazlığ

08.10.2026 275
.

Papuaşvili: "Brüsselə qulaq assaydıq, Gürcüstan yalnız kağız üzərində dövlət olardı"

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, yalnız kağız üzərində dövlət olmaqdan daha yaxşısı yalnız kağız üzərində Avropa İttifaqına (Aİ) namizəd ölkə olmaqdır. xəbər verir ki, bu barədə Sputnik Georgia məlumat yayıb. "Düşünürəm ki, yalnız kağız üzərində dövlət olmaqdansa, yalnı

11:03 157
.

Azərbaycan-Türkmənistan birliyi Orta Dəhlizin imkanlarını genişləndirir

"Azərbaycan-Türkmənistan münasibətləri son dövrdə yüksələn xətlə inkişaf edir. İki ölkə arasında əlaqələr mehriban qonşuluq, dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Türkmənistan Xəzər dənizinin şərqində, Azərbaycan isə qərbində yerləşməklə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında mühüm stratej

14:00 127
.

Süni intellekt xəstələrə dərman təyin etməyə başladı

ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər

08.10.2026 263
.

ABŞ-dən Türkiyə xəbərdarlığı: Ağlasığmazdır, heç vaxt imkan verməyəcəyik

ABŞ dövlət katibi Marko Rubio Türkiyə ilə Yunanıstan arasında Egey dənizi ilə bağlı fikir ayrılıqları səbəbindən müharibənin baş verməsini ağlasığmaz hesab edir və Vaşinqtonun heç vaxt buna yol verməyəcəyini bildirib. Teleqraf xəbər verir ki, bu barədə o, Yunanıstanın "Kathimerini" qəzetin

08.10.2026 284
.

"Laçınla bağlı qərarı dəstəklədiklərinə görə minnətdarlığımı bildirirəm" - Yenilənib

"Bu il Müstəqil Dövlətlər Birliyi 35 illiyini qeyd edir". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib. "Son illər ərzində MDB siyasi dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlığı

11:00 145
.

Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında - Fotolar

Türkmənistanın Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edib

10:10 133
.

Türkmənbaşı görüşü ölkəmizin növbəti diplomatik uğurudur

Azərbaycanın regional və beynəlxalq siyasətdə mövqeyi daha da möhkəmlənir. Bunu Türkmənistanın Türkmənbaşı şəhərinin "Avaza" milli turizm zonasında keçirilən Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında görmək oldu. Qeyd edək ki, Müstəqil Dövlətlər Birliy

12:16 142
.