Ukrayna "Maşa və Ayı"nı qadağan edir – bəs biz uşaqlarımızı "Ayı"dan necə qoruyaq?

Ukrayna "Maşa və Ayı"nı qadağan edir – bəs biz uşaqlarımızı "Ayı"dan necə qoruyaq?Ukrayna Ali Radasının söz azadlığı komitəsinin sədri Yaroslav Yurçişin "Maşa və Ayı" cizgi filmi ilə bağlı narahatlıq ifadə edib. O, bu cizgi filminin Ukrayna ərazisində qadağan edilməsi üçün SNBO və SBU adlı qurumlara müraciət ünvanlayıb.

Deputatın fikrincə, film uşaqların şüuruna rus ideoloji elementlərini aşılamağa xidmət edir. O, samovar, balalayka ilə müşayiət olunan musiqilər və NKVD papağı səhnəsini buna misal göstərib. Yurçişin hesab edir ki, bu simvollar Rusiya mədəniyyəti və sovet hərbi irsinin təbliğinə xidmət edir.

Qeyd edək ki, "Maşa və Ayı" bu il Ukraynada uşaq kontentləri arasında lider olub – YouTube kanalının 18 milyon abunəçisi və 800 milyon baxışı var. Deputatın təşəbbüsü isə cəmiyyətdə mübahisələr doğurub: bəziləri bunu təhlükəsizlik tədbiri, digərləri isə uşaqların sevimli filminin siyasiləşdirilməsi kimi qiymətləndirir.

"Azərbaycanda da uşaqlar arasında son dərəcə populyar olan Rusiya istehsalı "Maşa və Ayı" cizgi filmi əslində sadəcə əyləncəli uşaq kontenti olaraq qalır, yoxsa gizli ideoloji mesajlar daşıya biləcəyi üçün narahatlıq doğurmalıdır?

Mövzu ilə bağlı Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov Musavat.com-a danışıb:

"Bu, yalnız Azərbaycanda yaradılmış və yaradılacaq əsərlərə deyil, yaxın qonşularımız – Türkiyə, İran, Rusiya və Orta Asiya ölkələrində ərsəyə gələn sənət nümunələrinə də aiddir. Hətta təkcə sənət əsərlərində deyil, kompüter və mobil oyunlarda, cizgi filmlərində, musiqi əsərlərində də özünü göstərə bilir. Üstəlik, Qərb və Avropa kinematoqrafiyasında, xüsusilə də ABŞ-ın Hollivudunda və Hindistanın Bollivudunda istehsal olunan filmlərdə də istənilən qədər ideoloji təsir elementləri aşkarlamaq mümkündür. Mən kino sahəsi ilə ciddi maraqlanan bir şəxs kimi deyə bilərəm ki, keçmiş SSRİ dövründə bu cür ideoloji basqıları sadəcə müəyyən üsullarla aradan qaldırmağa çalışırdılar. Çünki hər hansı bir sənət əsərini tamamilə gizlətmək mümkün deyildi. Onsuz da insanlar alternativ yollar tapırdı: videolent, kustar üsulla düzəldilən antenalar vasitəsilə həm radio, həm də televiziyadakı qadağan olunmuş film və proqramlara baxmaq mümkün idi. Bu səbəbdən SSRİ-nin kino komitəsində xüsusi şəxslər çalışırdı ki, həmin hissələri kəsib montaj etsinlər. Məsələn, bizdə tütün və spirtli içki reklamı televiziya ekranlarında qadağan edilib. Hətta köhnə filmlərdə tütün məhsulu istifadə edilən səhnələrin üstü örtülür, daha inkişaf etmiş texnologiya olan telekanallarda isə o hissə kəsilir və montaj olunur. İndi isə bu proses daha asandır – rəqəmsal montaj vasitələri var və hər hansı hissəni çıxarıb tamaşaçıya təqdim etmək mümkündür".

Kulturoloqun fikrincə, Rusiya istehsalı olan "Maşa və Ayı" və ya ABŞ-da məşhur "Tom və Cerri" kimi cizgi filmlərini, eləcə də bədii və sənədli filmləri, televiziya və radio verilişlərini, sosial şəbəkələrdə yayılan vizual kontentləri tamamilə qadağan etmək real deyil:

"Çünki telekanallarda qadağa qoyulsa belə, uşaqların əlində smartfon var və istədikləri zaman baxa bilirlər. Lakin gələcəkdə müəyyən filtrlər tətbiq etmək, bəzi səhnələri kəsmək, səssizləşdirmək və ya üzərini örtmək tələbi irəli sürülə bilər.

"Maşa və Ayı"da müəyyən ideoloji elementlərin mövcud olduğunu desək də, bütövlükdə onun təbliğat xarakteri daşıdığını söyləmək doğru olmaz. Əks halda, "Uzaq sahillərdə" filmində faşistlərin simvolu olan xaçların, yaxud digər sovet filmlərində ermənilərlə bağlı səhnələrin mövcudluğunu da eyni prizmadan dəyərləndirməli olarıq. Halbuki bunlar tarixi və bədii kontekstdə təqdim olunur. Məsələn, Vaqif Mustafazadənin Qarabağ müharibəsinə həsr etdiyi "Döyüş" filmində də ermənilərlə bağlı kifayət qədər səhnələr var. Amma biz bu əsəri "erməniliyin təbliği" kimi qələmə verə bilmərik.

Digər tərəfdən, qadağa tətbiq edildikdə insanlar VPN vasitəsilə həmin kontentə asanlıqla çıxış əldə edirlər. Bu səbəbdən ən doğru yol Azərbaycanda "Maşa və Ayı"ya alternativ cizgi filmlərinin yaradılmasıdır. Məsələn, "Div və Cırtdan" nağılını serial şəklində ekranlaşdırmaq uşaqlar üçün maraqlı ola bilər. Eləcə də "Göyçək Fatma" və ya "Məlikməmməd" kimi nağılları animasiya formasında təqdim etmək mümkündür.

Bunun üçün mütləq milyonlarla vəsait tələb olunmur. Yaxşı süni intellekt biliklərinə malik, kompüter proqramlarını mükəmməl bilən mütəxəssislər kino sahəsinin peşəkarları ilə birgə işləsə, olduqca keyfiyyətli animasiya serialları ərsəyə gələ bilər. Nəinki cizgi filmi, həm də bədii və ya sənədli film formatında belə layihələri hazırlamaq mümkündür".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1211   Tarix: 07 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kiyevdəki mənzil qalmaqalı: Ukrayna səfiri istefa verəcək

Ukraynanın ABŞ-dakı səfiri Olha Stefanişinanın Kiyevdəki mənzili ilə bağlı aparılan araşdırma fonunda vəzifəsindən istefa verəcəyi bildirilir. xəbər verir ki, bu barədə "The Financial Times" qəzeti məlumat yayıb. Məlumata görə, səfirin ailəsinin Kiyevdə bazar qiymətindən xeyli aşağı dəyər

09:52 167
.

"İran-ABŞ münasibətlərinin son aylarda görünməmiş dərəcədə gərginləşməsi təhlükəsizlik risklərini də artırır" - BƏHRUZ QULİYEV

"Son günlər İsrail kəşfiyyatının ABŞ administrasiyasını İranın Prezident Donald Trampa qarşı mümkün sui-qəsd planı barədə xəbərdar etməsi və bunun ardınca ABŞ senatoru Lindsey Qrehemin qəfil vəfat etməsi beynəlxalq siyasi dairələrdə müxtəlif ehtimalların irəli sürülməsinə səbəb olub. Lakin geosiyasətd

11:27 143
.

ABŞ Milli Kəşfiyyatında yeni ixtisarlar olacaq

ABŞ-nin Milli Kəşfiyyat İdarəsinin icraedici direktoru Bill Pulti rəhbəri olduğu qurumda yeni işçi ixtisarlarının həyata keçiriləcəyini açıqlayıb. xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsində yazıb. "ABŞ Milli Kəşfiyyatı hər zamankından daha səmərəli, məhsuldar fəaliyyət göstəri

12.07.2026 231
.

Gürcüstandan ixrac edilən diri qoyunların ən böyük alıcısı Azərbaycan olub

2026-cı ilin iyun ayında Gürcüstandan 17,5 min baş diri qoyun ixrac edilib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Bildirilib ki, ixracın ümumi dəyəri 2,1 milyon ABŞ dolları təşkil edib. Ötən ilin eyn

12.07.2026 257
.

Kanadada festivalda baş verən atışma zamanı iki nəfər ölüb, xəsarət alanlar var

Kanadanın Toronto şəhərində naməlum silahlı şəxs atəş açaraq iki nəfəri öldürüb, daha beş nəfəri yaralayıb. "Report"un məlumatına görə, bu barədə Toronto polisi "X" sosial şəbəkəsində bildirib. "Beş nəfər güllə yarası ilə aşkarlanıb, iki nəfər hadisə yerində ölüb", - paylaşımd

12.07.2026 289
.

Safurənin dördüncü övladı olacaq

"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyevanın yeni paylaşımı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Axşam.az xəbər verir ki, dünya ulduzu Riki Martinin konsertinə qatılan müğənni tədbirdən yeni görüntülərini izləyiciləri ilə bölüşüb. Paylaşımda Safurənin hamilə olduğu iddialar

10:17 282
.

Bakıda internetə görə qonşular arasında dava - Ölən var

Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib. BİG.AZ APA-ya istinadən bildirir ki, hadisə Binə qəsəbəsinin "Sovxoz" ərazisində qeydə alınıb. Məlumata görə, qonşusunun xahişi ilə internet kabeli çəkən şəxs kabeli digər qonşunun həyətindən keçirmək istəyib. Bu zaman tərəflər arasında mübahis

12.07.2026 369
.

ABŞ-ın İrana ikinci gecə hücumlarından sonra Körfəz ölkələri yeni hücumlara oyandı

ABŞ bazar günü gecəsi İrana qarşı bir neçə saatlıq hücum dalğasına başlayıb. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) son hücumlarında onlarla İran hərbi hədəfinə zərbə endirdiyini bildirib. İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) məlumatına görə, Körfəz üzərind

10:20 161
.

İsrailin qərarı niyə dəyişdi? Azərbaycanın rolu diqqət mərkəzində

İsrail hökuməti qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı rəsmi prosedurları dondurub. Məlum olduğu kimi, iyunun 28-də İsrail hökuməti xarici işlər naziri Gideon Saarın təşəbbüsünü dəstəkləyərək Birinci Dünya müharibəsi dövründə Osmanlı imperiyasında baş vermiş hadisələrin "ermən

12:29 150
.

TOP MP3