"JOY TOUR" və "JOY TRAVEL" vətəndaşları aldatdı - Təsisçi həbs edildi
Özəl turizm agentliyi qismində fəaliyyət göstərən "JOY TOUR" və "JOY TRAVEL" məhdud məsuliyyətli cəmiyyətlərinin vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Bakı şəhəri Xətai Rayon Prokurorluğuna çoxsaylı müraciətlər daxil olub.
BiG.AZ xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, həmin müraciətlər əsasında aparılmış araşdırmalarla müəssisənin təsisçisi İlyasov Rəşad İsgəndər oğlunun öz qulluq mövqeyindən qulluq mənafeyinin ziddinə istifadə edərək müxtəlif xarici ölkələrə səyahət etmək üçün tur paketlərinin və aviabiletlərin alınması məqsədilə müəssisəyə müraciət edən 20-dən artıq şəxsdən aldatmaqla və etibardan sui-istifadə etməklə pul vəsaitlərini alaraq şəxsi ehtiyaclarına sərf edib dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.
"Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə), 178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb, Rəşad İlyasov həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda ibtida istintaq çərçivəsində "JOY TOUR" və "JOY TRAVEL" məhdud məsuliyyətli cəmiyyətlərində baş vermiş hüquqpozmalar nəticəsində vurulmuş maddi ziyanın və həmin hüquqpozmalara məsul şəxslərin müəyyən edilməsi məqsədi ilə müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətinin kompleks yoxlanılması üçün auditor yoxlaması təyin edilməklə icrası Auditorlar Palatasına tapşırılıb və müvafiq yoxlamaların nəticəsindən asılı olaraq baş vermiş cinayətin bütün iştirakçılarının ifşa və məsuliyyətə cəlb olunması təmin olunacaq.
Bununla əlaqədar, təqsirləndirilən şəxsin qanunsuz əməllərinə məruz qalmış vətəndaşlardan Bakı şəhəri Xətai rayon prokurorluğuna müraciət etmələri xahiş olunur", - məlumatda bildirilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 892 Tarix: 08 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTürkiyəyə dostluq, Azərbaycana təzyiq: bu aksiyaların əsl hədəfi nədir?
Türkiyədə Azərbaycanın diplomatik nümayəndəlikləri qarşısında keçirilən aksiyalar iki qardaş ölkənin münasibətləri ətrafında müzakirələrə səbəb olub. Oktyabrın 13-də Ankarada Azərbaycan səfirliyi qarşısında keçirilən aksiyada məktəblərdə geyim qaydaları və hicabla bağlı məsələlər gündəmə gətirilib. Oktyabrı
10:51 155 Tikililərin taleyi müəyyənləşdirilərkən vətəndaş hüquqları nəzərə alınmalıdır
"Hər hansı tikilinin sənədsiz olması onun avtomatik olaraq qanunsuz tikili hesab edilməsi demək deyil. Belə hallarda torpaq sahəsinin hüquqi statusu, tikilinin hansı tarixdə və hansı şəraitdə inşa edilməsi, ərazi üzrə qüvvədə olan şəhərsalma və tikinti tələbləri, eləcə də mövcud sənədlər komplek
13:42 116 Folqa Wi-Fi sürətini artırır - Maraqlı təcrübə
Mətbəxdə istifadə olunan alüminium folqanın zəif Wi-Fi bağlantısını yaxşılaşdıra biləcəyi barədə məsləhətlər internetdə çoxdan yayılır. Bu üsulu sınaqdan keçirənlər evin bir hissəsində məlumat ötürmə sürətinin təxminən beş dəfə artdığını müşahidə ediblər. xarici mediaya istinadla xəbər verir ki, müəlli
15.10.2026 407 Uşaqlar siyasi oyunların aləti deyil - Azərbaycan öz gələcəyini qoruyur!
Bir ölkənin gələcəyini müəyyən edən ən böyük sərvət onun uşaqlarıdır. Onların aldığı təhsil, qazandığı biliklər və formalaşan dünyagörüşü sabahın cəmiyyətini yaradır. Buna görə də uşaqların təhsil mühitinə müdaxilə etmək, onların inamından və həssaslığından sui-istifadə etmək təkcə ailəyə deyil, bütövlükd
11:24 160 Türkiyədə Azərbaycana qarşı çıxanlar kimlərdir? - AÇIQLAMA
Azərbaycanla Türkiyə arasındakı münasibətlər ortaq tarixə, milli-mənəvi dəyərlərə və strateji müttəfiqliyə əsaslansa da, son günlər Türkiyənin sosial media məkanında Azərbaycana qarşı səsləndirilən fikirlər və diplomatik nümayəndəliklərimiz qarşısında keçirilən aksiyalar iki ölkə arasındakı münasibətləri
11:00 191 Süni intellekt insanın nə vaxt xəstələnəcəyini əvvəlcədən müəyyən edəcək
İnsan xəstəliklərinin əlamətləri ortaya çıxmazdan əvvəl müəyyən edilməsi tibb elminin əsas məqsədlərindən biridir. İndi isə alimlər bu istiqamətdə süni intellektin imkanlarını araşdırırlar. Yeni texnologiya insanın yuxusu zamanı qeydə alınan məlumatlardan istifadə edərək gələcəkdə yarana biləcək xəstəlikləri
11:45 155 Süni intellekt işimizi əlimizdən alacaq, yoxsa işimizi dəyişəcək?
Bir vaxtlar kompüterlərin ofislərə daxil olması da narahatlıq doğururdu. İnsanlar düşünürdülər ki, görəsən, bu texnologiya onların işini əllərindən alacaqmı? Ardınca internet, elektron hökumət, onlayn bankçılıq və müxtəlif avtomatlaşdırılmış sistemlər həyatımıza daxil oldu. İndi isə gündəmin əsas mövzularında
13:56 101 Yuxuda danışmaq hansı hallarda sağlamlıq probleminin əlaməti ola bilər?
Yuxuda danışmaq bir çox insanda müşahidə olunan və əksər hallarda təhlükəli sayılmayan haldır. İnsan yuxu zamanı pıçıldaya, anlaşılmaz sözlər deyə, hətta qarşısındakı şəxslə söhbət edirmiş kimi görünə bilər. Lakin bu vəziyyət tez-tez təkrarlanırsa və başqa əlamətlərlə müşayiət olunursa, sağlamlıqla bağl
13:51 110 Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi - Yenilənib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının yeni sədri seçilib. Axşam.az xəbər verir ki, qurultay çərçivəsində baş tutan səsvermənin nəticələrinə əsasən, Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçilib. Bundan başqa, səsvermənin nəticələrinə əsasən, Mətbuat Şurasının 14 jurnalistdə
12:26 151