Polisi güllələyən yeniyetmə ilə bağlı YENİ DETALLAR – Atası şokda
Türkiyədə polisləri güllələyən yeniyetmə E.B.-nin barəsində yeni məlumatlar ortaya çıxıb.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, yeniyetmə Balçova Nevvar Salih İşgören Liseyində oxuyurmuş.
Məlumata görə, o ailənin yeganə övladıdır. Ailə isə uzun illərdir eyni yerdə yaşayır atası da bir xəstəxanada tibb işçisi olaraq çalışırmış.
Hadisə baş verən məhəllədə yaşayan Ahmet Babacan baş verənlər barədə bunları danışıb: "Səhər silah səslərini eşitdim. Sonra bir qonşumun polis idarəsinə hücum var deyə qışqırdığını eşitdim. Eyvana çıxanda qarşı qonşum dedi ki, hücum edən sizin balkonun altındadır. Onu göstərən qonşuma da atəş açdı. Gənc yaralı idi. Küçənin sonuna doğru qaçmağa başladı. Biz də silahı görüb aşağıya endik. Ardınca gələn bir polis vardı. Polisimiz də vuruldu. Bir mülki polis daha gəldi. Gələn polisimiz də atəş açmağa başladı. Qarşılıqlı atışma baş verdi. Biz arxa tərəfdən gəncin yerini polisə göstərdik. Bu zaman oğlan bizə tərəf səs bombası atdı. Əlində tüfəng vardı. Tüfəngin ya gülləsi qurtardığı, ya da vurulduğu üçün yerdə hərəkətsiz qaldı və çantasından bir şeylər çıxarmağa çalışırdı. O anda da üstünə düşdük, yaxaladıq. Polislərə təhvil verdik. Hücumçunun atasını tanıyırıq, 15 ildir burada yaşayan təmiz bir insandır. Hətta atasının xəbəri yox idi. Atasını oyatdıq. Onun xəbəri belə yox idi. Maşına gətirib görəndə atası çaşdı, donub qaldı. Pompalı tüfəng atasının qeydiyyatlı silahıymış. Təxminən 40-50 güllə vardı. Bıçağı da vardı. Maska taxmışdı."
Yeniyetmənin ailəsi
Hadisə ilə bağlı jurnalistlərə açıqlama verən İzmir valisi Süleyman Elban, Balçova Salih İşgören Balçova Polis Mərkəzinə 16 yaşlı, liseyin 3-cü sinif şagirdinin pompalı tüfənglə hücum etdiyini, növbətçi polis əməkdaşının ilk atəş zamanı şəhid olduğunu bildirdi. Polis mərkəzinin yerləşdiyi binada yaşayan bir polis başmüfəttişinin də atışma zamanı şəhid olduğunu ifadə edən Elban deyib:
"Bir polis əməkdaşımız, bir polis başmüfəttişimiz atışma zamanı şəhid oldu. 2 polis əməkdaşımız xəstəxanada müalicə altındadır. Bura sıxlıq olan küçədir. Bu atışmada bir vətəndaşımız da əlindən yüngül yaralanıb. Hücumçu yaralı vəziyyətdə ələ keçirildi. Alsancak Dövlət Xəstəxanasında müalicəsi davam edir. Hadisəni hərtərəfli araşdırırıq. Hadisəni törədən şübhəli 16 yaşındadır. Bu küçədə yaşayan biridir və indiyədək heç bir cinayət qeydi və ya hər hansı səbəbdən saxlanılma, ifadəvermə halı olmayıb."
Jurnalistlərin "Hücumçu polisə gəlib şikayətçi olub, ailədaxili zorakılıq məsələsi ilə bağlı, belə bir məlumat varmı?" sualına Elban belə cavab verdi:
"Xeyr. Hər hansı bir şikayət, hər hansı cinayət qeydi, əvvəllər bir saxlanılma və ya ifadəvermə halı yoxdur."
Elban, hücumçunun hadisə zamanı atasının 10 il əvvəl aldığı tüfəngdən istifadə etdiyini bildirdi.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1122 Tarix: 08 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan və Mərkəzi Asiya: Strateji tərəfdaşlığın yeni perspektivləri
"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri yüksək səviyyədə inkişaf edir. Türkmənlər Azərbaycanın dil və soy baxımından yaxın xalqlarındandır. Tarixi və siyasi əlaqələrimizin kökləri olduqca möhkəmdir. Türkmənistan ortaq layihələrin həyata keçirilməsində hər zaman maraqlı olub və b
12:18 150 Bu şəhərdə 4 ilə su tükənəcək - Dünyada ilk
Əfqanıstanın paytaxtı Kabil 2030-cu ilə qədər yeraltı su ehtiyatlarını tamamilə tükəndirən ilk müasir şəhər olmaq riski ilə üzləşib. "Qafqazinfo" xəbər verir ki, CNN-in "Prosper Global" təşkilatının hesabatına istinadən yaydığı məlumata görə, şəhərdə artıq bəzi ərazilərdə su çatışmazlığ
08.10.2026 275 Papuaşvili: "Brüsselə qulaq assaydıq, Gürcüstan yalnız kağız üzərində dövlət olardı"
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, yalnız kağız üzərində dövlət olmaqdan daha yaxşısı yalnız kağız üzərində Avropa İttifaqına (Aİ) namizəd ölkə olmaqdır. xəbər verir ki, bu barədə Sputnik Georgia məlumat yayıb. "Düşünürəm ki, yalnız kağız üzərində dövlət olmaqdansa, yalnı
11:03 157 Azərbaycan-Türkmənistan birliyi Orta Dəhlizin imkanlarını genişləndirir
"Azərbaycan-Türkmənistan münasibətləri son dövrdə yüksələn xətlə inkişaf edir. İki ölkə arasında əlaqələr mehriban qonşuluq, dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Türkmənistan Xəzər dənizinin şərqində, Azərbaycan isə qərbində yerləşməklə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında mühüm stratej
14:00 127 Süni intellekt xəstələrə dərman təyin etməyə başladı
ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər
08.10.2026 263 ABŞ-dən Türkiyə xəbərdarlığı: Ağlasığmazdır, heç vaxt imkan verməyəcəyik
ABŞ dövlət katibi Marko Rubio Türkiyə ilə Yunanıstan arasında Egey dənizi ilə bağlı fikir ayrılıqları səbəbindən müharibənin baş verməsini ağlasığmaz hesab edir və Vaşinqtonun heç vaxt buna yol verməyəcəyini bildirib. Teleqraf xəbər verir ki, bu barədə o, Yunanıstanın "Kathimerini" qəzetin
08.10.2026 284 "Laçınla bağlı qərarı dəstəklədiklərinə görə minnətdarlığımı bildirirəm" - Yenilənib
"Bu il Müstəqil Dövlətlər Birliyi 35 illiyini qeyd edir". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib. "Son illər ərzində MDB siyasi dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlığı
11:00 145 Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında - Fotolar
Türkmənistanın Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edib
10:10 133 Türkmənbaşı görüşü ölkəmizin növbəti diplomatik uğurudur
Azərbaycanın regional və beynəlxalq siyasətdə mövqeyi daha da möhkəmlənir. Bunu Türkmənistanın Türkmənbaşı şəhərinin "Avaza" milli turizm zonasında keçirilən Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında görmək oldu. Qeyd edək ki, Müstəqil Dövlətlər Birliy
12:16 142