20 uşaq öskürək dərmanından öldü
Hindistanda Coldrif adlı öskürək siropu 20 uşağın ölümünə, daha 5 uşağın isə kritik vəziyyətə düşməsinə səbəb olub.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, ilk ölüm hadisəsi sentyabrın əvvəlində qeydə alınıb. Ən çox itki Madhya-Pradeş ştatında baş verib. Orada 14 uşaq həyatını itirib. Yerli Səhiyyə Nazirliyinin məlumatına görə, siropun qəbulu uşaqlarda kəskin böyrək çatışmazlığına səbəb olub və bu da onların ölümünə gətirib çıxarıb.
İstehsalçı bilərəkdən toksik maddədən istifadə edib
İstintaq nəticəsində müəyyən edilib ki, şirkət istehsal xərclərini azaltmaq üçün təhlükəli dietilenqlikol maddəsindən istifadə edib. Bu maddənin miqdarı icazə verilən normadan 50 faiz çox olub. Bundan başqa, fabrikin özündə 300-dən çox ciddi istehsal qayda pozuntusu aşkarlanıb.
Zavod bağlanıb, rəhbərlik məsuliyyətə cəlb olunur
Şirkətin Tamilnad ştatında yerləşən zavodu artıq bağlanıb. Rəhbərlik ehtiyatsızlıqdan adamöldürmə, saxta dərman istehsalı və qanunsuz farmasevtik fəaliyyət maddələri ilə ittiham olunur.
Mərkəzi Dərman Standartlarına Nəzarət İdarəsi şirkətin istehsal lisenziyasının ləğvini tələb edib. Siropun satışı və istifadəsi artıq Maharashtra, Uttar-Pradeş, Racəsthan və Uttarakhand ştatlarında da qadağan olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 902 Tarix: 09 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAQEM-ə sədrliyin uzadılması Azərbaycana etimadın göstəricisidir
Oktyabr ayının 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsində (AQEM) ölkəmizin bu təşkilara sədrliyi daha iki il uzadılıb. Prezident İlham Əliyev Bakıda AQEM-in 7-ci Zirvə Toplantısında buna görə üzv dövlətlərə təşəkkür edib. "Azərbaycanın AQEM-ə sədrliyini
10:37 162 Sibirdə qar yağması qışın sərt keçəcəyini göstərmir - Səbəbi açıqlandı
Hər payız "Severe Weather Europe" şirkətinin mütəxəssisləri Sibirdə qar örtüyünün genişlənməsini izləyirlər. Bu proses Avropa, ABŞ və Kanadada soyuq qışın mümkün əlaməti hesab edilirdi. Lakin 1979-2025-ci illərin qışlarını əhatə edən təhlil göstərib ki, son illərdə bu əlaqə əvvəlki qədər aktua
15.10.2026 315 Mask Zelenskinin getməsini istəyir: "Ədalətli sülh belə olmalıdır"
"SpaceX" və "X" sosial şəbəkəsinin sahibi, amerikalı milyarder İlon Mask Ukrayna Prezidenti Volodimir Zelenskinin vəzifəsindən istefa verməli olduğunu bildirib.
. Milyarder "X" platformasında istifadəçilərdən birinin Zelenskinin britaniyalı jurnalist Pirs Morqana verdiy
11:25 167 Hərbçilərin maaşı ilə bağlı məsələ üçüncü oxunuşdan keçdi - 22,8% artım!
Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında"
11:54 196 Dünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar
Şotlandiyanın Orkney adalarında yerləşən Vestray və Papa Vestray adalarını birləşdirən hava marşrutu dünyanın ən qısa müntəzəm uçuşu hesab olunur. "Qafqazinfo" xəbər verir ki, cəmi 2,7 kilometr məsafəni qət edən təyyarənin uçuşu orta hesabla 53 saniyə çəkir, biletin qiyməti isə təxminən 1
15.10.2026 382 Çox ac olanda nə yeməli? Narahatlıq yaradan 7 qida
Güclü aclıq zamanı insan çox vaxt qarşısına çıxan ilk qidanı yeməyə üstünlük verir. Lakin bəzi məhsullar uzun müddət tox saxlamır, digərləri isə həssas mədəsi olanlarda köp, qıcqırma və narahatlıq yarada bilir. xarici mediaya istinadən acqarına qəbul edərkən diqqətli olmaq lazım gələn yeddi qida və içk
15.10.2026 408 Bakı Sammiti Azərbaycanın Asiya diplomatiyasının növbəti uğurudur
Oktyabr ayının 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü öz işinə başlayıb. Qurum qitə dövlətlərini ortaq maraqlar ətrafında birləşdirən, dialoq üçün imkanlar yaradan və qarşılıqlı anlaşmanın təşviqinə xidmət edən mühüm regional platform
10:29 209 Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist - Axtarışa verildi
Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi, dini nifrət və düşmənçiliyin salınması faktları üzrə cinayət işi başlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, sosial şəbəkələrdə müxtəli
15:08 44 Qoşqar Bəylərov: Məktəbdə vahid geyim qaydaları nizam-intizamı və bərabərliyi təmin edir
"Məktəblərdə vahid geyim formasının tətbiqi lazımdır və bunun müəyyən əsasları da var. Çünki məktəb, ilk növbədə, təhsil və tərbiyə müəssisəsidir. Xüsusilə azyaşlı şagirdlərin təhsil aldığı mühitdə vahid geyim standartlarının müəyyən edilməsi nizam-intizamın qorunması, şagirdlər arasında geyiml
14:15 117