Yaşı 5-dən az olan uşaqlara diqqət - Təhlükə var
Son illər dünyada uşaq ölümlərinin sayı artıb. Bu qorxunc tendensiya erkən doğum nəticəsində dünyaya gələn uşaqlar arasında özünü daha qabarıq şəkildə göstərir.
BiG.AZ xəbər verir ki, 37 həftədən tez baş tutan doğum erkən doğum sayılır. Həmin uşaqların ağciyəri və ürəyi tam formalaşsa da, bağırsaq sistemi öz funksiyasını ideal şəkildə yerinə yetirə bilmir. Buna görə də bu kateqoriyaya daxil olan uşaqlar 5 yaşıa kimi risk qrupuna aid edilirlər. Digər həmyaşıdları ilə müqayisədə onların xəstələnmək ehtimalı ikiqat yüksəkdir.
Uşaq xəstəlikləri üzrə uzman doktor Reyhan Tamer bildirib ki, erkən doğum nəticəsində dünyaya gələn uşaqların valideynləri xüsusilə diqqətli olmalıdırlar. Həkimin sözlərinə görə, belə uşaqların orqanizmi həssas olduğu üçün onlar həmyaşıdlarından daha tez virusa yoluxurlar. "Erkən doğulan uşaqların ən azı 5 yaşı tamam olana kimi qripə yoluxmuş şəxslərlə ünsiyyəti yolverilməzdir", - həkim deyib.
Mütəxəssis siqaret çəkən valideynlərin azyaşlı övladlarının səhhəti üçün ciddi təhlükə mənbəyi olduğunu vurğulayıb. Onun sözlərinə görə, valideynlərin balkonda siqaret çəkməsi təhlükəni tamamilə ortadan qaldırmır: "Siqaretin qoxusu paltara hopur və ünsiyyət zamanı uşaqlara ötürülür".
Reyhan Tamer təkcə həssas qrupa daxil olan uşaqların deyil, hətta sağlam uşaqların da qələbəlik olan məclislərdə iştirakını məqsədəuyğun saymır: "Qış aylarında xəstəliklər daha da artır. Məclislərdə yanaşı əyləşdiyimiz adamların hansı virusun daşıyıcısı olduğunu bilmirik. Uşaqların yad insanlarla təmasına məhdudiyyət qoyulmalıdır. Üç-yüz, bəzən beş yüz, yeddi yüz qonağın bir araya gəldiyi şadlıq evləri uşaqlar üçün təhlükəli məkan sayılır".
Mütəxəssis valideynlərə azyaşlı övladlarını 3, ən gec 6 aydan bir həkim müayinəsindən keçirməyi tövsiyə edib./Metbuat.az
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQocalmanın qarşısını ala bilsək, insan nə qədər yaşaya bilər? - Alimlər hesabladı
Yeni araşdırmaya görə, qocalmanın demək olar ki, bütün əsas səbəbləri aradan qaldırılsa belə, insan ömrünün nəzəri maksimum həddi təxminən 200 il ola bilər. Qaynarinfo xəbər verir ki, "The Independent" nəşrinin məlumatına görə, alimlər qocalmanın əsas mexanizmlərinin aradan qaldırıldığı hald
24.07.2026 363 Bakıda yayıldığı iddia olunan qulaqdibi xəstəliyi ilə bağlı rəsmi açıqlama
Son günlər sosial şəbəkələrdə Bakı şəhərində epidemik parotit (qulaqdibi) xəstəliyinin geniş yayıldığı ilə bağlı paylaşımlar yayılır. xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirlikdən bildirilib ki, həmin məlumatlar mövcud epidemioloji vəziyyəti əks etdirmir. Bildirilib ki, hazırd
11.07.2026 393 Su qəbulunu necə artırmaq olar? - 5 faydalı məsləhət
İnsan orqanizminin böyük hissəsi sudan ibarətdir. Su hüceyrələrə qida maddələri və oksigenin daşınmasında, bədən temperaturunun tənzimlənməsində, həmçinin beynin normal fəaliyyətinin qorunmasında mühüm rol oynayır. Qaynarinfo xəbər verir ki, "Better Homes & Gardens" nəşri diyetoloqları
27.07.2026 358 Hicama haqqında nələri bilirik?
Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. Apimed təbii üsullar mərkəzində yüksək ixtisaslı (Türkiyədə kurs keçmiş) xanım personal tərəfindən xanımlara və bəylərə Hicama (hacamat) proseduru tətbiq edilir. Prosedu
25.07.2026 2008 Gündüz yatmaq üçün ən yaxşı vaxt açıqlanıb
"Günorta yeməyindən sonra yatmaq üçün ən uyğun vaxt saat 13:00-15:00 aralığıdır". Ölkə.az "EatingWell" nəşrinə istinadla xəbər verir ki, bu barədə dietoloq və nutrisioloq Daniyel Smayli danışıb. Onun sözlərinə görə, bu saatlarda orqanizmdə təbii enerji azalması baş verir. Buna gör
15.07.2026 545 Dünyada xərçəng xəstələrinin sayı ikiqat arta bilər - HESABAT
Ümumdünya Səhiyyə Təşkilatı xərçəng hallarının sürətlə artdığını açıqlayıb. xarici mediaya istinadən bildirir ki, yeni qlobal hesabata görə, profilaktika, erkən aşkarlama və müalicə yaxşılaşdırılmadıqda, 2050-ci ilə qədər yeni xərçəng hallarının illik sayı təxminən 35 milyona çata bilər. Hesabatda qey
12.07.2026 589 Hovuzdan istifadə zamanı ən çox edilən səhvlər
Yay aylarında hovuzlardan istifadə geniş yayılsa da, gigiyena qaydalarına əməl olunmadıqda müxtəlif infeksiyalara yoluxma riski artır. xəbər verir ki, hovuza girməzdən əvvəl və çıxdıqdan sonra duş qəbul etmək, hovuz kənarında ayaqyalın gəzməmək və şəxsi dəsmal, başmaqdan istifadə etmək vacibdir. Bu
01.08.2026 249 Hər gün xiyar yeməyin faydası
Yay aylarının ən çox sevilən tərəvəzlərindən biri olan xiyar həm dadı, həm də orqanizm üçün faydalı xüsusiyyətləri ilə seçilir. Axşam.az xəbər verir ki, tərkibinin böyük hissəsi sudan ibarət olan xiyar bədənin su balansını qorumağa kömək edir. Xüsusilə isti havalarda susuzluğun qarşısını almaq üçün idea
25.07.2026 292 Sağlam olmayan münasibətlərin 7 gizli əlaməti - Psixoloq açıqladı
Amerikalı psixoloq Mark Trevers (Mark Travers) diqqətdən yayınan, lakin münasibətin sağlam olmadığını göstərən yeddi əsas əlaməti sadalayıb. Qaynarinfo-nun məlumatına görə, CNBC-də dərc olunan məqaləsində Trevers bildirib ki, bir çox insan aylarla, hətta illərlə sağlam olmayan münasibətlərdə qalır. Onla
13.07.2026 553