Niyə bayram günlərində insanlar ürəklə bağlı daha çox şikayət edir? - Kardioloqdan xəbərdarlıq

Niyə bayram günlərində insanlar ürəklə bağlı daha çox şikayət edir? - Kardioloqdan xəbərdarlıqBayram günlərində insanlar daha çox yemək hazırlığına, hədiyyə alışına, ailə üzvləri və dostlarla vaxt keçirməyə üstünlük verirlər. Belə şəraitdə sağlamlıq çox vaxt arxa plana keçir. Halbuki tibb elmləri doktoru, kardioloq Devid Sabgir bu dövrdə də ürək sağlamlığını unutmamağın vacib olduğunu vurğulayır.

Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" nəşri yazır.

"Bayramlar sevinc vaxtıdır, amma eyni zamanda ürəyimiz üçün əlavə yük yarada bilər", deyə o bildirib və əlavə edib ki, ABŞ Milli Tibb Kitabxanasının saytında dərc olunan tibbi araşdırmalara görə, hətta xüsusi bir anlayış da mövcuddur - "bayram ürəyi sindromu".

Bayram ürəyi sindromu nədir?

Sabgirin sözlərinə görə, bayram ürəyi sindromu bayram mövsümündə yol verdiyimiz qeyri-adi və bəzən sağlam olmayan davranışlar nəticəsində yaranan ürək problemlərini ifadə edən bir vəziyyətdir.

"Bayram ürəyi sindromu həkimlərin ürək ritminin pozulmalarını, məsələn, çox vaxt güclü alkoqol qəbulu dövrlərindən sonra ortaya çıxan qulaqcıq fibrillasiyasını təsvir etmək üçün istifadə etdikləri termindir. Bu hallar adətən istirahət günlərində və ya bayramlarda müşahidə olunur. Hətta nadir hallarda alkoqol qəbul edən insanlar belə, həddindən artıq içki içdikdə risk altına düşə bilərlər", deyə kardioloq izah edib.

Bayram ürəyi sindromunun geniş yayılmış əlamətləri arasında ürəkdöyünmə, döş qəfəsində narahatlıq hissi və nəfəs darlığı göstərilir. Məqalədə qeyd olunur ki, bu simptomlar çoxlu alkoqol qəbulu, qida dəyəri aşağı olan yeməklərin istehlakı və havaların soyuması ilə əlaqədar fiziki aktivliyin azalması kimi amillərin birləşməsi nəticəsində yarana bilər.

"Ürək bir əzələdir və alkoqol onun fəaliyyətinə təsir göstərə bilər. Bu sindromun digər səbəbləri arasında susuzlaşma nəticəsində yaranan elektrolit disbalansı da var - alkoqol sidikqovucu təsirə malikdir, yəni sizi daha tez-tez tualetə getməyə məcbur edir və bu zaman elektrolitlər itirilir. Həddindən artıq yemək, xüsusən də duzlu və ya natrium tərkibi yüksək olan qidalar ürəyə əlavə yük yarada və qan təzyiqini artıra bilər. Bayram tədbirləri ilə müşayiət olunan stress də bu siyahıya daxildir", deyə Sabgir bildirib.

Bayram ürəyi sindromunun qarşısını necə almaq olar?

"Kifayət qədər sadə addımlar var ki, bayram mövsümündə və ondan sonra ürəyimizi qoruya bilək. Ən vacibi alkoqol qəbulunda ölçülü olmaqdır və bu, riskin qarşısını almaq üçün edə biləcəyiniz əsas addımdır. Digər mühüm məqam isə orqanizmin su balansını qorumaq və kifayət qədər istirahət etməkdir", deyə kardioloq vurğulayıb.

Bayram məclislərində olmadığınız vaxtlarda isə qidalanmada faydalı məhsulların yer almasına diqqət yetirmək tövsiyə olunur.

"Ürək üçün faydalı qidaların seçilməsi qəbul etdiyiniz natriumun miqdarını azaltmağa kömək edə bilər. Məsələn, avokado, armud, sitrus meyvələri kimi bütün təzə meyvə və tərəvəzlər ürək üçün xeyirlidir, çünki onların natrium tərkibi azdır və liflə yanaşı, qan təzyiqinin sağlam səviyyədə qalmasını dəstəkləyən digər faydalı maddələr ehtiva edir. Mənim məsləhətim - hətta bayram günlərində belə hər yeməyə bir təzə meyvə və ya tərəvəz əlavə etməkdir", deyə həkim qeyd edib.

O, həmçinin bəzi spirtli içkilərin alkoqolsuz kokteyllərlə əvəz olunmasını tövsiyə edir.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 961   Tarix: 23 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Saç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI!!!

Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilə

17.09.2021 1439
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367
.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318
.

Möcüzəvi meyvə: Xərçəng riskini azaldır, şəkəri salır

Çində həyat dərmanı olaraq tanınan innab saysız faydası ilə məşhurdur. Uzun illərdir şəfa qaynağı olaraq tanınan bu meyvənin yeni faydası öyrənilib. -a istinadən xəbər verir ki, innab yemək sizi bir çox xəstəliklərdən qoruyacaq. Tərkibi A və C vitamini boldur. Ürək sağlamlığı üçün xeyirlidir. Bağırsa

23.08.2021 1865
.

Həkim üzün vəziyyətinə görə diaqnoz edilən təhlükəli xəstəlikləri açıqladı

Asimmetrik üz insultun ilk əlamətlərindən biri ola bilər. Bu barədə rusiyalı onkoloq İvan Karasev danışıb. Onun sözlərinə görə, əksər xəstəliklər insanın üzündə müəyyən izlər buraxır. "Üzdəki quru və çatlamış dəri bədənin susuz qalmasının bir əlamətidir. Bu simptom həm də tər vəzilərinin işi il

28.08.2021 914
.

"Qarpızın yağlı yeməkdən sonra yeyilməsi düzgün deyil" - HƏKİM

Adətən hər yayda bu mövsüm üçün xarakterik olan hadisələr müşahidə edilir. Qarpızdan zəhərlənmələr, ilan, həşərat sancmaları və sair. Bu il də bədbəxt hadisələrsiz ötüşmədi. Öncə qeyd edək ki, rəsmi məlumatlarda bu vaxta kimi qarpızla bağlı zəhərlənmə hallarının olmadığı iddia edilir. Yayın ən çox sərinləşdiric

22.08.2021 1038
.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. B

12.09.2021 1388
.

Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM

İlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın. BİG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür. Elementar görsənsələr də, bu qaydalar

24.08.2021 957
.

Yuxusuzluğu aradan qaldıran məlhəm

Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm

22.08.2021 2428
.