Daim yorğunluq və nəfəs darlığının səbəbi bu maddənin çatışmazlığı ola bilər

Daim yorğunluq və nəfəs darlığının səbəbi bu maddənin çatışmazlığı ola bilərƏgər qeyri-adi dərəcədə yorğunluq hiss edirsinizsə, aydın düşünməkdə çətinlik çəkirsinizsə və tez-tez nəfəsiniz kəsilirsə, bunun səbəbi müəyyən bir vitaminin çatışmazlığı ola bilər. Bir çox insan bu əlamətləri yaşlanma və ya stresslə əlaqələndirir. Mütəxəssislərin fikrincə isə bunlar orqanizmin mühüm vitamin və minerallardan məhrum qalmasının göstəricisi ola bilər.

Qaynarinfo xəbər verir ki, qeyri-adi yorğunluq, diqqətin dağılması və tez-tez nəfəs darlığı yaşayırsınızsa, bunun səbəbi B12 vitamini çatışmazlığı ola bilər. Araşdırmalara görə, 15-29 yaş qrupundakı insanların təxminən 15 faizində, 60 yaşdan yuxarı şəxslərin isə 20 faizində vitamin səviyyələri rəsmi olaraq "çatışmazlıq" sayılmasa da, simptomlara səbəb olacaq qədər aşağıdır.

Bu mühüm vitamin beynin məlumat ötürən kimyəvi maddələri istehsal etməsinə kömək edir. B12 çatışmazlığı yaddaş problemlərinə yol aça və demansın erkən mərhələləri ilə qarışdırıla bilər. Eyni zamanda B12 sinirlərin qoruyucu qişasının saxlanılması üçün də vacibdir. Uzunmüddətli çatışmazlıq bu qişanın zəifləməsinə, nəticədə sinir zədələnməsinə və əl-ayaqlarda iynələnmə hissinə səbəb ola bilər.

Yaşlı insanlarda bu vəziyyət tarazlığı poza, yıxılma riskini artıra bilər. Uzun müddət müalicə olunmadıqda isə sinirlər tam bərpa olunmur və zədələr qalıcı ola bilir. Buna görə B12 vitamini çatışmazlığının vaxtında aşkar edilməsi böyük əhəmiyyət daşıyır.

B12 vitamininin əsas mənbələrindən biri süddür. Lakin Norviç şəhərində yerləşən Quadram Tədqiqat İnstitutunun 2023-cü ildə apardığı araşdırmaya görə, bu gün satılan süd məhsullarında 1996-cı illə müqayisədə təxminən 50 faiz daha az B12 vitamini var. Bunun səbəbi kimi mal-qaranın yem tərkibindəki dəyişikliklər göstərilir.

Dana əti, qızılbalıq və yumurta da B12 vitamininin digər mənbələridir. Bundan əlavə, bəzi bitki əsaslı südlər B12 ilə zənginləşdirilir. Bu vitamin əsasən heyvan mənşəli qidalarda olduğundan veganlar xüsusi risk qrupuna daxildir. Bununla yanaşı, yaşlı insanlar da bu qidaları qəbul etsələr belə B12 çatışmazlığı ilə üzləşə bilirlər.

İngiltərənin Milli Səhiyyə və Qulluq Mükəmməlliyi İnstitutunun məlumatına görə, 85 yaşdan yuxarı şəxslərin 20 faizindən çoxunda B12 vitamini çatışmazlığı müşahidə olunur. Səbəblərdən biri yaş artdıqca mədənin daha az turşu ifraz etməsidir. Qidalardakı B12-nin mənimsənilməsi üçün mədə turşusu vacibdir. Reflüks müalicəsində istifadə olunan və mədə turşusunu azaldan proton nasos inhibitorlarını qəbul edən şəxslər də risk altındadır.

Lakin nəzərə alınmalı olan digər çatışmazlıqlar da var. Məsələn, yorğunluq, diqqət pozğunluğu və nəfəs darlığı dəmir çatışmazlığının əlamətləri ola bilər. Dəmir qanda oksigen daşıyan hemoglobinin istehsalında mühüm rol oynayır. Oksigen daşınması azaldıqda ilk növbədə beyin və sinir sistemi kimi yüksək enerji tələb edən toxumalar təsirlənir. Bu isə başgicəllənmə və əllərin-soyuqluq hissi kimi simptomlara yol açır.

Dəmir təkbaşına fəaliyyət göstərmir. Folat (B9 vitamini) və B12 vitamini də qırmızı qan hüceyrələrinin yaranmasında iştirak edir. Bu maddələrdən hər hansı biri kifayət qədər olmadıqda, orqanizm oksigeni effektiv daşıya bilən sağlam qan hüceyrələri istehsal edə bilmir. Nəticədə yorğunluq, başgicəllənmə, nəfəs darlığı yaranır, pilləkən qalxmaq, diqqəti toplamaq və hətta bədən istiliyini qorumaq çətinləşir.

Dəmir çatışmazlığının əsas səbəblərindən biri qırmızı ət istehlakının azalmasıdır. Çünki qırmızı ətdəki dəmir bitkilərdə olan dəmirlə müqayisədə orqanizm tərəfindən daha asan sorulur. Kişilərdə və menopozdan sonrakı qadınlarda isə dəmir çatışmazlığı mədə xorası kimi problemlər səbəbindən bağırsaqlardan qan itkisi ilə bağlı ola bilər. Buna görə mütəxəssislər dəmir çatışmazlığı anemiyasının səbəbinin mütləq araşdırılmasını tövsiyə edirlər.

Folat çatışmazlığı da düşünüldüyündən daha geniş yayılıb. Folat əsasən yaşıl yarpaqlı tərəvəzlərdə və paxlalılarda olur. Bu qidaların az istehlakı səviyyənin aşağı düşməsinin başlıca səbəbidir. Folat hamiləliyin erkən dövrlərində sinir borusu qüsurlarının qarşısının alınmasında mühüm rol oynadığından, doğum yaşında olan qadınlar üçün xüsusilə vacibdir.

"American Journal of Clinical Nutrition" jurnalında 2023-cü ildə dərc olunan araşdırmaya görə, bu qadınların 83 faizində folat səviyyəsi doğuş qüsurları riskinin artması ilə əlaqələndirilən həddən aşağıdır. Bu səbəbdən İngiltərədə 2026-cı ilin sonuna qədər ağ una folatın bir forması olan fol turşusunun əlavə edilməsi planlaşdırılır.

Əgər bu əlamətlər sizə tanışdırsa, ilk addım olaraq qan analizləri üçün ailə həkiminizə müraciət etmək tövsiyə olunur. Dəmir çatışmazlığı yalnız qidalanma ilə aradan qaldırılması ən çətin problemlərdən biridir, çünki orqanizm dəmirin sorulmasını ciddi şəkildə tənzimləyir. Depolar azaldıqda sorulma artsa da, təkcə qidalanma çox vaxt kifayət etmir.

Qırmızı ət, paxlalılar, tofu və tam taxıllar kimi dəmir zəngini qidaların artırılmasına baxmayaraq, əksər hallarda əlavələrə ehtiyac yaranır. Bu xüsusilə güclü aybaşı qanamaları və ya bağırsaq problemləri səbəbindən dəmir itkisi yaşayan şəxslərə aiddir.

Folat çatışmazlığı isə yaşıl yarpaqlı tərəvəzlərin, paxlalıların, sitrus meyvələrinin və folatla zənginləşdirilmiş qidaların daha çox istehlakı ilə nisbətən asan aradan qaldırıla bilər. Hamilə qalmağı planlaşdıran qadınlara gündəlik 400 mikroqram fol turşusu qəbul etmək tövsiyə olunur.

B12 vitamini səviyyəsinin artırılması isə problemin səbəbindən asılıdır. Vegan və vegeterianlara adətən əlavə qəbul etmək məsləhət görülür. Yaşla bağlı problemlərdə və ya uzun müddət mədə turşusunu azaldan dərmanlar qəbul edən şəxslərdə isə orqanizm qidalardan kifayət qədər B12 ala bilmədiyindən əlavə və hətta inyeksiya lazım ola bilər.

Bu məqam vacibdir, çünki orqanizm qidaları düzgün mənimsəmədikdə yalnız qidalanmaya güvənmək səviyyələrin aşağı qalmasına, simptomların davam etməsinə və sinir zədələrinin səssizcə irəliləməsinə səbəb ola bilər.

Yaxşı xəbər isə budur ki, qan analizlərində çatışmazlıq aşkar edilməsi sizi narahat etməsin. Bu vitamin və mineralların müalicəsi nisbətən sadədir və bir neçə həftə ərzində özünüzü daha yaxşı hiss etməyə başlaya bilərsiniz.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 983   Tarix: 29 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Saç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI!!!

Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilə

17.09.2021 1439
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367
.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318
.

Möcüzəvi meyvə: Xərçəng riskini azaldır, şəkəri salır

Çində həyat dərmanı olaraq tanınan innab saysız faydası ilə məşhurdur. Uzun illərdir şəfa qaynağı olaraq tanınan bu meyvənin yeni faydası öyrənilib. -a istinadən xəbər verir ki, innab yemək sizi bir çox xəstəliklərdən qoruyacaq. Tərkibi A və C vitamini boldur. Ürək sağlamlığı üçün xeyirlidir. Bağırsa

23.08.2021 1865
.

Həkim üzün vəziyyətinə görə diaqnoz edilən təhlükəli xəstəlikləri açıqladı

Asimmetrik üz insultun ilk əlamətlərindən biri ola bilər. Bu barədə rusiyalı onkoloq İvan Karasev danışıb. Onun sözlərinə görə, əksər xəstəliklər insanın üzündə müəyyən izlər buraxır. "Üzdəki quru və çatlamış dəri bədənin susuz qalmasının bir əlamətidir. Bu simptom həm də tər vəzilərinin işi il

28.08.2021 914
.

"Qarpızın yağlı yeməkdən sonra yeyilməsi düzgün deyil" - HƏKİM

Adətən hər yayda bu mövsüm üçün xarakterik olan hadisələr müşahidə edilir. Qarpızdan zəhərlənmələr, ilan, həşərat sancmaları və sair. Bu il də bədbəxt hadisələrsiz ötüşmədi. Öncə qeyd edək ki, rəsmi məlumatlarda bu vaxta kimi qarpızla bağlı zəhərlənmə hallarının olmadığı iddia edilir. Yayın ən çox sərinləşdiric

22.08.2021 1038
.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. B

12.09.2021 1388
.

Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM

İlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın. BİG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür. Elementar görsənsələr də, bu qaydalar

24.08.2021 957
.

Yuxusuzluğu aradan qaldıran məlhəm

Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm

22.08.2021 2428
.