Psixologiyaya görə tək sual ilə dəyərinizi ölçməyin yolu
İnsanların sizə verdiyi dəyər, sizi öz həyatlarındakı "prioritetlər (üstünlüklər)" siyahısına hara qoymaları ilə birbaşa bağlıdır. Bu, sadəcə sözlərlə deyil, davranış və zaman ayırma forması ilə özünü büruzə verir.
BiG.AZ milli.az-a istinadən xəbər verir ki, mütəxəssislərin qeyd etdiyi sual olduqca sadədir:
"Bu aralar sənin üçün ən vacib olan şeylər nələrdir?"
Bu sual qarşı tərəfi müdafiə olunmağa sövq etmədən, onun daxili dünyasını açmağa məcbur edir. Psixoloji baxımdan əhəmiyyətli olan məqam, bu suala verilən cavabda sizin yerinizin olub-olmamasıdır.
Psixoloqlara görə, dəyər görülüb-görülmədiyinizi anlamaq üçün bu detallara diqqət yetirməlisiniz:
Sizi birbaşa qeyd edirmi: Sizinlə keçirdiyi vaxtı və ya sizi ən vacibləri arasında sayırmı?
Tərəddüd edirmi: Cavab verərkən duruxurmu, yoxsa təbii şəkildə sizi qeyd edir?
Ümumi ifadələr işlədirmi: Sizi "işlər", "ailə" və ya "dostlar" kimi ümumi anlayışların içində itirirmi?
Mövzunu tez dəyişirmi: Sualdan qaçmaq üçün başqa tərəfə yönəlirmi?
Mütəxəssislər bildirir ki, "çox işim var", "bu aralar başım qarışıqdır" kimi ifadələr hər zaman mənfi məna daşımır. Lakin bu ifadələr mütəmadi təkrarlanırsa və həmin məşğuliyyət içində sizin üçün heç vaxt konkret yer açılmırsa, bu, psixoloji məsafənin göstəricisidir. Dəyər verilən insanlar, ən gərgin vaxtda belə prioritet olaraq qalırlar.
İnsan beyni dərindən önəm verdiyi şeyləri düşünmədən, avtomatik olaraq ilk sıralarda sadalayır. Zehnin ön plana çıxardığı bu ünsürlər insanın duyğusal iyerarxiyasını (hisslərin dərəcəsini) ortaya qoyur.
Yadda saxlamalı olduğunuz 4 əsas məqam:
Dəyər verilən insan net şəkildə anılır.
Qeyri-müəyyən cavablar məsafəyə işarə edir.
Davranışlar hər zaman sözlərdən daha vacibdir.
Ardıcıllıq və tutarlılıq ən güclü sübutdur.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAlimlər orqanizmdə həll olan "yeməli batareya" hazırladı
ABŞ-da alimlər udula bilən tibbi cihazları enerji ilə təmin edə bilən, istifadə müddəti başa çatdıqdan sonra isə orqanizmdə parçalanan yeni tip batareya hazırlayıblar. Qaynarinfo xəbər verir ki, "Nature" jurnalının məlumatına görə, tədqiqatçılar düyü kağızını xatırladan materialla örtülmü
23.09.2026 215 Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. BİG.AZ -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionist Yelizaveta Polomoşnova -ya bu təhlükənin nə dərəcədə cidd
20.09.2026 305 Qadınlarda "supergörmə" geni ola bilər, amma adətən "yatmış vəziyyətdə" qalır
Qadınların 12 faizə qədəri potensial olaraq əlavə rəng reseptoru verən genlərin daşıyıcısı ola bilər. Bu isə onlara digər insanların görə bilmədiyi rəngləri ayırd etmək imkanı verə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Popular Mechanics" məlumat yayıb. İnsanların adi görmə qabiliyyət
22.09.2026 232 Təzyiqi aşağı salan 5 əsas qida - Açıqlandı
Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. "Qafqazinfo" xəbər verilir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağı salan 5 əsas qidanın adı açıqlanıb:. "Üzüm, qaragilə, qırmızı soğan, böyürtkə
15.09.2026 395 Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir
Dişlərin daha yaxşı təmizlənməsi üçün onları sərt şəkildə fırçalamağın düzgün olduğu düşünülür. Lakin həddindən artıq təzyiq diş və diş ətinə zərər verə bilər. xəbər verir ki, sərt fırçalama diş minasının aşınmasına, diş ətinin qıcıqlanmasına və zamanla diş köklərinin açılmasına səbəb ola bilər. Bu is
06.09.2026 308 Hansı bel ağrısı xərçəngə işarə edə bilər?
Bel ağrısı çox vaxt yaşla bağlı adi problem kimi qəbul edilir. Lakin 50 yaşdan sonra yaranan yeni, uzunmüddətli və qeyri-adi ağrılar daha diqqətli yanaşma tələb edir. xəbər verir ki, bel ağrısı insanların həyatları boyunca ən azı bir dəfə qarşılaşdığı ən geniş yayılmış problemlərdən biridir. Adətən bel
20.09.2026 241 D vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu
D vitamini orqanizmdə sümük sağlamlığından immun sisteminin fəaliyyətinə qədər bir sıra mühüm proseslərdə iştirak edir. Lakin bu maddənin qəbulu ilə bağlı cəmiyyətdə hələ də müxtəlif fikirlər mövcuddur. Qaynarinfo xəbər verir ki, endokrinoloq Karin Amrayn D vitamini çatışmazlığı baxımından daha yüksə
23.09.2026 272 Ürək üçün faydalı olan 6 dəniz məhsulu
Ürək sağlamlığından narahat olan şəxslər qida rasionuna bəzi dəniz məhsullarını əlavə edə bilərlər. Dəniz məhsulları omeqa-3 yağ turşuları ilə zəngindir. Lakin bəzi növlər ürək sağlamlığı baxımından digərlərindən daha faydalı hesab olunur. Qaynarinfo xəbər verir ki, "Verywell Health" kardioloql
14.09.2026 492 Yumşaq oyuncaqlar uşaqlar üçün gizli təhlükə yarada bilər - Həkimdən xəbərdarlıq
"Yumşaq oyuncaqlar uşaqların sağlamlığı üçün müəyyən təhlükələr yarada bilər". Ölkə.az xəbər verir ki, bu barədə rusiyalı immunoloq-həkim Vladimir Bolibok deyib. Onun sözlərinə görə, bu riskləri dörd əsas qrupa bölmək olar: kimyəvi, mikrobioloji, allergik və fiziki təhlükələr. Ekspert iza
03.09.2026 331