Sabit ödəniş" anlayışı: Qərbdə necədir, bizdə niyə mübahisə doğurur? - SOSİOLOQDAN AÇIQLAMA

Sabit ödəniş" anlayışı: Qərbdə necədir, bizdə niyə mübahisə doğurur? - SOSİOLOQDAN AÇIQLAMASon vaxtlar kommunal xidmətlərlə bağlı ən çox danışılan mövzulardan biri "sabit ödəniş" məsələsidir. Xüsusilə elektrik enerjisi üzrə aylıq sabit ödənişin tətbiqi bir çox abonenti narahat edib. Əsas narazılıq isə sadədir: elektrikdən az istifadə edən də, bəzən ümumiyyətlə istifadə etməyən də eyni məbləği ödəməli olur. Halbuki "sabit ödəniş" anlayışı özü yeni deyil. Avropa ölkələrində, ABŞ-da, Böyük Britaniyada bu sistem uzun illərdir mövcuddur. Orada sabit ödəniş adətən şəbəkənin saxlanılması, sayğacların texniki xidməti, oxunuş və inzibati xərclər üçün nəzərdə tutulur. Amma əsas fərq ondadır ki, həmin ölkələrdə bu ödəniş istehlakla balanslaşdırılır.

Yəni az istifadə edən abonentin yükü minimum səviyyədə saxlanılır, əsas ödəniş isə faktiki sərfiyyata görə hesablanır. Məsələn, Almaniya və Böyük Britaniyada sabit ödəniş olsa da, ümumi məbləğin böyük hissəsi istehlakdan formalaşır. ABŞ-da isə bəzi ştatlarda az istifadə edənlər üçün bu cür ödəniş ya çox aşağıdır, ya da ümumiyyətlə tətbiq edilmir. Bir sözlə, məqsəd insanları istifadə etmədiyi xidmətə görə cəzalandırmaq yox, sistemi texniki baxımdan ayaqda saxlamaqdır. Azərbaycanda tətbiq edilən model isə fərqli görünür. Elektrik enerjisi üzrə aylıq sabit 1 manat ödəniş istehlakdan asılı olmayaraq bütün abonentlər üçün eynidir və ayrıca tutulur.

Bu da o deməkdir ki, az elektrik işlədənlə çox işlədən arasında sabit ödəniş baxımından heç bir fərq yoxdur. Məhz bu məqam cəmiyyətdə suallar doğurur. Qərb ölkələrində sabit ödəniş əsas tariflə tarazlaşdırıldığı halda, bizdə bu mexanizm dəyişməz və ayrıca tətbiq olunur. Nəticədə sabit ödəniş texniki xidmət haqqı kimi deyil, əlavə ödəniş kimi qəbul edilir. Xüsusilə aztəminatlı ailələr və az istehlak edən abonentlər arasında narazılıq daha açıq hiss olunur. Sosial şəbəkələrdə tez-tez eyni sual səslənir: "İstifadə etmədiyimiz elektrik üçün niyə pul ödəməliyik?" "Sabit ödəniş" dünya praktikasında qəbul olunmuş mexanizmdir. Amma beynəlxalq təcrübə göstərir ki, bu sistem yalnız istehlak fərqi və sosial balans nəzərə alındıqda cəmiyyət tərəfindən normal qarşılanır. Azərbaycanda isə hazırkı tətbiq forması bu balansın qorunub-qorunmaması ilə bağlı müzakirələri daha da gücləndirib.
Sabit ödəniş" anlayışı: Qərbdə necədir, bizdə niyə mübahisə doğurur? - SOSİOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı sosioloq Naib Niftəliyev BiG.AZ-a açıqlamasında bildirdi ki, bu differensial yanaşmanın təzahürüdür. Onun sözlərinə görə, Azərbaycanda az çox belə bir differensiallıq var: "Burda sosial ədalət prinsipinin gözlənilib gözlənilməməsi və eyni zamanda məqbul orta tariflər daha məqsədə uyğundur. Yəni kommunal xidmətlərdə təbiiki ölçü vahidləri və müəyyən göstəricilər mütləq bir rol oynayır.

Aydın məsələdir ki, əgər biz standartlardan, ölçüdən danışırıqsa burda hər şey detallı bir şəkildə nəzərə alınmalıdır. Yəni az istifadə edən az ödəməlidir və daha çox istifadə edən isə çox ödəməlidir. Məsələn, Norveçdə əhali kommunal xidmətləri ödəyə bilmirsə dövlət bütün xərcləri ödəyir. Eyni zamanda işsiz vətəndaşın bütün sosial xərclərini dövlət ödəyir. Azərbaycanda kommunal xidmətlərdə güzəştlər edilməlidir. Çünki Azərbaycan əmək haqqına görə bir çox ölkələrdən geri qalır. Azərbaycanda sosial rifah göstəriciləri Avropa ölkələri ilə müqayisədə elədə yüksək deyil. Yəni bir çox ölkələrdən çox geri qalır".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 866   Tarix: 07 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu əlamətlər varsa, ayaqlarınızı itirə bilərsiniz - ARAŞDIRMA

Ayaqda yaranan adi mazol, kiçik kəsik, çat və ya suluq əksər insanlarda ciddi problem hesab edilmir. Lakin diabetdən əziyyət çəkən şəxslər üçün belə kiçik zədələr bəzən ağır infeksiyaya, toxumaların zədələnməsinə və hətta amputasiyaya qədər gedib çıxa bilər. xarici mediaya istinadən bildirir ki, mütəxəssisləri

05.10.2026 222
.

Alplar göz önündə əriyir: İsveçrə 5 ildə buzunun 20 faizini itirib

İsveçrə cəmi beş il ərzində buzlaq buzlarının təxminən beşdə birini itirib. Alimlərin sözlərinə görə, bu, Alp ölkəsinin görünüşünü köklü şəkildə dəyişir: nəhəng ağ buzlaqlar Ay səthini xatırladan qayalı səhralara çevrilir. Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" yazır. İllik monitorin

05.10.2026 138
.

İbrahim Borçalının evində toy olacaq

Müğənni İbrahim Borçalılının evində xeyir iş olacaq. Axşam.az-ın əldə etdiyi məlumata görə, ifaçının qızı Aysun Namiq adlı bəylə ailə həyatı qurur. İ.Borçalı noyabrda övladına böyük nişan edəcək. Məclis şəhər restoranlarından birində keçiriləcək. Cütlüyün avqustda "həri" məclisi olub

05.10.2026 338
.

Ramil Usubovun ailəsində - Ağır itki

Azərbaycanın sabiq daxili işlər naziri, Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubova ağır itki üz verib. "Qafqazinfo" "ya istinadən xəbər verir ki, onun kürəkəni Kamran Xankişiyev vəfat edib. Qeyd edək ki, Kamran Xankişiyev uzun illər hüquq-mühafizə orqanlarında çalışıb

05.10.2026 308
.

Həkimdən xəbərdarlıq: "Yumurta dondurulması 100 faiz zəmanət deyil"

"Qadının yumurtalıq ehtiyatının, yəni yumurtalıq rezervinin müəyyən həddi var və bu ehtiyat yaş artdıqca tədricən azalır. Bu proses xüsusilə 35 yaşdan sonra daha sürətlə gedə bilər". Bunu BİG.AZ-a açıqlamasında mama-ginekoloq Rəşad Sultan bildirib. O, qeyd edib ki, 35 yaşdan yuxarı yaşda uşa

05.10.2026 225
.

Bakıda iti pəncərədən atan şəxsə - 25 sutka verildi

Paytaxtın Qaradağ rayonunda itə qarşı zorakılıq edən şəxs məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, heyvanla rəhmsiz rəftar etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılan Ağakişiyev soyadlı şəxs 25 sutka inzibati qaydada həbs olunub. Qeyd edək ki, yayıla

05.10.2026 252
.

Bakıda kişi arvadını tava ilə döyüb - 20 aylıq həbs edildi

Bakıda həyat yoldaşını döyərək xəsarətlər yetirən kişi cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1989-cu il təvəllüdlü İsa Sərdarov (adlar və soyad şərtidir) Cinayət Məcəlləsinin 127 və 133-cü (qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə) maddələr

05.10.2026 235
.

Sevgidə bəxti gətirməyən 6 məşhur qadın - SİYAHI

Şöhrət, uğur və milyonlarla pərəstişkar şəxsi həyatda xoşbəxtliyə zəmanət vermir. Cennifer Lopez, Madonna və digər məşhur qadınların sevgi həyatı buna nümunə göstərilir. xarici KİV-ə istinadla xəbər verir ki, uğursuz evliliklər, xəyanətlər, ağır ayrılıqlar və yarımçıq qalan münasibətlər sözügedən məşhurları

05.10.2026 212
.

Azərbaycanda hicabla bağlı iddialar: İnformasiya boşluğu hansı riskləri yaradır?

Türkiyədə ÖZGÜR-DER (Özgür Düşünce ve Eğitim Hakları Derneği) adlı təşkilat Azərbaycanın İstanbulda yerləşən Baş Konsulluğunun qarşısında aksiya keçirib. Aksiyanın Azərbaycanda "hicab qadağasına etiraz" məqsədilə təşkil edildiyi bildirilib. Mövzu iə bağlı BİG.AZ-a açıqlama verən politoloq Tura

05.10.2026 272
.