Əli Əsədovun biznes və tikinti imperiyası...

Əli Əsədovun biznes və tikinti imperiyası...Prezident İlham Əliyevin bir sıra çıxışlarından sonra cəmiyyətdə müzakirə olunan ən ciddi məsələlərdən biri məmurlar, onların fəaliyyəti, davranışı, öz vəzifə borclarına münasibəti, bir sözlə, məmur obrazı ilə bağlı olub.

"Qafqazinfo" xəbər verir ki, dövlət başçısı həmişə məmurlardan peşəkarlıq, təvazökarlıq, insanlara həssas münasibət, mədəni davranış, qanunların tələblərinə riayət tələb edib. Məmur rüşvət almamalıdır, dövlətin cibinə girərək korrupsiyaya qurşanmamalıdır, insanları incitməməlidir, ona verilən səlahiyyətləri öz şəxsi maraqları üçün istifadə etməməli, sui-istifadəyə yol verməməlidir. Öz şəxsi maraqlarını əsas tutaraq digər vəzifə sahiblərini gözdən salmaq və bunu media, jurnalistlər vasitəsilə reallaşdırmaq isə heç bir əndazəyə sığmayan haldır.

Yaxın keçmişimizdə dövlət idarəçiliyi sistemində özünü qabarıq şəkildə büruzə verən belə hallar çox ciddi ictimai qınağa səbəb olub. Bu gün onlarla məmur adı çəkmək olar ki, vəzifədə olduqları dövrdə özləri üçün əsl biznes imperiyası yaradıblar. Bir neçə il öncə həbs olunmuş icra hakimiyyəti başçıları da daxil olmaqla bəzi məmurların var-dövləti göz qamaşdırırdı: şirkətlər, daşınmaz əmlak, bank hesabları və s. 2019-2020-ci illərdən başlanan islahatlar, o cümlədən kadr islahatları problemin miqyasının əhəmiyyətli dərəcədə daralmasına gətirib çıxartsa da, təəssüf ki, dövlət başçısının sərt xəbərdarlıqlarından nəticə çıxartmayan məmurlar hələ də qalmaqdadır. Söhbət "JEK müdiri", yaxud hansısa nazirlikdə idarə rəisi vəzifəsini tutan məmurlardan getmir, bu kiçik məmurların da nümunə götürdüyü böyük səlahiyyət sahibləri var.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov hələ Prezident Administrasiyasında şöbə müdiri vəzifəsində çalışarkən adı biznes məsələlərində hallanan məmurlardan biri olub. Onun öz səlahiyyətlərini necə icra etməsi, yəni peşəkar fəaliyyəti başqa məqalənin mövzusudur. Lakin bu fəaliyyətin praktiki nəticəsi - yaratdığı biznes imperiyası artıq söz deməyə yer qoymur. Məsələn, Bakının ən görkəmli və bahalı yerlərindən biri - Bayraq meydanı ilə üzbəüz Əli Əsədova məxsus olduğu bildirilən "Manqal" restoranı ölçüsü, təmtərağı ilə diqqəti cəlb etməyə bilməz.

Əli Əsədovun biznes və tikinti imperiyası...Elə "Manqal" restoranının yanındakı "Beer Hall" da "Manqal"dan geri qalmır və paytaxtın ən görkəmli ərazisində yerləşən məişət-iaşə obyektidir.
Əli Əsədovun biznes və tikinti imperiyası...Əlbəttə, bu obyektlərin qiymətinin dəyərləndirilməsi ekspert işidir. Ancaq Azərbaycanın əmlak bazarı ilə az-çox tanış olan hər bir şəxs onların hər birinin qiymətinin milyonlarla ölçüldüyünü deyə bilər. Zaqulbada yerləşən digər "Manqal" restoranı isə populyar yaşayış məntəqəsinin düz mərkəzində yerləşir və böyük zal, kabinetlər, şadlıq sarayından ibarət böyük bir kompleksdir.

Əli Əsədovun biznes və tikinti imperiyası...Bibiheybətdə, məscidin arxasındakı küçədə yerləşən "Narşərab" restoranı çoxlarının sevimli məkanıdır. Ancaq çoxmərtəbəli restoran, otel və dənizə çıxışı olan geniş həyət hissəsini birləşdirən bu böyük kompleksin Baş nazirə məxsus olduğunu bir o qədər də çox adam bilmir.

Əli Əsədovun biznes və tikinti imperiyası...Eyni zamanda, "Narşərab" restoranının yanında "Sapphire" otelinin, Bayılda, "Manqal" restoranı ilə bir sırada olan "Ocaqbaşı" restoranının da Baş nazirə məxsus olduğu deyilir.

Əli Əsədovun biznes və tikinti imperiyası...Bütün bunları əldə etmək üçün, hətta ümumi standartlar baxımından çox böyük görünən Baş nazirin əmək haqqı, təbii ki, yetməz.

Ancaq siyahı bununla bitmir və hətta aşağıda göstərilən obyektlərin siyahısı belə Əli Əsədovun biznes imperiyasını əhatə etmir:

1. Səbail rayonu Q.Abbasov 33 ünvanda 4+ mansard mərtəbəli ofis binası.

2. Xətai rayonu Ayaz İsmayılov küçəsi 12-də qeyri-yaşayış binası.

3. Yasamal rayonunda sifarişçisi "Alyans Devolopment" MTK olan yaşayış binası.

4. Səbail rayonunda sifarişçisi "Rahat Həyat" MTK olan yaşayış binası.

5. Sabunçu rayonunda sifarişçisi "Çay Çəkici" ASC olan yaşayış kompleksi.

6. Qaradağ rayonunda Renta-servis.

7. Bayılda, Dəniz Molla üzbəüz 3 çoxmərtəbəli tikili. Məlumata görə, burada əmlakın 1 kvadratmetri 17.000 AZN təşkil edir.

Bəzi hallarda, belə tikintilər ən çox sadə vətəndaşlara ziyan vurur. Hansısa məmura məxsus tikinti həyata keçirtmək üçün insanların incidildiyi, evlərinin, obyektlərinin söküldüyü halları vardır. Belə faktlardan biri Nərimanov rayonunda Əli Əsədova məxsus obyektin tikintisi zamanı vətəndaşa göstərilən təzyiqi əks etdirir. Həmin videoda vətəndaş ölkə başçısına, Birinci vitse-prezidentə müdaxiləyə və haqsızlığa son qoyduqlarına görə öz təşəkkürünü bildirir.

İctimaiyyət belə siyahılara bir növ alışıqdır, bundan əvvəl də bir çox məmurların qeyri-qanuni yollarla topladığı sərvət barədə kifayət qədər məlumat verilib. Əsəsən bu xəbərlər həmin məmurlar vəzifələrindən kənarlaşdırıldıqdan sonra ictimailəşdirilib. Ancaq Baş nazir ölkədə ən önəmli postlardan biridir, ən azından bu vəzifənin ardınca heç bir pis iz buraxmayan Artur Rasizadə nümunəsi var. Hansı ki, 2025-ci il fevralın 26-da Prezident tərəfindən "İstiqlal" ordeni ilə təltif edildi. Bəli, sabiq baş nazirin ardınca onun da sərvətinin siyahısı dərc oluna bilərdi, amma olmadı. Yəqin ki, deyiləsi söz, göstəriləsi fakt yoxdur.

Təəssüf ki, bu fikri Əli Əsədov haqqında demək olmur. Burada məsələ təkcə Baş nazirin var-dövləti ilə bağlı deyil, onun idarəçiliyi və hakimiyyətdə sevmədiyi vəzifə sahiblərinə qarşı davranışı da ciddi araşdırma mövzusudur. Keçmişdə maraqları toqquşan bir məmurun digərinə qarşı mediaya kompromatlar ötürməsi, onu gözdən salması geniş yayılmış praktika olub. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və onun "sadiq silahdaşı" Əli Həsənov bu təcrübənin ideoloqları və flaqmanları kimi az qala bütün məmur korpusunu təzyiq altında saxlayıblar. İllər keçdikcə, idarəçilikdə dərin islahatlar həyata keçirildikcə, bu ənənəyə də son qoyulduğunu demək istərdik. Lakin çox təəssüf ki, hazırkı Baş nazirin praktikasında belə hallar da var. Əli Əsədov bəzi "sevimli" jurnalistlər vasitəsilə hətta Nazirlər Kabinetinin qapalı iclaslarında müzakirə olunan məsələləri iz azdırmaqla ictimailəşdirir və kimlərisə hədəfə gətirməyə çalışır. Böyük bir vəzifə sahibi heç də düşünmür ki, Azərbaycan balaca bir ölkədir və kimin nə ilə nəfəs aldığını, nə iş gördüyünü, kimin kiminlə təmasda olduğunu aydınlaşdırmaq üçün elə də böyük qüvvə sərf etməyə ehtiyac yoxdur.

Əli Əsədovun bir hissəsi Bayılda ayaq tutan biznes və tikinti imperiyası haqqında danışarkən, vaxtilə Bulvarla bağlı baş vermiş olayı da xatırlatmaq yerinə düşərdi. Təfərrüatlar bəlli olduğuna görə, məsələnin mahiyyətinə varmağa ehtiyac qalmır. Ancaq çox maraqlıdır ki, bu olaydan sonra Əli müəllimə yenidən etimad göstərilsə də, onun bundan tam nəticə çıxartdığını söyləmək çətindir.

Əli Əsədovun nümunəsi Azərbaycanda formalaşan yeni məmur obrazına uyğun gəlmir və köhnə ənənənin qalığı kimi dəyərlənidilə bilər. Hər halda, ortada dövlət başçısının tələbləri, göstərdiyi çərçivə var və kimliyindən, hansı postu tutmasından asılı olmayaraq heç kimi yeni dövrün standartlarından kənarda qala bilməz.
Bu yazı Əli Əsədovla bağlı həqiqətlərin bir hissəsini əhatə edir və mövzunun tamı araşdırıldıqdan sonra daha geniş material veriləcək.

Ardı var...


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 237   Tarix: 17 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Alimlər Günəşlə bağlı yeni sirri açdı

Alimlər müəyyən ediblər ki, günəşin tacında (koronasında) müşahidə olunan günəş küləyi əvvəl hesab ediləndən 3-4 dəfə daha sürətli hərəkət edə bilər. Bu nəticə Proba-3 missiyasının məlumatlarının təhlili əsasında əldə olunub. Qaynarinfo xəbər verir ki, məlumatı yayıb. Əvvəllər "yavaş" günə

16.04.2026 460
.

Plastik düyü mifdir? Həqiqətlər və evdə yoxlama üsulları

"Ümumiyyətlə, düyünün plastikdən hazırlanması həm iqtisadi, həm də fiziki baxımdan məntiqsizdir. Plastik qranulların istehsal xərcləri təbii düyünün becərilməsi və emalı xərclərindən daha yüksəkdir. Belə olan halda heç bir istehsalçı baha başa gələn məhsulu ucuz qiymətə satışa çıxarmaz. Saxtakarlı

12:22 285
.

İsrail 24 saat ərzində Hizbullah terror təşkilatının 380 hədəfinə zərbə endirib

İsrail Müdafiə Qüvvələri atəşkəs qüvvəyə minəndən sonra son 24 saat ərzində vurduğu Hizbullah terror təşkilatının hədəflərini ətraflı şəkildə izah edən bir açıqlama yayıb. BİG.AZ The Telegraph-a istinadən xəbər verir ki, Livanın cənubunda raket buraxıcıları, qərargahlar və şəxsi heyət də daxil olmaql

12:09 224
.

Livanda 10 günlük atəşkəs başladı

Livanda 10 günlük atəşkəs qüvvəyə minib. xəbər verir ki, bu barədə İsrail ordusunun Galei Tzahal radiosu məlumat yayıb. Radio stansiyasının məlumatına görə, "İsrailin şimalında bir neçə saat davam edən nisbi sakitlikdən sonra Livanda müvəqqəti atəşkəs rəsmi olaraq qüvvəyə minib". [hh4-unikal

11:12 206
.

"İclasda vidalaşmaq, halallaşmaq mövzusu olmayıb"

"Space" TV-də bu gün baş tutan iclasla bağlı yeni detallar üzə çıxıb. OLAY yazır ki, kanalın əməkdaşı Aysu Allahverdiyeva status yazıb:. "Bugünkü iclasda olanları saytlardan oxuyuruq. Bilmirik qulağımıza inanaq ya gördüyümüzə. İclasda vidalaşmaq, halallaşmaq mövzusu olmayıb, danışıqla

10:49 247
.

Liderlərin səmimi görüşündən - Fotolar

Bu gün 5-ci Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərifin görüşü olub. "Qafqazinfo" səmimi görüşdən fotoları təqdim edir:

17:12 112
.

Doğuşda zədə alan körpə 5 gün sonra öldü

Şamaxıda doğuş zamanı başından zədə alan körpə Bakıya gətirilsə də, vəfat edib. "Qafqazinfo" xəbər verir ki, aprelin 11-i rayonun Mərzəndiyə kənd sakini 1995-ci il təvəllüdlü L.Mikayılovanın dünyaya gətirdiyi uşaqda beyinə qansızma aşkar edilib. Yenidoğulmuş aprelin 16-sı Bakıda "Ege Hospital"d

14:23 275
.

Orbanın məğlubiyyətində Tramp faktoru: Qərbdə siyasi tendensiya dəyişir?

ABŞ prezidenti Donald Trump ilə yaxın münasibətlərin Macarıstanın Baş naziri Viktor Orbán üçün seçkilərdə mənfi rol oynadığı iddia edilir. xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb. "Hazırkı şəraitdə ABŞ-a yaxınlıq macar seçiciləri arasında əvvəlki kimi ciddi rezonans doğurmur"

10:59 195
.

Atəşkəsə baxmayaraq hücumlar davam edir

İsrail Müdafiə Qüvvələri (İMQ) atəşkəs qüvvəyə mindikdən sonra Livanın cənubuna hücumları davam etdirib. xəbər verir ki, bu barədə Livan Milli Xəbər Agentliyi məlumat yayıb. Məlumata görə, Xiam və Dbeibin şəhərləri İsrailin hücumlarına məruz qalıb. Qərbi Bekaa ərazisində də pilotsuz uçuş aparatları (PUA

11:31 217
.

TOP MP3