Universitet yataqxanalarının çatışmazlığı minlərlə tələbəni kirayəyə yönəldir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Universitet yataqxanalarının çatışmazlığı minlərlə tələbəni kirayəyə yönəldir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAAzərbaycanda universitetlərdə tələbə yataqxanası problemi illərdir aktuallığını qoruyur. Xüsusilə Bakı və Sumqayıt şəhərlərində təhsil alan minlərlə tələbə yataqxana çatışmazlığı səbəbindən kirayə mənzil tutmağa və ya ağır sosial çətinliklərlə üzləşməyə məcbur qalır. Bu problem həm tələbələrin maddi vəziyyətinə, həm də təhsil prosesinə mənfi təsir göstərir. Diqqət çəkən əsas məqamlardan biri isə Qarabağın işğaldan azad olunmasından təxminən 6 ilə yaxın vaxt keçməsinə baxmayaraq, bəzi universitet yataqxanalarında illərdir məskunlaşmış məcburi köçkün ailələrinin hələ də tam şəkildə köçürülməməsidir.

Bu vəziyyət paytaxt və ətraf şəhərlərdə tələbə yataqxanalarına olan tələbatı daha da artırır. Hazırda bir çox tələbə universitetə qəbul olunsa da, qalacaq yer tapmaqda ciddi çətinlik yaşayır və kirayə qiymətlərinin yüksək olması onları əlavə maliyyə yükü ilə qarşı-qarşıya qoyur.
Universitet yataqxanalarının çatışmazlığı minlərlə tələbəni kirayəyə yönəldir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca BiG.AZ-a açıqlamasında bildirdi ki, toxunduğunuz məsələ, həqiqətən də, hər tədris ilinin başlanğıcında - xüsusən də sentyabr ayında ölkənin təhsil mühitini, minlərlə tələbəni və valideyni sarsıdan, illərdir həllini tapmayan ən ağrılı yaralarımızdan biridir. Onun sözlərinə görə, paytaxt Bakıda və Sumqayıtda fəaliyyət göstərən ali təhsil müəssisələrinin yataqxana fondu mövcud tələbatın heç minimal faizini belə qarşılamaq iqtidarında deyil: "Bu gün bölgələrdən oxumağa gələn gənclərimizin böyük əksəriyyəti paytaxtın aqressiv kirayə mənzil bazarının ümidinə buraxılıb və hər il sentyabrda əmlakçıların, ev sahiblərinin süni şəkildə qaldırdığı qiymət artımı sosial bir böhrana çevrilir.

Məsələnin ən düşündürücü və paradoksal tərəfi isə sizin də qeyd etdiyiniz kimi, torpaqlarımızın işğaldan azad edilməsindən altı ilə yaxın vaxt keçməsinə baxmayaraq, tələbə yataqxanalarının hələ də tam boşaldılmaması və tələbələrin ixtiyarına verilməməsidir. Biz hamımız yaxşı başa düşürük ki, vaxtilə yurdundan-yuvasından didərgin düşmüş soydaşlarımızın o ağır illərdə bu binalarda məskunlaşdırılması humanitar bir zərurət idi. Dövlətimiz bu gün Qarabağda və Şərqi Zəngəzurda möhtəşəm quruculuq işləri aparır, "Böyük Qayıdış" proqramı çərçivəsində müasir kəndlər, şəhərlər salınır və köç prosesi davam edir. Lakin bu köçürmə tempinin yataqxanalara tətbiqi sürətləndirilməlidir. Köçürülən ailələrin yerləşdiyi korpuslar dərhal təmir-bərpa olunaraq tələbələrin istifadəsinə verilməli, hələ köçməyən ailələrin prosesi isə xüsusi qrafiklə optimallaşdırılmalıdır. Çünki Qarabağın azadlığı həm də o torpaqları elmlə, təhsillə quracaq gənclərin sosial rifahının təmin olunmasından keçir.

Tələbə yataqxanası təkcə baş saxlamaq üçün bir sığınacaq deyil, o, ali təhsilin ayrılmaz bir parçası, tələbəlik mühitinin formalaşdığı sosiomədəni məkandır. Bu gün yataqxanaların olmaması ucbatından bölgələrdən gələn neçə-neçə istedadlı gənc, xüsusən də qız uşaqları kirayə mənzil tapmaqda, onun maddi yükünü qaldırmaqda çətinlik çəkir, bəzən isə ümumiyyətlə təhsildən uzaqlaşmaq məcburiyyətində qalırlar. Bu, bir millətin gələcəyinə vurulan böyük bir zərbədir. Ali məktəblər rəqabətədavamlı kadr hazırlamaq iddiasındadırsa, ilk növbədə həmin kadrın elementar məişət şəraitini təmin etməlidir. Oxumağa gələn gənc sentyabr ayında "kirayə pulunu necə çatdıracam", "bunu evə necə deyəcəm" stresi ilə dərsə başlayırsa, ondan hansı elmi nailiyyəti və ya yaradıcı təfəkkürü gözləmək olar?

Problemin köklü həlli üçün aidiyyəti qurumlar, xüsusən də Elm və Təhsil Nazirliyi artıq seyrçi mövqedən çıxmalıdır. Yataqxanaların boşaldılması prosesi sürətləndirilməli, dövlət-özəl tərəfdaşlığı çərçivəsində yeni, müasir tələbə şəhərcikləri (kampuslar) salınmalıdır. Dünyanın hər yerində bu təcrübə var. Eyni zamanda, tələbələr üçün xüsusi mənzil dotasiyaları və ya güzəştli kirayə mexanizmləri düşünülməlidir ki, əmlak bazarındakı işbazlar hər payız gənclərimizin cibinə ortaq ola bilməsinlər. Ümid edirəm ki, bu fəryad aidiyyəti ünvanlara çatacaq və növbəti tədris ilində biz eyni mənzərəni yenidən yaşamayacağıq".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 618   Tarix: 20 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tramp: İranla əvvəlki sazişin şərtləri artıq məqbul deyil

ABŞ Prezidenti Donald Tramp İranın atəşkəs təklifini rədd etdiyini bildirib, çünki mümkün sazişin şərtləri ilə bağlı mövqeyi dəyişib. "Report" xəbər verir ki, bu barədə o "Time" jurnalına müsahibəsində deyib. "Bir il əvvəl razılaşa biləcəyim şeyə bu gün artıq razılıq vermərəm"

01.10.2026 383
.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

01.10.2026 431
.

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında bir sıra struktur dəyişiklikləri həyata keçirilib. "Qafqazinfo" "Qaynarinfo"ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun Əmri ilə Aparatda 7 idarə adları dəyişdirilmədən şöbəyə çevrilib

12:30 107
.

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz"

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz. Halbuki əvvəlki Ermənistan rəhbərləri, onların hamısı hərbi cinayətkarlardır və öz cəzalarını çəkməlidirlər". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP

11:09 120
.

"YAP Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"

"Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı deyib. Otuz ildən çoxdur ki, partiyanın iqtidarda olduğun

10:58 115
.

Leysan, dolu, qar... - Sabahın havası

Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal

13:10 68
.

"Ermənistanda revanşizmin kökünü kəsmədən…" - POLİTOLOQDAN XƏBƏRDARLIQ

"Ermənistan cəmiyyətində gördüyümüz bəzi məqamlar bizi narahat edir". Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev CAMCA (Mərkəzi Asiya, Monqolustan, Cənubi Qafqaz və Əfqanıstan) Regional Forumunda deyib

13:10 68
.

"Bizə heç kimin köməyi də, himayadarlığı da lazım deyil" - Yenilənib

"Bizim ideoloji məkanımız yad ünsürlərdən, yad təsirlərdən azad olmalıdır. Bu, eyni zamanda, bizim xarici siyasət strategiyamızdır". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı söyləyib. "Bi

11:56 113
.

Britaniyanın Aİ-yə qayıtmasının qiyməti açıqlanıb: ildə 5 milyard funt

Avropa İttifaqına (Aİ) tam şəkildə yenidən qoşulmaq istəyirsə, bu, ölkəyə ildə əlavə 5 milyard funt sterlinq (6,6 milyard dollar) xərc yarada bilər. xəbər verir ki, "Bloomberg" bu rəqəmləri keçmiş Baş nazir Keyr Starmerin administrasiyasında çalışmış Leyborist Partiyasının nümayəndələrinə istinadə

10:39 116
.