Kiçik məbləği hara investisiya etmək olar? - Qızıl, kriptovalyuya ya bank səhmi...
Daşınmaz əmlak almaq üçün çox xaz sayılan, beş-on min manatlıq məbləğləri insanlar adətən qızıla, yaxud "bitcoin"ə ayırırlar. Son illərdə isə bankların səhmlərini ucuz qiymətə 50-55 civarı satışa çıxarması ilə bu istiqamətdə də investisiya qoyanların sayı artıb.
Bəs görəsən, investisiya üçün ən risksiz və dayanıqlı istiqamət hansıdır - qızıl, kriptovalyuta yoxsa bank səhmi?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc Lent.az-a açıqlamasında bildirib ki, bu cür kiçik məbləğlərin bir istiqamət üzrə yönəldilməsi çox zaman ümidləri doğrultmur və yekunda zərərə səbəb olur:
"Beş-on min manat arası olan kiçik məbləğlə çox ehtiyatlı davranmaq lazımdır. Bir çox hallarda kiçik məbləğlə qoyulan investsiyanın geri qayıtması o qədər də əlverişli olmur. Həmin vəsaiti istər "bitcoin", istər bank səhmi, istərsə də qızıla investisiya etmək çox risklidir.
Bu civarda məbləğə sahib olan insanlar onu müxtəlif istiqamətlər üzrə risksiz paylaşdırmaq istəyirlərsə, o zaman kriptovalyutaya çox az, yəni 10-15%-lik məbləğ ayırmalıdırlar. Çünki bu istiqamət olduqca risklidir və bir çox hallarda siyasi qərarlardan asılı formalaşır. Təcrübəsiz iştirakçı bu bazarda tez zamanda uğursuzluğa düçar ola bilər. Yalnız gözlənti, risksiz fəaliyyət və kiçik məbləğlərlə iştirak uğursuzluğun qarşısını almaq üçün kifayət qədər əsaslı addımdır.
Qızıla gəlincə, o, heç vaxt investisiya predmeti olmayıb, yalnız qoruyucu funksiya daşıyır. İnsanlar əllərindəki məbləği qoruyub saxlamaq üçün qızıl ala bilərlər. Amma qısa müddət ərzində qızıldan gəlir əldə etmək mümkün deyil. Burada həm yatırılan məbləğ böyük həcmli olmalıdır, həm də uzun müddət gözləmək lazımdır. Yalnız bu halda onun qiyməti ciddi şəkildə arta bilər.
Bank səhmlərinə yatırım etmək olar. Stabil və dayanıqlı bank sistemi olan ölkələrdə bu, çox əlverişlidir. Azərbaycanda hansısa bankdan səhm almazdan əvvəl ciddi analiz etmək - bankın səhmlərə görə ödənişlərinin səviyyəsini, daxili strukturunu, maliyyə gücünü, portfelinin səviyyəsini və əhatəsini, dayanıqlılığını, banklar sistemindəki yerini, likvidlik faizini və təhlükəsizliyini öyrənib, sonra səhmlərə yatırım etmək olar".
İqtisadçı qeyd edib ki, investisiya üçün ən yaxşı istiqamət daşınmaz əmlakların səhmidir:
"Daşınmaz Əmlak Fondunun yaradılması və onun səhmlərə açılması ilə bağlı bu yaxınlarda bir qərar verildi. Vətəndaşın yüz minlik obyekt almağa gücü yoxdursa, səhmlərə uyğun olaraq onun 10%-ni əldə edə biləcək. İstər həmin obyektin heç bir fəaliyyət göstərmədən illik bahalaşmasından, istərsə də səmərəli və faydalı fəaliyyətindən əldə olunan gəlirdən payçı ola biləcəklər. Kiçik məbləğlərin investisiyası kimi ən doğru yol hesab edirəm ki, budur. Yaxınlarda bu cür layihələr gerçəkləşərsə, Azərbaycanda həm əmlak istiqamətində, həm də vətəndaşların səhmlərə və qiymətli kağızlara malik olması yönündə çox ciddi yeniliklərin və faydalı proseslərin baş verməsini görmək olar".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 584 Tarix: 20 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTramp: İranla əvvəlki sazişin şərtləri artıq məqbul deyil
ABŞ Prezidenti Donald Tramp İranın atəşkəs təklifini rədd etdiyini bildirib, çünki mümkün sazişin şərtləri ilə bağlı mövqeyi dəyişib. "Report" xəbər verir ki, bu barədə o "Time" jurnalına müsahibəsində deyib. "Bir il əvvəl razılaşa biləcəyim şeyə bu gün artıq razılıq vermərəm"
01.10.2026 383 Leyla Quliyeva bu verilişlə qayıdır
Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"
01.10.2026 431 FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında bir sıra struktur dəyişiklikləri həyata keçirilib. "Qafqazinfo" "Qaynarinfo"ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun Əmri ilə Aparatda 7 idarə adları dəyişdirilmədən şöbəyə çevrilib
12:30 107 "Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz"
"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz. Halbuki əvvəlki Ermənistan rəhbərləri, onların hamısı hərbi cinayətkarlardır və öz cəzalarını çəkməlidirlər". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP
11:09 120 "YAP Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
"Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı deyib. Otuz ildən çoxdur ki, partiyanın iqtidarda olduğun
10:58 115 Leysan, dolu, qar... - Sabahın havası
Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal
13:10 68 "Ermənistanda revanşizmin kökünü kəsmədən…" - POLİTOLOQDAN XƏBƏRDARLIQ
"Ermənistan cəmiyyətində gördüyümüz bəzi məqamlar bizi narahat edir". Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev CAMCA (Mərkəzi Asiya, Monqolustan, Cənubi Qafqaz və Əfqanıstan) Regional Forumunda deyib
13:10 68 "Bizə heç kimin köməyi də, himayadarlığı da lazım deyil" - Yenilənib
"Bizim ideoloji məkanımız yad ünsürlərdən, yad təsirlərdən azad olmalıdır. Bu, eyni zamanda, bizim xarici siyasət strategiyamızdır". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı söyləyib. "Bi
11:56 113 Britaniyanın Aİ-yə qayıtmasının qiyməti açıqlanıb: ildə 5 milyard funt
Avropa İttifaqına (Aİ) tam şəkildə yenidən qoşulmaq istəyirsə, bu, ölkəyə ildə əlavə 5 milyard funt sterlinq (6,6 milyard dollar) xərc yarada bilər. xəbər verir ki, "Bloomberg" bu rəqəmləri keçmiş Baş nazir Keyr Starmerin administrasiyasında çalışmış Leyborist Partiyasının nümayəndələrinə istinadə
10:39 116